08 in 05:19gundem

“CBC Sport” avrokuboklara qatılacaq klublara məktub göndərib

“CBC Sport” avrokuboklara qatılacaq klublara məktub göndərib
Şəmsəddin Abbasov: “Kiməsə qıcıq vermək fikri ilə o qeydləri təkrarlamamışam”
Şənbə günü Madriddə keçirilən Çempionlar Liqasının finalında bir ilk yaşandı. Azərbaycan tamaşaçısı oyunu öz sərhçimizin məhz yerində həyata keçirilən şərhi ilə izlədi. "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov hələ İspaniyadan qayıtmayıb. O, hazırda Portuqaliyadı. Həmkarımızın final təəssüratını, həmçinin Portuqaliyada ləngimələrinin səbəbini öyrənmək üçün onunla əlaqə saxladıq.
- ÇL-in finalından canlı yayın variantı necə baş tutdu?
- "CBC Sport" bu il Çempionlar Liqasının eksklüziv yayın hüququna sahib idi. Azarkeş marağını nəzərə alaraq, üst-üstə düşən və bu səbəbdən göstərə bilmədiyiniz oyunları "İdman Azərbaycan"a vermişdik. Təbii ki, ÇL-in yayın hüququna yiyələnirsənsə, o zaman sifariş verib istənilən oyunu yerində şərh edə bilərsən. Bu mənada final matçı da istisna deyil. Belə təcrübə indiyə qədər Azərbaycanda olmamışdı. Baxmayaraq ki, ölkəmizdə üç telekanal ÇL oyunlarını göstərmişdi. Kanalımızın baş direktoru Volkan Üst, şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli, texniki heyət oturub müzakirə etdik və bu ilki gerçəkləşdirməyə qərar verdik. Halbuki bu əlavə xərc, ayrıca büdcə tələb edirdi. Bilirsiz ki, "CBC Sport"un maliyyə imkanları elə də geniş deyil. Hər şeyi ölçüb-biçəndən sonra 3 nəfərlik qrupun Madridə ezam olunmasına qərar verildi. Əlavə olundu ki, İspaniyanın paytaxtına gediriksə, qonşu ölkədə - Portuqaliyanın Portu şəhərində keçiriləcək Millətlər Liqasının yarımfinal və final görüşlərindən də canlı yayın təşkil edək. Üç nəfərlik qrupa kanalın baş əlaqələndiricisi Səməd Salamzadə, operator Asif Əzimov və mən daxil edildim. Beləliklə, mayın 31-də Madridə gəldik. Çatan kimi akkreditasiyalarımızı aldıq, məşqlərdə iştirak etdik, canlı bağlantılarımız oldu, dərhal bir süjet də hazırlaya bildik. Ayın 1-də isə möhtəşəm finalı yerindən şərh etməklə azərbaycanlı izləyicilərimizə çatdırdıq.
- Təəssüratın necədi?
- Təbii ki, mən Çempionlar Liqasını "CBC Sport"dan əvvəl yayınlayan kanalın da əməkdaşı olmuşam. Həmişə arzulamışam ki, özüm olmasam da, Azərbaycan şərhçisi üçün belə imkan yaransın. Nə xoş ki, bu xoşbəxtlik mənə qismət oldu. Mənə bu etimadı göstərən Volkan bəyə, Rüstəm Əfsərliyə təşəkkür edirəm. Madriddəki ab-hava möhtəşəm idi. "Vanda Metropolitano"da ikinci dəfə olurdum. İlk dəfə bura "Qarabağ"la gəlmişdim və sevindirici haldı ki, burda Azərbaycandan olduğumu biləndə, "Land of fire Azerbaijan" deyərək "Atletiko" ilə əməkdaşlığı yada saldılar. "Qarabağ"ı unutmadıqlarını vurğuladılar, çünki təmsilçimiz Çempionlar Liqasında madridlilərdən hər iki oyunda xal almağı bacarmışdı. Volkan bəy bizə tapşırmışdı ki, orda ölkəmizi layiqincə təmsil edək. Burdan Madridə özümüzlə Azərbaycan bayrağı aparmışdıq və stadionda asmışdıq. Yeri gəlmişkən, stadionda azərbaycanlı azarkeşləri də gördüm, oyundan sonra görüşdük. Onlar bizim şərhçi kabinəsi ilə üzbəüz tribunada yer almışdılar, bayrağımızı dalğalandırdılar. Deyə bilərəm ki, Azərbaycan kanalının nümayəndəsinin mötəbər yarışın finalında şərhçi otağı alması bütövlükdə ölkə telekanallarını stimullaşdıra bilər. Onu da qeyd edim ki, biz təkcə oyunu şərh etmədik, həm də meydanın kənarındakı peyk studiyasını icarəyə götürdük. Hansı ki orda dünyanın ən tanınmış telekanalları məskunlaşmışdı. Cəmi 10 dəqiqə vaxt ayrılmasına baxmayaraq, bu, təbii ki, əlavə vəsait demək idi. Oyundan əvvəl bu barədə Volkan bəyə məlumat verəndə o, bildirdi ki, Azərbaycan kanalının orda olması, görünməsi çox vacibdi, böyük reklamdı. Dedi ki, maddiyyat vacib deyil. Bu məni xeyli qürurlandırdı.
- Şərh zamanı "CBC Sport"un ilkə imza atmasını dəfələrlə vurğuladın ki, bu məqam bəzilərinin xoşuna gəlməyib. Sosial şəbəkələrdə də tənqid olundun.
- Düzdü, bunu bir neçə dəfə təkrarladım. Ancaq mən "CBC Sport"un uğrununu özümüzü tərifləmək üçün təkrarlamırdım. Görüşü başdan izləməyən insanlar şərhin Bakıdan həyata keçirildiyini düşünə bilərdi. Buna görə bir neçə dəfə xatırlatma etdim. Bunda qısqanılacaq nə var axı? O adamlar bunu başqa yerə yoza bilər ki, belə böyük işləri xəyal edib, amma gücü çatmayıb, bacarmayıb. Ya da yəqin kimsə düşünür ki, gəlib beşulduzlu oteldə qalırıq, şəxsi avtomobil kirayələmişik, yeyib-içir, kef çəkirik. Bu heç də belə deyil. Bu boyda işin arxasında gərgin əmək, stress, yol və qrafik yorğunluğu dayanır. Elə təkcə onu deyim ki, nahardan bir neçə saat ötüb, mən isə səhərdən heç nə yeməmişəm. Madriddən Portuya uçmuşuq, baqajı daşıyıb otelə yerləşmişik, dərhal da məşqə gəlmişik. Sizinlə də stadiondan danışıram. "Portu" klubunun muzeyindən reportaj etmək istəyirik, bura danışıq aparmaq üçün gəlmişik. Mən kiməsə qıcıq vermək, paxıllıq hissi yaratmaq fikri ilə o qeydləri təkrarlamamışam. O əqidənin sahibi də deyiləm. Yeganə istəyim kanalıma, onun çoxminli izləyicisinə xidmət etmək, zövqünü oxşamaqdı.
- "Vanda Metropolitano"da şərhçi qonşuların hansı ölkələrin əməkdaşları idi?
- Türkiyə və Cənubi Koreyanın. Koreyalılarla söhbətimiz də oldu, onlar "Tottenhem"dəki həmyerliləri Sona görə üzgün idilər. Koreyalı həmkarlardan biri hətta yaxınlarda ölkələrarası mədəni əlaqələr çərçivəsində Bakıya gələcəyini bildirdi. Türkiyəyə gəlincə, tanınmış şərhçilər Ərcan Tanər və Öndər Özənlə qonşu idik. Onlar çox sevindilər ki, qardaş Azərbaycanın da öz şərhçisi finaldan yayın təşkil edir. Buna qədər türk şərhçilərin xidmətindən yararlanırdıq.
- "CBC Sport" Millətlər Liqasının finalı ilə yanaşı, hər iki yarımfinal oyununu göstərəcək?
- Qeyd etdiyim kimi, Portuya bu gün gəlmişik. Yarımfinal görüşlərindən biri başqa şəhərdə olacaq. Yolu və xərcləri də nəzərə almalıyıq. Çatdırsaq, yerindən şərh edəcəyik. Alınmasa belə, istənilən halda, canlı yayın olacaq, ancaq şərhi Bakıdan həyata keçirəcəyik. İyunun 5-də keçiriləcək Portuqaliya - İsveçrə oyununu isə Portunun "Draqau" stadionundan mən şərh edəcəm. Və təbii ki, finalı da həmçinin.
- Kanalın yay planları necədi?
- Yayda əksəriyyət istirahət edəndə, biz yenə iş başında olacağıq. Avrokuboklara vəsiqə qazanan klublarımıza rəsmi şəkildə Volkan Üstün adından məktub ünvanlanıb. Kim bizimlə əməkdaşlıq etmək istəsə, can-başla hazır olduğumuzu bildirmişik. Düzdü, hələ məktublara cavab almamışıq, amma müraciət olarsa, avrokubok matçlarının yayınını həyata keçirə bilərik. Millinin Macarıstan və Slovakiya ilə oyunlarına da "CBC Sport"dan baxmaq mümkün olacaq. Biz təkcə futbol kanalı deyilik. Başqa idman növlərindən olan klub-komandalarımızın, millilərin çıxışlarını çəkib göstərə bilərik. Nədənsə bu yaxınlarda Belarusun Minsk şəhərində keçiriləcək 2-nci Avropa Oyunları ilə bağlı Azərbaycanın ikinci idman kanalına müraciət edən olmadı. Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalından isə yalnız həndbol yarışını işıqlandırmağı xahiş ediblər.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar