05 avq 12:11gundem

Rusiyalı azarkeşlər “Arsenal”ın əlindən “qan ağlayır”


“Siz “topçu” yox, pryanik bişirənlərsiz”
“Neftçi”nin 3:0 hesablı qələbəsi Rusiyada birmənalı qarşılanmayıb. Yerli futbolsevərlər tulalıların mübarizədən kənarlaşması ilə heç cür razılaşmır. Sosial şəbəkələrdəki şərhlərdə onların nə dərəcədə əsəbi olduğunu görmək çətin deyil. Yüzlərlə fikir bildirənlər var ki, onların arasında ən diqqətçəkənləri ilə siz də tanış olun.
Crazy_elky: “Astroloqlar bu həftəni “Arsenal” üçün söyüş həftəsi elan ediblər. Söyüşlərin kəmiyyətinə limit qoyulmayacaq”.
Jannon: “Transfermarkt”ə baxdım. “Arsenal”dakı futbolçuların ümumi qiyməti: 32,18 milyon avro. “Neftçi”dəkilərin qiyməti: 10,8 milyon avro. Gözəllik!”
Leonid-90: “Ölü “Arsenal”. Bu, faciədi. Yekə kişilərdi, özlərini ilk görüşə gələn qız kimi apardılar”.
Updated: “Biabırçılıq “Arsenal”ın antirekorda imza atıb Avroliqa ilə vidalaşması deyil. Ən üzücü məqam rəqib qapısına 1 qol belə vura bilməməkdi”.
Leshik: “Neftçi”ni italyan çalışdırır, “Arsenal”ı isə hansısa Çerevçenko. Hansı ki, iki sözü dalbadal düzüb cümlə qura bilmir. Çoxdan deyirəm, yenə eyni fikirdəyəm: Xoxlov, Kononov, Çerevçenkonun timsalında məşqçilikdən anlayışı olmayan “kolxozlar”ı Rusiya futbolundan rədd etmək lazımdı. Bu biabırçılıqdan sonra “Arsenal”a yox, onun rəqiblərinə azarkeşlik edəcəm”.
Alex dostaevsky: “Tula – qəhrəmanlar şəhəri. Amma belə “qəhrəmanlar”ın yox”.
Çingizxan: “Sanki kimsə rəqibi “Neftçi”nin futbolçularına Tulanın yox, Londonun “Arsenal”ı kimi təqdim etmişdi. Bakılılar xarakter göstərdilər, məzmunlu və layiqli oyunla mərhələni adladılar. “Arsenal” bu mərhələni adlasaydı belə, israillilər önündə diz çökəcəkdi”.
Alişer Maxmudov: “Siz “topçu” yox, pryanik bişirənlərsiz”.
Toki Somaku: “Maraqlı bilirsiz nə olacaq? “Neftçi” “Spartak”la eyni qrupa düşəcək və moskvalıları da məğlub edəcək”.
This Day Walker: “London və Tula “Arsenal”larını ancaq belə şeylər birləşdirə bilər. Hər ikisi Bakını məğlub tərk edib. Hər ikisi də Avroliqada”.
Martin Vzyatkinson: “Amkaar” – “Fulhem” 1:0, “Sibir” – PSV 1:0, “Anji” pis vaxtlarında qrupdan çıxmağı bacarmışdı. Baxın, gözünüzə soxun”.
Qriqori Brovçuk: “Arsenal”ın cinsiyyət orqanında problem var. Təcili yoxlatdırmaq lazımdı”.
Selqa_Spartak: “Təsəvvür edin ki, Azərbaycanda hələ çempionat başlamayıb. Gör başlasaydı, nə edərdilər”.
İlya Şapilov: “Rusiya futbolunun üz qaraları, axmaqlar!”
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar