12 in 23:10gundem

Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək

Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək
Şamil Mustafayev: “Milli Dəstə” olaraq AFFA-dan 425 manat yolpulu almışam”
Azərbaycan – Macarıstan qarşılaşmasında tribunalarda görməyə alışmadığımız mənzərəyə şahidlik etdik. 17 fanklub bir araya gəlmişdi ki, 700-dən artıq əsl azarkeş 90 dəqiqə susmaq bilmədən milliyə dəstək verməklə yadda qaldı. Təbii, xoş görüntü idi.
Amma oyundan sonra əldə etdiyimiz məlumat bizlər kimi, oxucuları da düşünməyə vadar edir. Bizə ötürülən məlumata görə AFFA həmin azarkeş qruplarını hansısa mənada maliyyələşdirib, “Bakcell Arena”da olmalarına yardım edib. Məsələylə bağlı qəzetimizin ötən sayında dərc olunan yazı “Milli Dəstə”nin həmtəsisçilərindən biri, həm də fanklubların birləşməsi ideyasının müəllifi olan Şamil Mustafayevi özündən çıxarıb. Dünən redaksiya ilə əlaqə saxlayan Mustafayev etirazını bildirməklə yanaşı, ortaya çıxan suallara aydınlıq gətirdi: “Xəbəri sizə kim ötürüb, bilmirəm. Yaxşı olardı ki, öz vicdanı qarşısında cavab versin. Bu nə xəbərdi, nə uydurmadı? AFFA-nın bütün fanklubların xərclərini üzərinə götürdüyünü yazmısız. Bu, əziyyət çəkən, 90 dəqiqə susmaq bilməyən azarkeşlərə haqsızlıq deyilmi? Yaxşı olardı ki, məlumatı mənimlə dəqiqləşdirib yazaydız”.
- AFFA Gəncədən Bakıya gələn azarkeşlərin nəqliyyat xərcini qarşılamayıb?
- “Milli Dəstə” olaraq AFFA-dan 425 manat yolpulu almışam. Bu məbləğ də azarkeşlərin Gəncədən Bakıya gəlib-qayıtmasına xərclənib. Lazımdısa, sürücülərin də nömrəsini verə bilərəm. Zəng edib maraqlanın. 2017-ci ildə öz cibimdən xərcləmişdim. Bu dəfə yarıbayarı böldük.
- 425 manat neçə nəfərin gəliş-dedişi üçün nəzərdə tutulmuşdu?
- 30 nəfərin. İki “Sprinter”in Bakıya gəlib-qayıtmasına ayrılmışdı. Belə də yazın, AFFA həmin pulu “Milli Dəstə”yə ayırmışdı. İndiyə qədər sizdən heç nəyi gizlətməmişəm. Xəbəri yazanda məndən soruşsaydız, yenə bu sözləri deyəcəkdim.
- AFFA-dan pul ayrıldığını deyirsənsə, deməli, xəbərimiz doğrudu.
- Yazmısız ki, Gəncədən gələnlərin Bakıdakı xərclərini də AFFA qarşılayıb. Üstəgəl, digər fanatların xərclərini də assosiasiya üzərinə götürüb. Bunlar həqiqət deyil axı. 17 fanklubun adına söz çıxarmaq hansı məntiqə sığır? İndiyə qədər heç kimin haqqını yeməmişəm, kiminsə də haqqımızı yeməsinə imkan vermərəm. Çünki həmin azarkeşləri stadiona mən gətirmişdim.
- Digər fanklublara AFFA-dan heç bir halda maliyyə dəstəyi olmayıb?
- Xeyr, bir daha deyirəm: xeyr. AFFA-dan bizə pulsuz bilet ayrılmışdı. Həmin biletlərin pullarını yığmışdıq, AFFA-ya vermək istəyirdik. Lakin sonradan fikrimizi dəyişdik. Yığılan həmin vəsaiti Qarabağ qazisinə verəcəyik.
- Hansı qaziyə?
- Hələ seçməmişik. Bu haqda müzakirələrimiz gedir. Hansısa qaziyə yardım edəcəyik. AFFA-dan bizə bilet ayrılmasında kimsə qəbahət görürsə, mənimlə əlaqə saxlasın, izah edim.
- İllərdi jurnalistikadayam. İndiyə qədər fanklubların millinin adı ətrafında belə həmrəyliyini görməmişdim. Bu dəfə nə baş vermişdi?
- Mən Azərbaycandaydım, ona görə. Bilirdim ki, prezident gələcək, bütün karyeramı ortaya qoyub nəsə etməyə çalışdım. Sizcə, həmin azarkeşlər pula görə oyuna gəlmişdilər? Hamısı bir sözümə görə gəlmişdi, sağ olsunlar. Stadionda özləri də dedi ki, milliyə yox, sənə görə gəldik. Böyük əksəriyyəti bu fikirdəydi. Bunu deməklə özümü dağ başına qoymaq istəmirəm, sadəcə, reallığı deyirəm. Lazımdısa, 17 fanklubun rəhbərlərinin nömrələrini verim, özlərindən soruşun.
- Səni bu cür birlik yaratmağa nə məcbur etmişdi?
- Azərbaycan tribunasını hər kəsə göstərmək istəyirdim. İstər AFFA-ya olsun, istərsə də başqalarına. Bu ölkədə milliyə dəstək vermək bacarığında olan azarkeşləri göstərmək istəyirdim. Amma ruhlu milliyə, oynayan milliyə.
- Ürəyincə oldu?
- Xeyr, olmadı. Tribuna baxımından hər şey əlaydı, oyun baxımından xeyr.
- Oyun ürəyincə olmadısa, niyə hansısa formada buna etiraz etmədiz?
- Etiraz ola bilməzdi, çünki məqsədimiz yığmaya dəstək vermək idi. Və ayın 11-dəki matçda iştirak etməyəcəyik.
- Niyə?
- Oyun ürəyimizcə olmadığına görə.
- Əsl azarkeşlik komanda məğlub olanda geri çəkilməkdi?
- Söhbət tək məğlubiyyətdən getmir. Öz içimizdə də narazılıqlar çoxdu. Bəzi azarkeş qrupları var ki, ictimai şəkildə etiraz etmək istəyir.
- Slovakiya ilə oyunda qrup halında olmayacaqsız, yoxsa ümumiyyətlə?
- Fərd olaraq gedəcəyik, amma fanklub şəklində dəstək olmayacaq.
- Konkretləşdirək, Macarıstanla oyundan narazı qaldığınıza görə Slovakiya ilə matçda qrup şəklində olmayacaqsız, yoxsa azarkeşlər arasında fikir ayrılığı var deyə?
- Həmin oyunda baş verən müəyyən hadisələrə görə birliklə bağlı etiraz yaranmışdı. Bu adı birlikdə qaldırmışdıqsa, sona qədər birlikdə olmalıydıq. Hansısa qrup və ya qruplar çıxırsa, birlikdən söhbət gedə bilməz. Fərd olaraq hamı iştirak edə bilər. Kim istəyər, dəstək verər, kim istəyər, etiraz edər.
- “Milli Dəstə” Slovakiya ilə oyunda olacaq?
- Olacaq, amma banner açılmayacaq. “Milli Dəstə” səfər qarşılaşmalarında fəaliyyət göstərir deyə, burda üzvlərimiz yoxdu.
- Deməli, milli Slovakiyaya da uduzsa, etiraz şüarları olmayacaq. Çünki sıravi azarkeşlərin bunu edəcəyi real görünmür.
- Razıyam, real görünmür. Amma qrup halında da etmək mümkün deyil. Çünki qrupu yaradanda birlik və həmrəylik nəzərdə tutulmuşdu.
- “Forza Neftçi” fanklubların birləşməsi ideyasına soyuq münasibət göstərmişdi. Qrupun rəhbəri Sübhan Əliyev məsələylə bağlı fikir bildirmək istəməmiş, səbəbi səndən soruşmağımızı məsləhət görmüşdü.
- Öncədən danışığımız olmuşdu ki, birlik sırf dəstək üçün olacaq. “Forza Neftçi” isə azad azarkeş qrupu olduğunu demiş, hansısa formada etiraz etmək haqqının olduğunu bildirmişdi. Hə, bir də “Milli Dəstə” banneri söhbəti var idi, lakin sonradan fikrimizi dəyişib “Azərbaycan” banneri açdıq. Hər kəsin könlü xoş olsun deyə, bu addımı atdıq.
- Belə başa düşdüm ki, yığmanın uğursuzluğu fonunda “Forza Neftçi” hansısa formada etiraz bildirəcəkdi deyə, birləşmək alınmadı.
- Bəli. Lap hesab 0:10 da olsaydı, yenə sona qədər millinin yanında olmalıydıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar