07 in 14:29gundem

“Çelsi” və “Arsenal” fanatları final təəssüratını bölüşdü

“Çelsi” və “Arsenal” fanatları final təəssüratını bölüşdü
Cabbarov: “Arsenal” Bakıda yox, başqa ölkədə uduzsaydı, bu qədər təsir etməzdi”
Cahangirov: “Azarkeş mədəniyyəti baxımından elə şeylər var ki, ingilislərdən örnək götürməmək yaxşıdı”

Mayın 29-da Bakı Olimpiya Stadionunda Avroliqanın finalı baş tutdu və həmin gün İngiltərə təmsilçiləri “Çelsi”ylə “Arsenal” paytaxtımızda üz-üzə gəldilər. London təmsilçilərinin duelindən “zadəganlar” qalib (4:1) ayrılaraq kuboku başı üzərinə qaldırdı. Elə bu möhtəşəm final ərəfəsində məlum oldu ki, Azərbaycanda həm “zadəganlar”ın, həm də “topçular”ın xeyli azarkeşi və fanklubu var. Əslində hələ “Qarabağ”la oyunlarda ingilisləri dəstəkləyən xeyli sayda həmyerlimizi görmüşdük.
London təmsilçilərinin Bakı fanklublarının üzvlərinin final təəssüratını öyrənmək maraqlı olar. “Çelsi”dən fanklubun təsisçilərindən olan, paralel olaraq “CBC Sport”da çalışan Ramil Cahangirovla, “Arsenal”dan isə fanklubun üzvü Sərdar Cabbarovla danışdıq.
Ramil Cahangirov: “Final təəssüratım möhtəşəmdi. Bunu sözlə ifadə etmək bir qədər çətindi. Əvvəlcə onu qeyd edim ki, bizim fanklub ayrıca sektorda yer almışdı. 119-cu sektordaydıq. Hardasa 50-60 nəfər olardıq. Ancaq fanklubumuzun stadiondakı üzvlərinin sayı daha çox idi. Eləsi var idi martda bilet almışdı, eləsi də var girişini son anda təmin edə bildi. Bildiyiniz kimi, bilet satışında sektor seçimi yox idi. Düzdü, uşaqlarımızdan biletini 119-cu sektora dəyişə bilənlər də oldu. Amma kompakt yerləşmək istəyi tam baş tutmadı. Stadiona gedəndə sayımız daha çox idi. Hətta girişdə ingilis azarkeşlərdən də bizə qoşulan oldu, bir yerdə mahnılar oxuduq, təzahüratlar səsləndirdik. Onu da qeyd edim ki, müəyyən səbəblərdən oyuna gedə bilməyənlər şəhərin müxtəlif məkanlarında bir araya gəlib oyunu izləmişdilər. Biz də oyundan sonra onlara qoşulub paba üz tutduq, səhərə qədər əyləndik, qələbəni bayram etdik.
Komanda kuboku qaldırandan və medallar təqdim olunandan sonra futbolçular ilk olaraq, bizim sektorun önündən keçdi, bizi alqışladılar. Sonra isə ingilis azarkeşlərə tərəf yollandılar. Əlbəttə, bu zövq verdi. Unudulmaz gün idi.
Təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdu. Heç kimin futbolçulara yaxınlaşıb avtoqraf almasına imkan yox idi. İstər komanda məşqə çıxanda, istərsə otelə yollananda yaxınlaşmağa imkan vermirdilər. Açığı, bunu anlayışla qarşılayırdıq. Bilirdik ki, bunu təhlükəsizliyə görə edirdilər. Özümüz Madrid finalında başverənlərə şahid olduq. Düzdü, xanım azarkeşin meydana girməsi əyləncəlidi. Ancaq bu, təşkilatçı ölkəyə başucalığı gətirmir. Bu baxımdan yaxşı ki, bizdə təhlükəsizlik yüksək səviyyədə təmin olunmuşdu. Fanklubumuzun ayrı-ayrı üzvləri müxtəlif yolla futbolçulara yaxınlaşa bilmişdilər. Şəxsən oyun günü səhər komandanın qaldığı oteldə Harri Keyhillə görüşmək imkanım oldu. Hətta deyərdim, bu görüş təsadüfən alındı. Bildiyiniz kimi, kapitan AL-in finalında son oyununa çıxdı. Azarkeşlər adından ona təşəkkürümü çatdırdım, 7 il ərzində “Çelsi” üçün etdiklərinə görə minnətdarlığımı bildirdim. Ümidvar olduğumu çatdırdım ki, son oyununda kubok qaldıracaq. Elə də oldu. Keyhillə birgə şəkil çəkdirdim. Bu da gözəl xatirə kimi yadda qaldı.
Qeyd etdiyim kimi, ingilis azarkeşlərlə şəhərdə, oyuna gedəndə bir-birimizə yaxınlaşırdıq, təmaslarımız olurdu. Oyundan sonra şəhərdəki pablardan birində toplaşmışdılar. Demək olar, səhər saatlarında ayrıldıq. Qələbəni fəal şəkildə, çılğınlıqla qeyd edirdilər. İngilis azarkeşdən nə örnək götürmək olar? Çox istərdik ki, onlarla bir tribunada olaq, amma alınmadı. Bu da klubdan asılı olan məsələ idi. Çünki “Çelsi” ilk növbədə illik abunəçilərinə BOS-da yer sifariş vermişdi. Komandanı tribunada necə dəstəklədiklərini yaxından, onların aralarında olmaqla seyr etmək, oxuduqları mahnıları təkrarlamaq istərdik. Bunu yanlız pabda gerçəkləşdirə bildik. Ancaq azarkeş mədəniyyəti baxımından elə şeylər var ki, ingilislərdən öyrənməsək, örnək götürməsək, yaxşıdı (gülür). Bu da onların öz ənənələrinə bağlıdı. Qələbə varsa, içəcəklər, əylənəcəklər, çılğına dönəcəklər.
Bakı Olimpiya Stadionunda “Çelsi”ni dəstəkləyənlərin sayı daha çox idi. Üstəlik, neytral azarkeşlər də bizim komandanın qələbəsini arzulayırdılar. Bu da əsasən məlum olayla bağlıdı. Açığı, bəzi neytral azarkeşlərin bizi dəstəkləməsi bir “Çelsi” azarkeşi kimi mənə o qədər də maraqlı deyil. Niyə? Cəmi ilyarım öncə “Çelsi” “Qarabağ”la oyun üçün Bakıya gələndə, çoxları bizə “xalq düşməni” gözü ilə baxır, satqın adlandırır, aqressiv yanaşırdılar. Ehtimal edirəm ki, bizi qınayan həmin şəxslər mayın 29-da “Çelsi”ni dəstəkirdilər. Halbuki onların dəstəyi olmasaydı belə, “Çelsi” heç nə itirməyəcəkdi. Ancaq biz heç nəyə baxmayaraq, həmişə komandamızın yanında olmuşuq, onu dəstəkləmişik. Səmimi dəstəkdən söhbət gedirsə, yalnız bizim və İngiltərədən gələn azarkeşlərin münasibəti daha önəmlidi”.
Sərdar Cabbarov: “Açığı, İngiltərədən nə qədər azarkeş gəldiyini dəqiq rəqəmlə deyə bilmərəm. Bu barədə məlumatlı deyiləm. Amma fanklub olaraq, bizdən xeyli uşaq var idi. Bir yerdə əyləşə bilmədiyimiz üçün bəlkə də çox nəzərə çarpmırdıq, amma sayımız az deyildi. İngiltərədən gələnlərlə bir yerdə əyləşə bilmədik. Risk edə bilməzdik, ona görə də xeyli bileti əvvəlcədən almışdıq. Həmişə fikir vermişəm, “Arsenal” azarkeşləri digər ingilis klublarının tərəfdarlarından fərqlənirlər. Bizimkilər oyunu sakit şəkildə izləməyə üstünlük verirlər. Bununla belə, öz bəstələri, tərzləri var. Özünəməxsus tərzdə komandanı dəstəkləyirlər. “Arsenal”ın media kanalı da gəlmişdi, bizə maraq göstərirdilər. Deyəsən, belə dəstək gözləmirdilər, çox bəyəndilər. Yaxşı ki, Henrix Mxitaryan Bakıya gəlmədi. Sevimli klubumuzun oyunçusu olsa da, heç vaxt onu görmək istəməmişik. Amma faktdı ki, həmin olay neytral azarkeşləri “Çelsi”yə yönəltdi, rəqibimizə rəğbət bəsləyənlərin sayı çoxaldı. Halbuki azı Məsut Özilə görə “Arsenal”a rəğbət çox olmalıydı. Etiraf etməliyəm ki, ümumiyyətlə, Azərbaycanda “Çelsi” azarkeşlərinin sayı daha çoxdu. Bunun da səbəbi bəllidi. Çünki “Çelsi” son illərdə “Arsenal”dan çox uğurlu çıxış edib. İstər Avropada, istərsə də İngiltərə premyer-liqasında. Son 7 ildə avrokubokda 3 titul qazanıb. Yəni bildiyimə görə, “Çelsi” son illərin uğurlarına görə daha çox dəstəklənilir. Digər tərəfdən, “Çelsi”də elə ulduzlar var ki, neytral azarkeşlər onu sevir. Məsələn, Eden Azar.
Sevimli komandamızın məğlubiyyəti bizə çox pis təsir etdi. AL-in finalı başqa ölkədə keçirilsəydi və “Arsenal” uduzsaydı, bu qədər təsir etməzdi. O qədər gözlədik, qarşılamağa getdik, tənələrə baxmayaraq, dəstəklədik və qarşılığında məğlubiyyətinə üzüldük. Özü də necə məğlubiyyət... Bizi yandırdı. Komandanı otelin qarşısında qarşılamağa getmişdik. Açığı, futbolçulardan yalnız Qranit Cakaya yaxınlaşa, avtoqraf ala bildik. Təhlükəsizlik səbəbindən bizi onlara yaxın buraxmadılar”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar