24 may 15:22gundem

"Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər

"Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər
Emeri: “Ailə üzvləri təhlükəsizlik baxımından Henrixin Bakıya getməsini məsləhət bilməyib”
Avropa Liqasının Bakıda keçiriləcək finalına artıq 6 gün qalıb. Həlledici qarşılaşmada meydana çıxacaq “Arsenal”ın Henrix Mxitaryan ətrafında başladığı ucuz şouya, nəhayət, srağagün nöqtə qoyuldu. “Topçular” erməni yarımmüdafiəçini Bakıya gətirməməyə qərar verdi.
London təmsilçisi geri çəkildi
“Arsenal” Henrix Mxitaryanı mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalına gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını açıqlayıb. London təmsilçisinin rəsmi saytı vasitəsi ilə yayılan açıqlamada erməni futbolçunun Bakıya gətirilməyəcəyi vurğulanıb: "Arsenal" futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqda narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudu. Buna görə də bu böyük itkidi. Çox kədərli vəziyyətdi. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur".
Baş məşqçi erməniyə görə təəsüflənir
“Topçular”ın baş məşqçisi Unay Emeri srağagün keçirilən mətbuat konfransında erməni yarımmüdafiəçinin Bakıya gedə bilməyəcəyinə təəssüfləndiyini bildirməklə yanaşı, Azərbaycan paytaxtında londonluların yetərincə azarkeşinin olduğunu söyləyib: "Düşünürəm ki, azarkeşlərimiz bizimlə stadiona gəlmək istəyirlər."Arsenal"ın bütün dünyada çox sayda azarkeşi var. Klubun Bakıda çoxlu fanatlarının olduğunu bilirəm və onlar da stadionda olacaqlar. Amma Londonda da çoxlu fanatlarımız var və onların da bizimlə birlikdə olmasını istərdim. Mxitaryan Bakıya getməyəcək. Bu onun şəxsi qərarıdı. O, ailəsi ilə də danışdı. Ailə üzvləri təhlükəsizlik baxımından Henrixin Azərbaycan paytaxtına getməsini məsləhət bilməyib. Mən Bask bölgəsindənəm. Bizim də böyük siyasi problemlərimiz var. Onun qərarını başa düşürəm”.
AFFA erməni futbolçunun qərarına münasibət bildirdi
Mxitaryanın final görüşünə gəlməməsi ilə bağlı qərarına AFFA da münasibət bildirib. Assosiasiyanın rəsmi saytında məsələ ilə bağlı bunlar qeyd olunub: “Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi. Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinin təmin olunmasına zəmanət verdi. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdu. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib. Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”.
Rövnəq Abdullayev ölkə prezidentinin futbola dəstəyini qabartdı
AFFA prezidenti Rövnəq Abdullayev mediaya açıqlamasında finalda üz-üzə gələcək komandaları və hər iki klubun azarkeşlərini salamlamaqla yanaşı, ölkə başçısı İlham Əliyevin futbola göstərdiyi diqqət və qayğından söz açıb: “Avropa Liqasının finalına evsahibliyi etmək AFFA və Azərbaycanın bütün futbol ictimaiyyəti üçün böyük şərəf olmaqla yanaşı, həyəcanla dolu və sevindirici haldı. Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi qərarı milli assosiasiyanın Azərbaycanda futbolu inkişaf etdirmək üçün həyata keçirdiyi dəyərli işinə verilən qiymət, həmçinin UEFA-nın inam və etimadının göstəricisidi. Ölkə prezidentinə bu məsələdə bizə verdiyi dəstək üçün hədsiz dərəcədə minnətdarıq. Dövlət başçımız Azərbaycanda əsas idman yarışlarının keçirilməsinin böyük tərəfdarıdı və həmişə idmançı və atletlərin ehtiyaclarına diqqətlə yanaşıb. Bu oyuna evsahibliyi etmək futbolun populyarlığına və paytaxta yeni ziyarətçilərin gəlişini stimullaşdırmağa kömək baxımından Azərbaycan və region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda futbolun inkişafına yeni bir təkan verməklə yanaşı, bu hadisə ölkəmizə ilk dəfə səyahət edən və hər gün artan, inkişaf edən gözəl paytaxtımızı hələ də tanımayan insanların dünyagörüşünü artıracaq. Azərbaycan 17 yaşadək qadın futbolçular arasında 2012-ci il dünya çempionatına, 2013/14 mövsümündə UEFA Futzal Kubokuna və 2015/16 mövsümündə 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə evsahibliyi etdiyindən, AFFA-nın nüfuzlu yarış və tədbirlərin təşkilində böyük təcrübəsi var. Avropa Liqasının final oyununa evsahibliyi, şübhəsiz ki, ölkəmizdəki futbol azarkeşlərinə başqa bir dəyərli miras qoyacaq”.
AFFA-nın baş katibi Elxan Məmmədov da “Arsenal”ın qərarına münasibət bildirib: “Biz “Arsenal”ın Henrix Mxitaryanın öz komandası ilə birgə "Çelsi"yə qarşı Avropa Liqasının final oyununda iştirak etmək üçün Bakıya gəlməyəcəyi ilə bağlı bəyanatından məyus olduq. “Arsenal”, oyunçunun özü və ailəsi ilə birgə qəbul edilən bu əsassız qərardan çox təəssüflənirik. Azərbaycan Mxitaryanın təhlükəsizliyinin təminatı ilə bağlı UEFA-nın tələb etdiyi bütün mümkün zəmanəti təqdim etmişdi. Zəmanətin ciddiliyini şübhə altına almaq üçün heç bir əsas yoxdu. Son on ildə çox sayda erməni idmançı hər hansı insident olmadan Azərbaycanda təşkil olunan müxtəlif beynəlxalq idman yarışlarında iştirak edib. Nəhayət, hesab edirik ki, məyusluq yaradan bu qərar heç bir şəkildə qarşıdakı böyük oyunun əyləncə və keyfiyyətinə təsir etməyəcək. Səbirsizliklə hər iki komandanı Bakıda gözləyirik”.
Ermənistan Mxitaryandan təxribatçı məqsədlər üçün istifadə edir
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in mətbuat katibinin Bakıda keçiriləcək Avropa Liqasının final oyunu və “Arsenal”ın oyunçusu Henrix Mxitaryanın Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına reaksiya verib. Nazirliyin sözçüsü Leyla Abdullayeva bir daha vurğulayıb ki, Azərbaycan tərəfindən mayın 29-da keçiriləcək oyunda iştirak edəcək bütün oyunçuların, o cümlədən “Arsenal”ın futbolçusu Mxitaryanın və azarkeşlərin təhlükəsizliyi təmin olunacaq: “Şəxsən XİN-in mətbuat katibi kimi mən bu xüsusda ünvanlanan suallara cavab olaraq, Azərbaycanın idmanla siyasəti eyniləşdirmədiyini dəfələrlə qeyd etmişəm. Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına evsahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər. Ermənistan XİN-in “Arsenal”ın erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Ermənistan XİN-in belə bir “oyun”da iştirak etməsi yalnız təəssüf doğurur. Əfsuslar olsun ki, bu addım Ermənistanın Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi. Təəssüf ki, Ermənistan “Arsenal”ın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir. Bu həm də onu nümayiş etdirdi ki, birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz və gülüncdü ki, Azərbaycanın işğal etdiyi ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir. Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların sülh və tolerantlıq mühitində birgə yaşayışı bütün dünyaya yaxşı bəllidi. Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkili, ölkəmizə səfər edən əcnəbilərin (istər futbolçular, istərsə də azarkeşlər olsun) Azərbaycandakı real vəziyyətlə yerindəcə tanış olmaları Ermənistan XİN-in əsassız iddialarının ən gözəl cavabı olacaq”.
“Arsenal”dan final oyunu üçün böyük mükafat
Avropa Liqasını qazanacağı təqdirdə "Arsenal"ın futbolçularına veriləcək mükafat açıqlanıb. İngiltərə mətbuatının yaydığı xəbərə görə, klub rəhbərliyi bunun üçün 10 milyon funt sterlinq ayırıb. “Topçular" Bakıda keçiiləcək finalda "Çelsi"ni məğlub edəcəyi halda hər futbolçu 10-50 min funt sterlinq aralığında mükafat alacaq.
Tanınmış DJ və 150 rəqqasə
Bakıda keçiriləcək finalın açılış mərasimidə dünyada tanınmış DJ Conas Blu çıxış edəcək. Britaniyalı sənətçi 150 yerli rəqqasla birgə böyük oyunun cəlbedici başlanğıcını qoyacaq. Azərbaycan paytaxtında - Şərqlə Qərbin qovuşduğu şəhərdə səhnəyə qoyulmuş bu performansın zəngin və özündə müxtəlif təcrübəni ehtiva edəcəyi gözlənilir. Əsrarəngiz xüsusi effektlər səmanı işıqlandırdığı vaxt Conas Blu özünün ən böyük hitlərinin miksini nümayiş etdirəcək və tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizəyə qoşulmağa hazırlaşan iki komandaya xüsusi ehtiramını bildirəcək. Bu yerdə onu da qeyd edək ki, açılış mərasiminin prodüseri Polşa şirkəti “Platige İmage”di. Şirkət indiyədək 7 UEFA mərasimi üzərində çalışıb. Tədbirin rejissoru dünya miqyasında canlı şouları yaradan və onları idarə edən tanınmış xoreoqraf Valdek Şimkovyakdı.
Almanlardan ibrətamiz addım
"Ayntraxt"ın azarkeşləri alqışalayiq jestlə yadda qalıblar. Frankfurt təmsilçisinin fanatları Avropa Liqasının final oyununa olan biletlərini azərbaycanlılara hədiyyə ediblər.
Almanlar hələ bu ayın əvvəlində Bakıda keçiriləcək final görüşünə bilet alıblar. Lakin onların sevimli komandaları yarımfinalda "Çelsi"yə penalti seriyasında məğlub olaraq, mübarizən dayandırıb. Komandanın yenilgisi frankfurtlu azarkeşlərin də planını pozub. Məlumatda bildirilir ki, onlar biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışlayıblar. "Qartal" fanklubunun rəhbəri mətbuata açıqlamasında təxminən 100 biletin uşaqlara göndərildiyini söyləyib: "Komandanın cari mövsümdə parlaq çıxışı azarkeşlərimizi də həvəsləndirmişdi. Onlar öncədən finala bilet əldə etmişdilər. Lakin komandamız finalın bir addımlığında dayandı. Daim yaradıcı addımlarla diqqəti çəkən "Ayntraxt" azarkeşləri yenə nəsə etmək istədilər. Qərara gəldik ki, həmin biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə edək".
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar