17 may 18:58gundem

Abdullayevlə Nikolovdan “tikanlı” sözlər

Abdullayevlə Nikolovdan “tikanlı” sözlər
Qazzayev də ingilisləri Bakıya səslədi
Avroliqanın final görüşü yaxınlaşdıqca bəzi naxələflərin içindəkilər ortaya çıxmaqdadı. İllərdi idmana böyük sərmayələr yatıran, “Formula-1” kimi mötəbər yarışa evsahibliyi edən, yüzminlər, bəlkə də milyonlarla turistə qapılarını açan Azərbaycanın nəyə sahib və qadir olduğunu gəlib-gedənlər yaxşı bilir.
Təəssüf ki, bəzi qüvvələr Azərbaycanın Avropanın “göbəy”indən nisbətən uzaq və kiçik ölkə olmasından sui-istifadə etməyə çalışmaqla insanlarda mənfi rəy formalaşdırmağa çalışırlar. Bir neçə gün öncə ard-arda iki xoşagəlməz açıqlama və bəyanatla rastlaşdıq. Birincidə “Liverpul”un baş məşqçisi Yürgen Klopp “Bakını seçənlər səhər yeməyində nə yeyiblər” tipli açıqlama vermişdisə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Bakıya səfər etməyə hazırlaşan vətəndaşlarına terrordan ehtiyatlanmaqla bağlı tövsiyə xarakterli bəyanatının nəyə hesablandığını və kimə xidmət etdiyini anlamaq çətindi.
Bu iki məsələ son günlər xeyli müzakirələrə səbəb olub ki, bəzi tanınmışlar münasibət göstərməyi özünə borc bilib. Onlardan biri “Neftçi”nin Müşahidə Şurasının sədri, eyni zamanda ünlü yazar kimi tanınan Çingiz Abdullayevdisə, digəri “İnter”in sabiq prezidenti, hazırda Bolqarıstanda yaşamasına baxmayaraq, ölkəmizdəki prosesləri diqqət mərkəzində saxlayan Georgi Nikolovdusa, bir başqası Rusiyanın sayılıb-seçilən məşqçilərindən olan, bu ölkənin yığmasının sabiq çalışdırıcısı Valeri Qazzayevdi.
Çingiz Abdullayev: “Liverpul”un baş məşqçisi Yürgen Klopp kifayət qədər ünlü və peşəkar məşqçidi. Bu həqiqətən də belədi. Ancaq onun Avroliqanın final oyunu üçün Bakının seçilməsinə dair dedikləri məni dəhşətə gətirdi. “Bakını seçənlər səhər yeməyində nə yeyiblər” sualını verib. İndi mən herr Kloppdan soruşmaq istəyirəm: bəs siz mənim ölkəm haqda bu cür danışan gün səhər nə yemişdiz? Alman Kloppa, sadəcə, onu xatırlatmaq istəyirəm ki, milli sozializm ideologiyasının təməli xalqların irqlərə bölünməsi və onların məhv edilməsi zamanı qoyulmuşdu. Bütün bu slavyanlar, yəhudilər, qaraçılar. Heç kim belə vəhşi bəyanat vermir, başqa ölkəyə, başqa xalqa bu cür sataşmır.
İndi isə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatı haqda. Böyük Britaniya sivilizasiyanın mədəniyyətinə və inkişafına xüsusi töhfələr verib. İstər dilində olsun, istər tarixində, ədəbiyyatında, musiqisində, elmində və s. Ona görə də bu ölkəyə hörmətim böyükdü. Amma turistlərə Bakıda gecə hücumlarından ehtiyatlı olmağı tövsiyə etmək hər bir halda yanlışdı. Siz mənə son illərdə əcnəbilərin soyulduğu bar və restoranları göstərin. Ən azı bir neçəsini. Olmaya Bakının Londonla müqayisədə daha təhlükəsiz şəhər olduğunu sübut etmək lazımdı sizə? Yoxsa ən yaxşısı gecə getməmək üçün bir necə rayonunuzu xatırladaq? Bu gün Bakı MDB ölkələrinin ən təhlükəsiz şəhərlərindən biridi. Ölkəm son illərdə bütün dünyada yayınlanan çoxsaylı beynəlxalq tədbirlər keçirməklə yadda qalıb. Amma bir dəfə olsun, hansısa əcnəbiylə bağlı nə insident görmüşəm, nə də bu haqda eşitmişəm, oxumuşam. Əksinə, bəzi ingilis azarkeşlərinin qətl törətməsindən qorxmaq lazımdı. Hansı ki, bəzilərilərinin materik Avropa ölkələrinə girişinə icazə verilmir. Centlmenlər, yaxşı deyil. Həqiqətən düz yolda deyilsiz. Mən nə vətənpərvərəm, nə də millətçi. Amma kimlərsə mənim ölkəmə və xalqıma haqsızlıqla və və xəyanətlə çıxış edəndə susa bilmirəm”.
Georgi Nikolov: “Ümid edirəm ki, Klopp, sadəcə, zarafat edib. Başqa cür onun dediklərini anlamaq mümkünsüzdü. Böyük Britaniyanın xarici siyasi qurumunun yaratdığı həngamə isə heç bir normal avropalının şüuruna sığmır. Yəqin komik “brekzit” (İngiltərənin Avropa İttifaqından çıxmaq haqqında qərarı - H.) qərarı bütün ingilislərə pis təsir edir!? Böyük Britaniya XİN-inə nə deyə bilərəm? Hə, dəfələrlə həm Bakıda, həm də Azərbaycanın digər bölgələrində “hücuma məruz qalmışam”... Dostcanlı azərbaycanlılar qonaqpərvərliklərini tam şəkildə nümayiş etdirməyincə sizi buraxmazlar: dadlı təamlar və içkilər, yemək çeşidləri ilə ən zəngin qonaqlıqlar və səs-küylü şadyanalıq. Bax, Bakıya gələn bütün xoşniyyətli insanları bu cür “ciddi təhlükə” gözləyir. Çəki artımına təminat verə bilərəm. Bu üzdən də bir qədər gen paltar götürün.
Herr Klopp, Bakıya çatmaq çətin deyil, Şəxsən özüm 11 il ərzində dəfələrlə bu cür səyahətlər etmişəm və heç bir zaman hansısa fövqəlhalla rastlaşmamışam. Sizə məsləhət görərdim ki, 1000 dəfə eşitməkdənsə, bir dəfə özünüz cəhd edəsiz. Əminəm ki, azarkeşlər bu səyahətdən tam məmnun qalacaqlar. Reklamın pisi olmur. Böyük Britaniya XİN-i və Klopp müəllimin virusdaşıyıcı sözləri marağı daha da artıracaq. Pivə ehtiyatlarını zənginləşdir, Bakı!”
Valeri Qazzayev: “Ötən il dünya çempionatı ərəfəsində qərb mətbuatı - xüsusən də ingilislər - öz azarkeşlərinə Rusiyaya getməməyi tövsiyə edirdilər. Hətta DÇ-ni boykot etməyə çağırırdılar. Bir çox tərəfdar yazılanlara inandı və Rusiyaya gəlməyə cəsarət etmədi. Ancaq ilk danışıqda İngiltərənin baş məşqçisi Qaret Sautqeyt xüsusi şəkildə vurğulamışdı: "İngilis mətbuatı azarkeşləri belə bir şəkildə qorxutdu. Burda - Rusiyada əla şərtlər var, həm futbol, həm də təhlükəsizlik baxımından hər şey mükəmməldi”.
İndi baxırıq ki, eyni şey Bakıda Avroliqanın finalı ərəfəsində baş verir! Nəyə gətirib çıxaracaq? “Çelsi” ilə “Arsenal” İngiltərə təmsilçiləri kimi göz görə-görə lazım olan mənəvi dəstəkdən məhrum edilirlər. İngilis tərəfdarlar mətbuatlarında yazılanlara inanırlarsa, bu böyük oyunu görməyəcəklər. Lakin mən bunun baş verməyəcəyinə əminəm. Dünya çempionatında baş verən oxşar hadisə təzədi, yaddaşlardan silinməyib.
İndiyə qədər dəfələrlə Bakıda olmuşam. Hər dəfə də çiçəklənən şəhərə, mehriban qonşu ölkə olan Azərbaycana getməkdən məmnunluq duymuşam. Ötən ilin noyabrında Bakıda veteranlar arasında Vəli Qasımovun 50 illik yubileyinə həsr olunan qardaşlıq oyunu olmuşdu. Bu matçın iştirakçısı olan hər birimiz Bakıya valeh olmuşduq. Şəhərin gözəlliyini və sakinlərinin qonaqpərvərliyini sözlə ifadə etmək çətindi.
Beləliklə, ingilis futbolunun pərəstişkarlarına cəsarətlə Bakıya getməyi və bu gözəl şəhərin onlara verə biləcəyi xoş təəssüratlardan məhrum olmamağı tövsiyə edirəm. Öz gözləri ilə Avropa Liqasının finalını görmək lazımdı. Çünki həm Çempionlar Liqası, həm də Avroliqada oynanılacaq İngiltərə təmsilçilərinin duelləri tarixə çevriləcək. Özüm də həmin oyun üçün mütləq Bakıya gedəcəm!”
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar