29 may 16:51gundem

“Futbol+”in əməkdaşı danışdı, Sloveniya saytı yazdı

“Futbol+”in əməkdaşı danışdı, Sloveniya saytı yazdı
Bakının Avroliqanın finalını haqq etmədiyini düşünürlər...
İndi hamı bizdən və Bakımızdan danışır. Avroliqanın 2018/19 mövsümünün final qarşılaşmasının sabah paytaxtımızda baş tutacağı bütün dünyanın diqqətini ölkəmizə yönəlməsinə səbəb olub. Demək olar, bütün ölkələrin mətbuatında finalın Azərbaycan paytaxtında keçirilməsi ilə bağlı yazılar dərc olunur, müəyyən təhlillər aparılır, açıqlamalara yer verilir.
Sloveniyanın ünlü portallarından sayılan siol.net, el arasında “sportal” kimi tanınan saytı da məlum mövzuya toxunmağı lazım bilib. Ötən il “Qarabağ” – “Olimpiya” matçını işıqlandırmaq üçün Bakıya səfər etmiş Rok Vişkoviç adlı jurnalist “Möhürlənmiş Bakının səsi” adlı məqalə hazırlayıb ki, yazıda qəzetimizin əməkdaşı Həbib Aslanovun açıqlamalarına yer verib. Başqa cür desək, Həbibdən aldığı məlumatlar əsasında oxucularını ölkəmizdəki durumdan və Avroliqanın finalından xəbərdar edib. Yazını dilimizə tərcüməylə təqdim edirik.
Niyə bu qədər təzyiq var?
Finalın Bakıda keçirilməsinə dair hədsiz etirazlar, UEFA və onun prezidenti Aleksander Çeferinin ünvanına hədsiz narazılıqlar bitmək bilmir. Az qala hər gün yeni nələrsə oxuyuruq. Mövzunu dərindən araşdırmaq, bilmədiyimiz yeni nələrsə öyrənmək üçün azərbaycanlı jurnalistlə danışdıq. “Bakıya gələn hər bir qonaq böyük sevinc hissi və təbəssümlə paytaxtımızı tərk edəcək” – “Futbol+” qəzetindən olan həmkarım Həbib Aslanov söhbətə bu cümlə ilə başlayır.
“Xarici mətbuatda oxuduqlarınız Britaniya mətbuatının həqiqəti əks etdirməyən xəbərləri və bu oyun ətrafında yaratmaq istədikləri süni əngəllərin nəticəsidi. İngilislər özlərini sevir və dünyada “bir nömrə” olduqlarını zənn edirlər. Onların fikrincə, hər şey özlərinin istədiyi kimi olmalıdı, heç bir əziyyət çəkmədən arzularına çatmalıdılar. Bilirsiz, son illərdə Azərbaycan bir çox beynəlxalq yarışlara evsahibliyi etsə də, ölkəmiz hələ də Avropa siyahısında özünə yer edə bilməyib. Ad olaraq varıq, amma avropalılar gördüyümüz işlərə şübhə ilə yanaşırlar, ölkəmizi özlərininkindən zəif və bacarıqsız hesab edirlər. Britaniyalıların əməlləri dediklərimin sübutudu. Halbuki Azərbaycan Avropada və futbolda möhür vurmaq üçün çox çalışır, son 10 ildə burda böyük işlər görülməkdədi. Məncə, təxribata hesablanmış işlərin arxasında hansısa qüvvələr dayanır. Bu sırf ingilislərin ölkəmizi, xüsusən də paytaxtımızı aşağılamaq planı deyil” – bunlar da hadisələri diqqət mərkəzində saxlayan Həbibin dedikləridi.
Aleksander Çeferin gözlərinə inanır
Avroliqanın finalının hansı ölkədə və hansı stadionda keçirilməsinə dair qərar UEFA-nındı. Bunun üçün isə ciddi araşdırmalar aparılıb, ən kiçik detallar nəzərdən keçirilib. 2017-ci ildə verilmiş qərarın səbəbkarı Aleksander Çeferin və onun ətrafındakılardı.
Aslanovu dinləyək: “Canni İnfantino ilə Aleksandr Çeferinin bir ayağı Bakıdadı. Onlardan öncəkilər də bu cür davranırdılar. Ölkəmizə bir neçə dəfə səfər edən başbilənlər görülən işləri və sürətli inkişafı gözləri ilə görüblər. Deməyim odu ki, Avroliqanın finalının Bakıda keçirilməsinə dair qərar məhz UEFA prezidentinə məxsusdu. Çeferinin AFFA-nın prezidenti Rövnəq Abdullayevlə və baş katib Elxan Məmmədovla isti münasibəti var. Azərbaycanda idman qurğularının və müasir standartlara cavab verən stadionların sayı kifayət qədərdi və durmadan artır. Müxtəlif yarışlara evsahibliyi etməklə idman ölkəsi olduğumuzu sübut edə bilmişik. Son 7 ildə klublarımız bir neçə dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb, Avropa futbol ailəsinin üzvü kimi qəbul olunuruq. Xarici mətbuatda yazılanlardan həqiqəti əks etdirən tək fakt yol uzaqlığıdı. Bəli, Bakı Londondan və mərkəzi Avropa şəhərlərindən uzaqda yerləşir. Necə ki, sentyabrda özüm Portuqaliyaya uçanda 7 saatımı havada keçirmişdim. Deməyim odu ki, biz özümüz də harasa gedəndə yol uzaqlığından əziyyət çəkirik”.
Avropa nəhəngləri Bakıdan razı qalıb
Azərbaycan təmsilçilərinin avrokuboklardakı inamlı çıxışı dünyaca ünlü bir çox klubların Bakıya səfər etməsinə səbəb olub. Lakin indiyə qədər heç kim ordakı şəraitdən gileylənməyib. Əksinə, gördüklərini yaxşı mənada sürpriz kimi qarşıladıqlarını dilə gətiriblər. Bunun nəticəsidi ki, Bakı son illər turistlərin səyahət dayanacağına çevrilib.
“Qarabağ” son vaxtlar Avropadakı qürur mənbəyimizdi. Ardıcıl 5 il qrup mərhələlərinə vəsiqə qazanan təmsilçimiz azərbaycanlı futbolsevərlərə Çempionlar Liqasının qrup sevincini də yaşatdı. Son 5 ildə Bakıya gələn ünlü klubların adlarını sayım? “Çelsi”, “Arsenal”, “Roma”, “Atletiko”, “Tottenhem”, “İnter”... Davam edim? “Borussiya”, “Fiorentina”, “Ayntraxt”, “Monako”, “Sportinq”. Lakin bir dəfə də olsun, hansısa klub rəsmisi, futbolçu və ya məşqçinin narazı qaldığını görməmişəm. Yalnız yol uzaqlığından gileylənə bilərlər, başqa heç nədən. Hətta ünlülərin Bakı ilə bağlı dilə gətirdikləri saysız açıqlamaları sizə təqdim edə bilərəm” – bunları da həmkarım deyir. Britaniya mətbuatında yazılanların onu da qəzəbləndirdiyini hiss etmək çətin deyil. Ona görə də söhbətə davam edir: “Azərbaycan və Bakı Avroliqanın finalına çoxdan hazırlaşır. Geridə qalan müddətlə təşkilatçılıq və təhlükəsizlik üçün ciddi işlər görülüb. Son aylarda, demək olar ki, hər həftə UEFA rəsmiləri Bakıya səfər edib, şərait və infrastrukturla yerində tanış olub, lazım olan göstərişlərini veriblər. Ən xırda detallara qədər yoxlanılıb. Ölkə və AFFA rəhbərliyi finalın yaddaqalan olması üçün əlindən gələnin ən yaxşısını etməyə çalışıb. Məqsəd həlledici qarşılaşmanın əlamətdar və turistlərin ürəyincə olmasıdı. Əmin ola bilərsiz, Bakıya gələn hər kəs burdan gülərüzlə qayıdacaq”.
İdman növü, bir də var siyasət
Bakı finalı təkcə yol uzaqlığı, Azərbaycanın tarixi futbol ənənələrinin olmaması ilə bağlı deyil. Burda başqa vacib və həssas məqam da var ki, son günlər daha çox bu məsələ müzakirə olunmaqdadı. Söhbət Henrix Mxitaryanın səfərə aparılmamasına görə hüquqlarının pozulmasından gedir. “Arsenal”ın ulduz futbolçusunun vətəni sayılan Ermənistanın Azərbaycanla illər öncə etdiyi müharibə hələ də aktullığını qorumaqdadı. Ona görə də Mxitaryan həyat riskini göz önünə alıb Bakıya səfər etmək istəmədi.
“Ermənilər düşmənimizdi, buna görə də onları sevmirik. Henrix Bakıya gəlməkdən, sadəcə, qorxdu. Halbuki heç kim ona heç nə etməyəcəkdi. Bir var idman, bir də var siyasət. Ölkə rəhbərliyi idmanla siyasəti bir-birinə qatmağın tərəfdarı deyil və bunun üçün ciddi təhlükəsizlik tədbirləri görülür. Dünənə qədər Bakıya neçə-neçə erməni idmançı səfər edib. İnternet qaynaqlarına baxın, görün bir dəfə də olsun, problem yaşayıblar, ya yox. Hətta erməni idmançı ölkəmizdə Ermənistan bayrağına bürünmüşdü, kimsə ona nəsə etdi? Yox!” – Həbibin bu mövzuya münasibətidi.
Henrixə heç nə olmayacaqdı
“Erməni futbolçu rahat şəkildə təyyarədən enib otelə gedə, ordan da stadiona yollana bilərdi. Komanda yoldaşları necə, o da elə. Heç kim ona heç nə etməyəcəkdi. Çünki edə bilməzdilər. Bunun üçün ölkə rəhbərliyi və UEFA səviyyəsində Mxitaryanın təhlükəsizliyinə zəmanət verilmişdi. Ona ediləcək hansısa xoşagəlməz hərəkətin hansı fəsadlara yol aça biləcəyinin fərqindəyik. Avroliqanın finalında mənfi hal yaşansa, ölkəmizi gözləyən mümkün sanksiyaları göz önünə gətirmək çətin deyil. Halbuki Bakı gələn il AÇ-2020-nin 4 oyununu qəbul etməyə hazırlaşır. Belə həssas məqamda erməni futbolçuya görə problem yaşamaq yerinə düşməz. Yenə deyirəm, Bakıda ona heç nə olmayacaqdı. Sadəcə, bura gəlməyə cəsarəti çatmadı, qorxdu” – bunlar da “Futbol+”dən olan həmkarımın dedikləridi.
Aslanova vaxt ayırdığına görə təşəkkür edib, sonuncu sualıma da aydınlıq gətirməsini xahiş edirəm. Bu dəfə futboldan bir az uzaqlaşırıq: “Biz öz həyatımızı yüksək səviyyədə yaşamağa çalışırıq. Başqalarının haqqımızda nə düşündüyünə önəm vermirik. Neft ölkəsiyik, istədiyimiz kimi yaşayırıq, insanlar küçələrdədi, hamı gəzir, əylənir. Bakıyakı turistlərə qonaqpərvərliyimizi göstəririk. “Çelsi” və “Arsenal” azarkeşləri, ümumiyyətlə, bu oyuna görə Azərbaycana gələcək hər bir şəxs dediklərimi təsdiqləyə biləcək. Amma erməniləri sevmirik, bu faktdı. Sabah ölkə prezidenti müharibənin başlamasına dair əmr versə, hamı ön cəbhəyə yollanacaq”.
Avropada yaşayanların böyük əksəriyyəti ölkə prezidenti İlham Əliyevin diktator olduğunu iddia etsə də, Həbibin dediklərindən sonra insanların ölkə rəhbərinə olan inamını təsəvvür etmək çətin deyil. Xatırladım ki, Əliyev 15 ildi Azərbaycanın prezidentidi və son seçkilərdə 86 faiz səs toplayaraq rəqiblərinə şans yeri qoymayıb.
RƏŞAD hazırladı

Yeri gəlmişkən...
Adı çəkilən saytda mayın 29-dakı oyuna dair sorğu yerləşdirilib ki, “Bakı Avroliqanın finalını haqq edirdi” sualına cavab axtarılır. Oxucuların 74.57 faizi “xeyr” düyməsini basıbsa, 16.84 faizi “bəli” deyib. 8.59 faiz isə neytral mövqe tutmağa üstünlük verib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar