24 may 13:25gundem

Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir

Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir
“Kimisə aldatmaqdansa, nəyinsə xatirinə yalan vəd verməkdənsə, işsiz qalmaq daha yaxşıdı”
Kubokun finalında “Qəbələ”yə uduzan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun matçsonrası mətbuat konfransında “postumdan gedə bilərəm” deməsi böyük səs-küyə səbəb oldu. Ötən mövsümün sonunda Samir Abasov “kimyaçılar”ı öz istəyi ilə tərk etdi, bu dəfə Ayxan bəy eyni fikrə düşüb. Niyə əksər məşqçilər “ağ-göylər”dən qaçmağa çalışır? “Sumqayıt”ı ölkə kubokunun finalına daşımaqla adını şəhərin futbol tarixinə yazdıran Abbasov nəyə görə bu fikrə düşüb? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün mövsümün son qarşılaşmasının ertəsi, yəni dünən Ayxan bəylə söhbətləşdik.
- Ayxan bəy, “Sumqayıt”dan ayrılacağınızla bağlı son qərarı vermisiz, yoxsa bu klub rəhbərliyinə bir mesaj idi?
- Final matçından bir müddət əvvəl - hələ heç “Zirə” ilə cavab görüşü keçirilməmişdi - istər sizin qəzetə, istərsə də başqa media orqanlarına bununla bağlı fikir bildirmişdim. Onda demişdim ki, istəyirəm “Sumqayıt” elitanın başqa təmsilçiləri ilə ən azı başabaş mübarizə aparacaq səviyyədə komanda olsun. Demirəm ki, rəhbərlik çempionluğa oynayacaq komanda formalaşdırsın. Heç olmasa, müqavilə müddəti bitən oyunçularımızı saxlamağa gücümüz çatsın. Onları saxlaya bilmirik, üstəgəl, kənardan da normal yerli futbolçu dəvət etmək çətindisə, nədən danışa bilərik? İş xatirinə yalandan vəd verib postumda qalmaq istəmirəm. Sabah azarkeşlərə nə deyəcəm? Bilirsiz ki, məğlubiyyət olanda, heç kim irəli çıxıb məsuliyyəti boynuna götürmür. Hər şeyə baş məşqçi kimi mən cavab verməli oluram. O baxımdan deyirəm ki, rəqabətədavamlı komandam olsun. Mənim başqa bir istəyim yoxdu.
- Bəs rəhbərliyin bu məsələyə münasibəti necədi?
- Mən hələ klub prezidenti ilə görüşməmişəm. Riad Rəfiyevlə danışandan sonra bu suala cavab verə bilərəm. Final görüşü dünən (srağagün) keçirilib. Yəqin ki, qarşıdakı iki gündə Riad müəllimlə görüşüb söhbət edəcəyik.
- Ölkə kubokunu qazansaydız, yenə eyni fikirdə qalacaqdız?
- Final görüşünün nəticəsindən asılı olmayaraq, fikrim dəyişməyəcəkdi. Sizə açıq deyirəm, biz Avropa Liqasına hazır deyildik. Kuboku qazanıb, qitəmiqyaslı turnirə vəsiqə qazansaydıq, necə olacaqdı? Digər tərəfdən görürəm ki, o biri klublar növbəti mövsümə çox ciddi hazırlaşırlar. Amma biz... Bu baxımdan mən də şərtlərimi klub rəhbərliyinə bildirəcəm. Riad müəllimlə görüşdən sonra qərarımı verəcəm.
- Belə başa düşdüm ki, “gedirəm” rəhbərliyə mesaj idi, ancaq son qərarınız deyildi... Səhv etmirəm ki?
- Yenə deyirəm, əvvəlcədən mediaya açıqlamamda “finaldan sonra rəhbərliklə görüşəcəm” söyləmişdim. Əslində “Sumqayıt”da qalıb işimi davam etdirmək istəyirəm. Son oyunlarda əldə olunan nəticələr düz yolda olduğumuzu göstərdi. Komanda tədricən istədiyim oyunu sərgiləyir, nəticə qazanırdı. Sumqayıt kimi böyük futbol şəhərinin təmsilçisini çalışdırmaq mənim üçün xoşdu. Ancaq hər şey məndən asılı deyil. Rəhbərliyin də növbəti mövsümlə bağlı planlarını bilmək lazımdı. Məncə, bu məsələdə klub prezidentini də qınamaq düzgün olmazdı. Hər şey sponsorların verəcəyi qərardan asılıdı.
- Növbəti mövsüm üçün rəhbərliyin qarşısına “transfer siyahısı” qoymusuz?
- Konkret siyahı təqdim etməmişəm. Ancaq klub prezidenti ilə görüşdə növbəti mövsümlə bağlı qarşıya qoyulan məqsədə çatmaq yönündə planlarımı açıqlayacam. 2019/20 “futbol ili” üçün bizə kim və nə lazım olduğunu deyəcəm. İstəyim yerinə yetiriləcəyi halda postumda qalıb, işimi davam etdirəcəm. Əks halda hər şeyə görə təşəkkür edib, gedəcəm. “Sumqayıt”da işlədiyim dönəmdə çalışdım ki, bütün bilik və bacarığımı tətbiq edim və komandanı yeni mərtəbəyə qaldırım. Məncə, geridə qalan mövsümü də uğurlu dəyərləndirmək mümkündü. Komanda tarixində ilk dəfə kubokun finalına yüksəldi, çempionatı da orta sıralarda tamamladı.
- Bu gün elitada cəmi 8 klub olduğundan əksər mütəxəssislər işsizdi. Sizin yerinizdə kim olsa, loru dillə desək, “isti yerini soyuq edib” belə açıqlamalar verməz. İşsiz qalmaqdan çəkinmirsiz? Bəlkə başqa klubdan təklifiniz var və buna görə “Sumqayıt” rəhbərliyinin qarşısına belə şərtlər qoyursuz?
- Tam səmimi deyirəm, heç bir klubdan təklif almamışam. Mən onsuz da legionersiz “Sumqayıt”ın “sükanı arxasına” keçməklə gələcək karyeramı sual altında qoymuşdum. Ancaq şükürlər olsun ki, sonda bu çətin sınaqdan üzüağ çıxmağı bacardım. İşsiz qalmaqdan çəkinmirəm. Ancaq indiki durum fərqlidi. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, artıq bütün elita təmsilçiləri qollarını çırmalayıb heyəti gücləndirmək yönündə iş görürlər. Niyə mənim rəhbərlik etdiyim komanda sonuncu olmalıdı? Mövsüm başa çatandan sonra heç kim deməyəcək ki, “Sumqayıt” ancaq yerlilərin xidmətindən yararlandı, aşağı ödənişli futbolçularla oynadı. Yenə təzyiqlə üzləşən mən olacam. Sumqayıtlı azarkeşlərə də böyük hörmətim var, onları aldatmaq istəmirəm. Kimisə aldatmaqdansa, nəyinsə xatirinə yalan vəd verməkdənsə, işsiz qalmaq daha yaxşıdı.
- Sizin istədiyiniz komandanı formalaşdırmaq üçün klubun büdcəsi təxminən nə qədər olmalıdı?
- “Qarabağ”, “Neftçi”nin büdcəsi lazım deyil. Heç “Qəbələ”də olan pulu da istəmirəm. Heç olmasa, ortabablar səviyyəsində büdcəmiz olsun. Geridə qalan mövsümü pis-yaxşı yola verdik. Bəs sabah? Mövsümü sonuncu pillədə başa vuran “Keşlə”nin büdcəsi belə bizmkindən üç dəfə artıq idi. Hər dəfə baş məşqçinin və futbolçuların fədakarlığına güvənmək olmaz ki. Yadındadı, ilk dəfə “Sumqayıt”a gələndə səninlə görüşüb müsahibə vermişdim. Söhbət zamanı bir sumqayıtlı kimi mənə kənardan gələn üçün “Sumqayıt”da çalışmağın çətin olacağını demişdin. Onu da vurğulamışdın ki, azarkeşlər kiçik uğursuzluğu belə sənə bağışlamayacaq.
- Bəli, yadımdadı.
- Bu gün ona sevinirəm ki, futbolu dərindən bilən sumqayıtlılar məni görəndə hörmətlə yanaşıb, işimə qiymət verirlər. Sumqayıt futbolunun tarixində ilk dəfə şəhərin təmsilçisini ölkə kubokunun finalına aparmaqla az da olsa, tarixdə iz qoymuş oldum. Onların alqışı, hər oyunda adımı çəkib məni alqışlamaqları mənim üçün ən böyük dəyərdi. O azarkeşləri aldatmaq olmaz. Bunu özümə sığışdıra bilmərəm. Ona görə də şərtlərimi irəli sürəcəm, Sumqayıtın adına və futboluna layiq komandanın olmasını istəyəcəm. Olacaq, lap yaxşı, postumda qalıb işimi davam etdirəcəm, olmayacaq, istefa verib gedəcəm. Əsas odu ki, vicdanım qarşısında təmiz olacam, azarkeşlərin sevgisini qoruyub saxlayacam.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar