19 may 13:50gundem

“Finalçılar hərəyə 10 min bilet də ala bilər”

“Finalçılar hərəyə 10 min bilet də ala bilər”
İngiltərə klubları Elxan Məmmədovu təəccübləndirib
AFFA-nın baş katibi Elxan Məmmədov son günlərin ən aktual mövzularından olan bilet məsələsi ilə bağlı danışarkən Avroliqanın final oyununda qarşılaşacaq klublardan hər birinin əlavə 10 min bilet əldə elə biləcəyini vurğulayıb.
Məmmədov bu haqda açıqlamanı dünən İngiltərənin “Daily Mail” nəşrinə verib. Məlum olduğu kimi, UEFA əvvəlcədən hər kluba 6 min bilet ayıracağını bildirib ki, bu xəbər də xüsusən “Arsenal”ın düşərgəsində ciddi narazılıqla qarşılanıb. Bu məqam üzərində dayanan baş katib isə hər iki klubun azarkeşləri üçün əlavə çarter reysləri təşkil edə biləcəyini vurğulayıb, eyni zamanda hələ də bilet almayan azarkeşləri birbaşa ticketing@baku2019.az və ya asif.aliyev@baku2019.az elektron poçtuna məktub göndərməyə səsləyib: “UEFA-nın qərarı belədi ki, klub çarter reysi və istədiyi biletlərin sayı ilə bağlı ətraflı bilgi təqdim edərsə, bu qurum həmin sayda bilet ayıra bilər. UEFA stadionda boş oturacaqların qalmaması üçün heç kimə lazım olandan artıq bilet vermək istəmir. Klublar çarter reyslərinin uçuş cədvəlini təqdim edən kimi UEFA onlara bilet ayıracaq. Klublar bundan xəbərdardı, bu informasiyanı bir neçə gün əvvəl Bakıdakı görüşdə onlara çatdırmışıq. Mənim üçün çox qəribədi ki, hələ də çarter reysləri təşkil olunmayıb. Biz 4000 kilometr məsafədə yerləşdiyimizdən çarter reyslərinin təşkili daha yaxşı yoldu. UEFA klublarla birbaşa əlaqədədi və onlar üçün bilet saxlayır. Bəli, biz daha çox reys təşkil edə bilərdik, ancaq finalçıların adını yalnız mayın 9-da bildik. Bu qısa zaman kəsiyidi, adətən, belə durumlarda klublar müstəqil şəkildə öz turizm agentlikləri ilə çalışırlar, ancaq onlar bunu etməyiblər”.
Elxan Məmmədovun verdiyi bilgiyə görə, dünənə qədər bütün dünya ərazisində onlayn rejimində 25 mindən artıq bilet satılıb, daha 10 min bilet isə Bakıda offlayn satış yolu ilə sahibini tapıb: “Futbol artıq Avropa ölkələrinin sərhədlərindən kənara çıxır. Aparıcı futbol ölkələri həmişə futbolun sərhədlərini genişləndirməyə çalışırlar, futbolun dəyərləri daha da genişlənməli və yeni imkanlar açmalıdı. Azərbaycan futbol üçün yeni, gənc imkanlardan biridi. Biz və başqa qonşu ölkələr belə tədbirlər keçirməyi haqq etmişik, bu gün həqiqətən də futbola nəsə bəxş edə bilərik. Hər belə hadisə dünyaya yalnız pozitiv qazandırır”.
Bu məsələ ilə bağlı daha bir maraqlı məqam odu ki, AFFA mayın 15-də yaxın günlərdə Avroliqanın finalına bilet satışının üçüncü mərhələsinin həyata keçiriləcəyini elan etmişdi. Artıq bu həftəsonu azərbaycanlı azarkeşlər “Gənclik Mall” və “Port Baku”da yerləşən satış məntəqələrinə baş çəkməklə bilet almaq imkanı qazanacaqdı. Amma belə görünür ki, ingilisləri səs-küyü və daha çox bilet almaq tələbi AFFA-nı çıxılmaz vəziyyətdə qoyub və əvvəlki fikrindən daşındırıb. Hadisələrin inkişafını diqqət mərkəzində saxlayırıq...
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar