09 apr 20:07gundem

Media Komitəsinin yeni tərkibi müəyyənləşdi

Media Komitəsinin yeni tərkibi müəyyənləşdi
Dünən AFFA-nın inzibati binasında Media Komitəsinin İdarə Heyətinə seçki keçirildi. Xatırladaq ki, budəfəki seçkidə 6 yerə 8 həmkarımız namizədliyini irəli sürmüşdü: Mahir Rüstəmli (Futbol+), Elçin Cəlilov (futbolpress.az), İbrahim Cəfərov (futbolxəbər.az), Kamran Hacı (allsport.az), Ruslan Mikayıllı (azerispor.com), Vüqar Xeyrullayev (apasport.az), İlqar Tağıyev (Het-trik nyus), Araz Əhmədov (sportfm.az).
Əvvəlcə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Firuz Abdulla komitəyə üzv olan 31 media orqanından 30-nun qeydiyyatdan keçdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Yetərsayın olduğunu bildirən Firuz bəy seçkinin nəticələrinin legitim olacağını da söyləməyi unutmadı.
Tədbirdə ilk söz “Futbol+” qəzetinin baş readktoru, bir il Media Komitəsinin İdarə Heyətinin sədri olmuş Mahir Rüstəmliyə verildi. Mahir bəy il ərzində komitənin gördüyü işlərlə bağlı qısa məlumat verdi. Onun ardınca isə Firuz bəy qısa nitqlə çıxış etdi. AFFA-nın əməkdaşı çıxışını başa vurduqdan sonra say komissiyasının tərkibi müəyyənləşdirildi. Rahib Səmədov, Firuz Abdulla və Elmir Əliyevə səsvermədən sonra büllletenlərin sayılması kimi məsul vəzifə tapşırıldı. Onu da qeyd edək ki, səsvermə hüququ olanlardan 27-si say komissiyasının tərkibi ilə razılaşdığı halda, 3 nəfər bitərəf qaldı.
Bundan sonra gündəliyə İdarə Heyətinin neçə nəfərdən formalaşması məsələsi çıxarıldı. Firuz bəy bu yöndə iki təklifin olduğunu bildirdi. O 4+1 (1 yer AFFA-nın təyin etdiyi şəxsə aiddi) və 6+1 variantlarından birini seçməyi təklif etdi. Bu məsələ də səsverməyə çıxarıldı və 19 media orqanı ikinciyə, daha dəqiqi, mövcud 6+1 variantının qalmasına səs verdi.
Namizədlərdən yalnız Kamran Hacı kürsüyə çıxaraq seçki platforması haqda açıqlama verdi. Qalan namizədlər isə buna ehtiyac görmədi. Kamran bəyin 3 dəqiqəlik çıxından sonra səsvermə başladı. Gizli keçirilən prosesin nəticələrinin açıqlanması üçün yarım saata qədər vaxt lazım oldu. Say komissiyası işini başa vurduqdan sonra nəticələr açıqlandı. Mahir Rüstəmli, Elçin Cəlilov, İlqar Tağıyev və Araz Əhmədov ilk mərhələdə komitəyə üzv seçildilər. Ruslan Mikayıllı, İbrahim Cəfərov və Vüqar Xeyrullayev hər biri 17 səs topladığından “üçlük” arasında yenidən səsvermə keçirildi. Kamran Hacıya isə cəmi 8 media orqanı etimad göstərdiyindən, seçkinin ikinci mərhələsinə qatıla bilmədi. Təxminən 20 dəqiqə davam edən ikinci mərhələdən sonra Firuz bəy nəticələri zala toplaşanların diqqətinə çatdırdı. Həm Xeyrullayev, həm də Mikayıllı 17 səs toplamaqla komitəyə üzv seçildilər. Cəfərovun bu mərəhələdə topladığı 15 səs isə İdarə Heyətinə düşmək üçün yetərli olmadı.
Səsvermə başa çatandan sonra AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu çıxış etdi. O yeni seçilənlərə uğur arzulamaqla yanaşı, komitənin tərkibində etika komissiyasının yaradılmasını da təklif etdi. Kimin İdarə Heyətinin sədri seçiləcəyinə isə gələn həftə aydınlıq gələcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar