31 may 16:56gundem

Azərbaycanlılar dəstəklədi, “zadəganlar” qazandı

Azərbaycanlılar dəstəklədi, “zadəganlar” qazandı
Mən metronun “Koroğlu” stansiyasından çıxıb, Olimpiya Stadionunun yolunu tutanda saat artıq 22.38-i göstərirdi. Açığı, insan seli zəifləmişdi və bu anda “Qarabağ”ın daha ajiotajlı oyunları üçün darıxa-darıxa irəlidə hansı mənzərə ilə üzləşə biləcəyimi də düşünürdüm. Oyuna çox az qalmış bilet alverinin getdiyini də görüb, özlüyümdə tribnaların tam dolmayacağını dəqiqləşdirdim. Sirr deyil ki, AFFA-nın tərəfdaşlarına, futbol ictimaiyyətinə payladığı bir çox bilet “qara bazar”a ayaq açmışdı. Satan da var idi, alan da. Məsələn, bir alverçi əlindəki 90 avroluq biletlərin hər birini 100 manata təklif etdi, potensial müştəri ona ikisinə 100 manat verəcəyini bildirdi, bu arada açılışa gecikəcəyimi görüb, sövdələşmə yerindən uzaqlaşdım. Stadiona çatmamış onu da deyim ki, həm adi “barmaq” işarəsi, həm də meqafonlar ilə “silahlanan” könüllülər bu dəfə daha yaxşı işləyirdi, adamlara həvəslə yol göstərirdilər. Daha bir məqama toxunmaya bilmərəm. Finalın təşkilatçıları qonaqlara üzərində Tofiq Bəhramovun ad-soyadı yazılan açarlıqlar paylamaqla yanaşı, stadionda onun şərəfinə şəkillərindən ibarət xüsusi lövhə düzəltməyi də lazım bilmişdilər.
Açılış mərasimində britaniyalı dicey Conas Blu şou proqramla çıxış etdi, 150 yerli rəqqasla birgə azarkeşlərin zövqünü oxşadı. Bu arada stadionda atəşfəşanlıq oldu və ardından Avropa Liqasının kuboku meydana gətirildi. Komandaların nəhəng formaları da qapı arxasına yerləşdirildi. Bu məqamda məxsusi finala görə stadionda yaşanan dəyişiklər diqqətimi cəlb etdi. Belə ki, qaçış zolaqlarının üzəri qazonun rənginə uyğun parça ilə örtülmüş, texniki zona meydandan xeyli uzaqlaşdırılmışdı. Ancaq bu məqam nə Sarrinin, nə də Emerinin vecinə idi. Onlar çox tez ayağa qalxaraq, meydana yaxınlaşmağa, ardıcıl göstərişlər verməyə başladılar. Yeri gəlmişkən, qazonda cüzi qüsurlar gözə dəysə də, “bura vətəndi...” deyib, UEFA-nın iki gün əvvəl verdiyi qiymətlə razılaşmaq olar. Bütün başqa oyunətrafı məqamlarla yanaşı, şəxsən mən dərhal azarkeşlərin simpatiyasının kimin tərəfində olduğunu müəyyənləşdirməyə çalışdım. Debüt mənzərəsi bu mənada aldadıcı idi. Bir tərəfdən “Arsenal”ın İngiltərədən gələn azarkeşləri çox idi, digər tərəfdən isə “topçular” ilk yarımsaatda daha inamlı oynamaqla sanki azərbaycanlı azarkeşlərin də əl-qolunu bağlamışdılar. Amma 30-cu dəqiqədən fəallaşan və Çexin qapısı önündə ardıcıl təhlükələr yaradan “zadəganlar” dərhal bizimkilərin məhz bu komandanın adını qışqırmasına səbəb oldular. Bəlkə azarkeşlərin sayı ilə bağlı da nəsə deyim? Bunu yazarkən protokoldakı rəqəmdən xəbərsizəm, amma gözəyarı baxanda da bilmək olurdu ki, tribunalarda 53 mindən artıq adam yoxdu.
Fasilədə qida və su-pivə satışı ilə bağlı mənzərəni öyrənmək üçün yerimi tərk edib, aşağı düşdüm. Bizimkilər əsasən yemək və su axtarışına çıxmışdısa, əcnəbilər, o cümlədən ruslar “Amstel”i su kimi içirdilər. Satış məntəqələrinin önü də daim qələbəlik idi.
Yeri gəlmişkən, belə gec vaxtda stadionda olmağa öyrəşməyən könüllülər və bəzi azarkeşlər fasilədə evə yollandı. Nə gizlədim, sanki stadiona canlı yayın üçün gələn, oyunboyu telefonu əlindən düşməyən soydaşlarımız da çox idi ki, bu məqamın üzərində xüsusi dayanmaq istəmirəm. Ümumiyyətdə, ikinci hissədə yaşananlar haqda çox danışmağa dəyməz. “Çelsi” sanki azarkeşlərin sifarişini yerinə yetirirmiş kimi “bir aktyorun teatrı”nı təşkil etdi. Henrix Mxitaryan amili azərbaycanlı azarkeşləri “Arsenal”ın əleyhinə qaldırdı. Mükafatlandırma zamanı tribunalarda, daha sonra işə dönəndə yollarda “topçular”ın uğursuzluğa sevinən yüzlərlə adam gördüm. Mükafatlandırmaya ənənəvi olaraq UEFA-nın rəhbəri Aleksander Çeferin və təbii ki, AFFA prezidenti Rövnəq Abdullayev qatılmışdı. Hakimlər xatirə medallarını alandan sonra növbə "Arsenal"a və "Çelsi"yə çatdı. Avropa Liqasının kubokunu Çeferin "Çelsi"nin kapitanları Keyhill ilə Aspilikuetaya təqdim etdi. Finalda 2 qol və məhsuldar ötürmə ilə yadda qalan Azar isə ən yaxşı sayıldı. Beləliklə, ölkəmiz üçün tarixi final arxada qaldı. “Çelsi” və “Arsenal” bundan sonra qitə arenasında nələr qazanıb-qazanmayacağını özü bilər. Azərbaycan isə hələ futbolda son sözünü deməyib. Buna artıq adım kimi əminəm!
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar