21 in 16:16gundem

Tanıtma

Tanıtma
Sperantsa
Tam adı: CSF Speranţa Nisporeni
Ləqəbi: yoxdu
Yaranma tarixi: 1991
Stadionu: "Mirça Elyade" stadionu (2500 yerlik)
Təmsil etdiyi şəhər: Nisporeni
Prezidenti: Petru Efros
Baş məşqçisi: Kristian Efros
Çıxış etdiyi çempionat: milli divizion
Son mövsüm tutduğu yer: 4
Forma rəngi: göy-ağ (ev), qara-göy (səfər), qara-qırmızı (üçüncü forma)
Uğurları: yoxdu
Avrokuboklardakı göstəricisi: indiyədək oynamayıb

Klubun əsası 1991-ci ildə qoyulub. 1992-98-ci illər aralığında komanda milli çempionatda çıxış edib. Ən yüksək göstəricisi 1996/97 mövsümünə təsadüf edib. Həmin vaxt “Sperantsa” 16 komanda arasında 6-cı olub. Lakin növbəti mövsüm turnir cədvəlində sonuncu yeri tutan Nisporeni təmsilçisi elitadan “uçub”. 2013-cü ildə futbol funksioneri Petru Efros komandanın meneceri vəzifəsinə təyin edilib. Onun qarşısına iki il müddətinə “Sperantsa”nı güclülər dəstəsinə qaytarmaq tapşırığı qoyulub. 2013/14 mövsümündə B divizionunun qalibi olan komanda “A”-ya yüksəlib. 2014-cü ilin yayında baş məşqçi postuna 22 yaşlı Kristian Efros gətirilib. Hansı ki, o, zədə üzündən futbolçu kareyrasını erkən bitirmək məsburiyyətində qalıb. Kristianın Petru Efrosun oğlu olduğunu da qeyd edək. O, baş məşqçi təyin olunduğu vaxt atası "Speranta"nın idman direktoru olubsa, hazırda Nisporeni təmsilçisinin prezidentidi. Maraqlıdı ki, prezidentin xanımı Qabriela Sandu da klubda çalışır. O, maliyyə və kadrlar şöbəsinin rəhbəridi. 2014/15 mövsümündə A divizionunda 3-cü yeri tutan “Speranta” elitaya vəsiqə qazanıb. Ötən il 38 xalla 4-cü yeri tutub. Avrokuboklarda iştirak hüququ isə “Şerif”in “qızıl dubl” etməsi nəticəsində yaranıb. “Göy-ağlar” hazırda davam edən Moldova çempionatında 13 turdan sonra 19 xalla 5-ci pillədədi. Komanda “Neftçi” ilə oyunda avrokuboklarda debüt edəcək. Heyətində braziliyalı, kamerunlu, kot d`ivuarlı, kolumbiyalı, meksialı, nigeriyalı, rus və tacik futbolçular top qovur. “Neftçi”nin baş məşqçisi Roberto Bordin “Şerif”də çalışdığı üçün “Sperantsa” ilə də bir neçə dəfə üz-üzə gəlib.
FARİZ hazırladı

Reaksiyalar
Kamran Quliyev, “Neftçi”nin prezidenti: "Yetərincə normal püşkdü. Hesab edirəm ki, ilk mərhələni keçməyə yaxşı şansımız var. Ancaq ən əsası, rəqibi qiymətləndirməmək olmamalıdı. Nə ilk matçdan əvvəl, nə də ondan sonra. Hətta qarşılaşmanın gedişində də. Rəqibi qiymətləndirməmək bizə ötən mövsüm baha başa gəldi. Onda "Uypeşt"i keçməliydik, ilk qarşılaşmada onlardan güclü idik. İkinci görüşdə isə Avroliqa turnirinin mahiyyətini qiymətləndirmədik. Təəssüf ki, bu olur və başımıza gəldi. Budəfəki rəqibimiz istəkli komandadı və mərhələ keçməyi hədəfləyib. Ancaq biz də bunu "Sperantsa"dan az istəmirik. Komandamız qələbəyə köklənməlidi. İyulun 11-də mübarizəyə Kişinyovda başlayacağıq, 18-də doğma azarkeşlərimizin önündə qarşılaşacağıq. Bunun özü motivasiyadı. Qalan şeyləri unutmağa çalışıram. Məncə, baş məşqçimiz də buna xüsusi diqqət yetirməyəcək. Bəli, fakt var ki, Bordin uzun müddət Moldovada işləyib, özü də bunu uğurla edib. O, ilk dəfə Moldova klublarına qarşı oynamayacaq və fikrimcə, rəqibi qiymətləndirəcək. İnanmaq istəyirəm ki, bizim komanda ilk mərhələni keçəcək. Qarşıya avrokuboklara düşməkdən daha yüksək məqsədlər qoyuruq. Fakt budu ki, bu klub bir neçə il ərzində aşağı diviziondan güclülər dəstəsinə qədər irəliləyib və böyük uğura imza atıb. Bizi də əsas maraqlandıran komandanın heyətidi".
Roberto Bordin, “Neftçi”nin baş məşqçisi: “Sperantsa” adi komanda deyil. Moldovada futbol mövsümü davam edir. Belə olan halda, təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdı. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik. Təbii ki, Moldova çempionatını, "Sperantsa”nı yaxşı tanıyıram. Bilirəm ki, bu komandanı kifayət qədər yaxşı məşqçi çalışdırır. Əsas odu ki, ilk oyunu evdə (bildiyiniz kimi, UEFA sonradan oyunların yerini dəyişdi – red.), azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib, səfərə sərfəli nəticə ilə yollanacağıq”.
Emin Mahmudov, “Neftçi”nin futbolçusu: "Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdu. Rəqib haqda məlumatsızıq. Amma baş məşqçimiz əvvəllər Moldovada çalışdığı üçün "Sperantsa” ilə bağlı bizi məlumatlandıracaq. Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.
Petru Efros, “Sperantsa”nın prezidenti: "Çətin səfər olacaq, uzun yol gedəcəyik. Ancaq mənə elə gəlir ki, avrokuboklarda asan rəqib olmur. Hər kəslə mübarizə aparmaq olar. Kimlə düşmüşüksə, onunla da oynayacağıq. Əlbəttə, Roberto Bordin müəyyən məlumatlar əldə edəcək. Amma bir şeyi yaddan çıxarmayaq ki, “Şerif” Bordinin rəhbərliyi altındakı son matçda evdə məhz “Sperantsa”ya uduzmuşdu. Həmin vaxt da komandamıza indi olduğu kimi Kristian Efros başçılıq edirdi. Bu nöqteyi-nəzərdən yanaşsaq, hər iki baş məşqçi bir-birini yaxşı tanıyır və dolğun informasiyaya malikdilər. “Neftçi”nin şansı bizdən çox deyil. Xüsusilə də komandam güclü rəqiblərə qarşı daha yaxşı hazırlaşır. Futbolçular özlərini avrokuboklarda göstərmək üçün can atırdılar. Buyurun, oynayın və qələbə qazanın".
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar