04 in 13:30gundem

Madriddə durum Bakıdakından pis olub

Madriddə durum Bakıdakından pis olub
“Liverpul”un sahibi və əfsanələri stadiona piyada gedib
Sirr deyil ki, Avroliqanın Bakıda keçirilən finalı ilə bağlı az qala ümummilli eyforiya hökm sürür. Təbii ki, təhlükəsizliklə bağlı hansısa problem, final ab-havasına kölgə salan hansısa olayın yaşanmaması yaxşı haldı. Amma məndə dərin təəccüb doğuran bəzi məqamlar var ki, onları bölüşməliyəm. İlk növbədə elə final günü 63 min biletin satılması elan olunduğu halda, tribunalara cəmi 51370 tamaşaçının toplaşması nonsensdi. Faktiki arada 11630 azarkeş “itib”. Bunun müəyyən qədərini bilet alıb, Bakıya gəlməyən ingilislərin, finaldan çıxacağına ümid edib havayı yerə bilet alan başqalarının ayağına yazsaq da, yenə heç cür say düzəlmir. Ümid edirik ki, bu boyda kəsirə nə vaxtsa məntiqli izah tapa biləcəyik. Bakı finalından cəmi 3 gün sonra Çempionlar Liqasının finalının da keçirilməsi müqayisə həvəskarlarına əlavə material verdi. Beləliklə, Madriddə durum necə olub?
Madriddəki final təkcə “Liverpul”la “Tottenhem”in ifasında sönük oyunla yox, həm də Avroliqanın Bakı finalı ilə müqayisəyə gəlməyəcək dərəcədə çoxlu problemlə yadda qalacaq. Məsələn, jurnalistlərdən biri “tvitter”də belə yazır: “Bu, Çempionlar Liqasının bütün tarixi ərzindəki ən pis final idi. Bakı, sənə rişxənd etdiyimizə görə bizi bağışlayın. Geri boylansaq, siz Madridlə müqayisədə daha yaxşı idiz”.
Və həqiqətən də Bakıdan fərqli nəhəng futbol tədbirlərini keçirmək baxımından böyük təcrübəyə malik Madridin finaldakı təşkilatçılığı çox aşağı səviyyədə olub. Bunu Bakı finalını yamanlayan elə həmin İngiltərə KİV-i və elə başqaları da etiraf edir.
İspaniya paytaxtı ingilis fanatların axını ilə bacarmadı – nə onların davranışı, nə də özlərindən sonra qoyub getdikləri zibil yığını ilə. Madrid stadionda təhlükəsizliyi lazımi səviyyədə təmin edə bilmədi (meydana qaçan yarıçılpaq qadını xatırlamaq kifayətdi), həmçinin biletlərlə bağlı çoxlu fırıldaqçılıq faktına əngəl olmağı bacarmadı. Dünya mediası 33 yaşlı ingilis azarkeşin hərəkəti haqda yazır və videosunu yayır. Belə ki, həmin videoda çılpaq fanat Madridin mərkəzində böyük kütlə önündə masturbasiya (azyaşlı oxuculardan üzr istəyirik – O.) ilə məşğul olur. İspaniyanın “El Mundo” qəzetinin yazdığına görə, həmin fanat həm də xəstəxanaya aparılan italyan xanım turistə qarşı zorakılıqda suçlanır. Bu azmış kimi, güclü alkoqolun təsiri altında olan coşqun manyak polislərə müqavimət göstərməklə onlardan altısına (!) xətər yetirib. Belə olayı Bakıda təsəvvür edə bilərsizmi?!
Azərbaycan paytaxtından fərqli Madriddə polis tərəfindən azarkeşlərin kütləvi həbsi və döyülməsi hallarına da təsadüf olunub. Britaniya KİV-i bu haqda yazır: “İspaniya polisi bara daxil olaraq, heç bir əsas olmadan “Tottenhem”in 50-yə yaxın fanatını döyüb. Çoxları ciddi zədə alıb”.
İnsidentlərin çoxu biletlə bağlı olub. Polis iki saxta bileti 8400 avroya satmağa cəhd edən bir qadını saxlayıb. Bir qədər əvvəl polis üç italyanı, saxta futbol atributlarının satışında şübhələndiyi daha altı başqa adamı da saxlamışdı. Bəzi fanatlar gerçək biletlərə yiyələnmələrinə baxmayaraq, stadiona düşə bilməməkdən şikayətlənirlər. Daha bir qrup azarkeşi isə atlı polis bilet oğurluğuna görə həbs edib.
Ümumiyyətlə, “The Telegraph” qəzetinin yazdığına inansaq, Madridə gələn fanatların üçdəbirinin bileti saxta olub. UEFA-dan xəbər veriblər ki, oyuna rekord sayda saxta bilet satılıb. Bu üzdən 63 min yerlik stadionda oyun günü buraxılış sistemi sərtləşdirilib ki, saxta bilet daşıyan azarkeşlər içəri keçə bilməsinlər.
Bundan başqa, UEFA azarkeşləri “qara bazar”da özünü stüard kimi qələmə verən fırıldaqçıların varlığından da xəbərdar edib. Belələri ya saxta bilet satıb, ya da biletin həqiqiliyini yoxlamaq adı ilə onların sahiblərini aldadaraq bu biletləri ələ keçiriblər. Şəhərdə hətta şayiə gəzirdi ki, oyun günü satışa əlavə 4 min bilet də çıxarılacaq, ancaq UEFA bu xəbəri təkzib etdi.
“Tottenhem” fanatı olan məşhur tenor Vinn Evans deyir ki, onlayn-agentlik vasitəsi ilə 7 min funt sterlinq ödəməklə oyuna iki bilet alıb, ancaq bir qədər sonra ona bildiriblər ki, bilet etibarsızdı: “Görünür, həmin agentlik mənə bileti satandan sonra anlayıb ki, onları daha baha qiymətə sata bilər. Mən isə bir qədər də baha qiymətə daha iki bilet almalı oldum. Ancaq heç də əmin deyiləm ki, əvvəl ödədiyim 7 mini mənə qaytaracaqlar”.
Xatırladaq ki, hər kluba təxminən 17 min bilet ayrılmışdı. UEFA-nın rəsmi saytında biletlərin qiyməti 70-600 avro arasında dəyişirdi, hərçənd minlərlə avroya satılıb.
Madrid stadiona nəqliyyat daşımalarının da öhdəsindən gələ bilməyib. Stadiona aparan yolda onlarla kilometr sürən tıxaclar yaşanıb. “Liverpul”un sahibi Con Henri, həmçinin klubun əfsanələri Kenni Dalqliş və Yan Raş maşını tərk edərək, stadiona vaxtında çatmaq üçün yolun son 10 dəqiqəlik hissəsini piyada getməli olublar. Azarkeşlər həmçinin 31 may – 2 iyun aralığında Madriddə yaşamaq üçün hədsiz yüksək qiymət, şəhərdəki fan-zonanın erkən qapadılması problemi ilə də üzləşiblər.
Xatırladaq ki, Bakıdakı Avroliqa finalı günündə azarkeşlərin stadiona vaxtında və maneəsiz çatdırılması üçün şəhərin fərqli hissələrindən Olimpiya Stadionuna iki marşurut xətti ayrılmışdı. Bakıdakı fanat zonası oyunöncəsi bağlanmamışdı, burda quraşdırılan böyük ekranda finala baxmaq mümkün idi. Həmçinin Bakının küçələrində azarkeşlərlə bağlı da ciddi insidentlər olmayıb.
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar