14 may 14:14gundem

“Birincilər” kənarda, “Keşlə” yenə elitada

“Birincilər” kənarda, “Keşlə” yenə elitada
Əsasnamə mənasız kağız parçasına çevrilib
Şənbə günü AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının (LK) iclası keçirilib. Toplantıda 2019/20 mövsümündə avrokuboklarda və premyer-liqada iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. Komissiya lisenziyalaşdırma üzrə qaydaların 8-ci maddəsinə əsasən aparılan müzakirələrdən sonra qərara alıb:
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt”, “Zirə” və “Səbail”ə lisenziya verilsin.
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə”yə lisenziya verilməsin.
3. Premyer-liqada iştirak etmək üçün “Keşlə” və “Sabah”a lisenziya verilsin.
4. Premyer-liqada iştirak etmək üçün “Kəpəz”, “Ağsu”, MOİK, “Turan Tovuz”, “Qaradağ Lökbatan”, "Şüvəlan" və “Zaqatala”ya lisenziya verilməsin.
Avrokuboklar üçün lisenziya alan klubların avtomatik daxili yarışlarda da iştirak hüququ qazandığını vurğulayaq. O da qeyd olunub ki, klublar lisenziya verilməsindən imtina haqda bildiriş məktubu aldığı tarixdən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər. Bundan başqa, “Səbail”in də Avroliqada iştirakında problem olmayacaq. Məlum olduğu kimi, qitəmiqyaslı yarışlarda iştirak üçün tələblərdən biri də “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən klub ən azı ardıcıl 3 il ərzində peşəkar fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidi. “Səbail” isə bir il divizionda, iki il də premyer-liqada mübarizə aparıb. Bu üzdən AFFA “Səbail”lə bağlı müstəsna prosedurun tətbiq olunması üçün UEFA-ya müraciət edib. Qitə futbol qurumu isə həm AFFA-dan, həm də “Səbail” tərəfindən təqdim olunan sənədləri araşdırdıqdan sonra müsbət cavab verib və yaxın günlərdə bununla bağlı rəsmi cavabı federasiyaya ünvanlayacaq.
Məsələ aydındı. Birinci diviziondan heç bir komanda elitaya yüksəlməyəcək. Çətin ki, aşağı dəstədən hansısa klub 10 gün müddətində apellyasiya şikayəti versin və lap bu reallşasa belə, nəsə dəyişsin. Bu isə o deməkdi ki, premyer-liqada sonuncu pilləni tutan “Keşlə” növbəti mövsümdə də elitada mübarizə aparacaq. Sonuncu dəfə 2011/12 mövsümündə belə hal baş vermişdi və son pilləni tutan “Turan”la “Sumqayıt” növbəti “futbol ili”ndə də güclülər dəstəsində mübarizə aparmışdı. Ümumiyyətlə, bizdə idman prinsiplərindən danışmaq, Əsasnamənin qaydalarını önə çəkmək mənasızdı. Axı, reqlamentdə “sonuncu pilləni tutan komanda elitanı tərk edəcək” bəndi var. Qayda pozulubsa, onun qeyd olunduğu Əsanamə mənasız kağız parçasından başqa bir şey deyil. Düzdü, bugünlərdə AFFA İcraiyyə Komitəsinin (İK) də iclası keçiriləcək. Ola bilər, hansısa qeyri-adi qərarın şahidi olaq. Ancaq toplantıdan sonra veriləcək açıqlamanın hansı cümlələrdən ibarət olacağını təsəvvür etmək çətin deyil. Təxminən belə fikirlər səsləndiriləcək: “Biz də istərdik ki, premyer-liqada klub sayı artsın. Ancaq təəssüf ki, aşağıdakılardan heç biri lisenziya şərtlərinə cavab vermədi. Belədə onları elitaya buraxa bilməzdik. 7 komanda ilə yola davam etmək isə doğru olmazdı. Ona görə də bazası, strukturu olan “Keşlə”ni elitada saxlamaq qərarına gəldik”.
Vəssalam. Ancaq AFFA istəsəydi, “birincilər”dən istənilən biri üçün “lisenziya şərtləri” düzüb-qoşa bilərdi. Heç nədən “Səbail”i yaradan federasiya “Keşlə”yə verdiyi pulu, deyək ki, “Zaqatala”ya yatırsa, bölgədə futbol olar. Sadəcə, bunda maraqlı deyillər. MOİK isə “çempion olub, elitaya yüksələ bilməyənlər”in siyahısına əlavə olundu. Sonuncu dəfə “Araz Naxçıvan” bu tilsimi qırmışdı. Elə təkcə mövsümlər üzrə durumu xatırlatmaq futbol təsərrüfatının, ona rəhbərlik edənlərin işinin hansı səviyyədə olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur.
2011/12 – “Turan” və “Sumqayıt” son iki pilləni tutsa da, heç kim getmədi, heç kim gəlmədi
2012/13 – “Turan”la “Kəpəz” son iki pilləni tutduğundan hər ikisi getdi, heç kim gəlmədi, komanda sayı 12-dən 10-a endi
2013/14 – sonuncu olan “Rəvan” getdi, birinci divizionun çempionu “Araz Naxçıvan” gəldi
2014/15 – “Araz Naxçıvan” çempionatı yarımçıq tərk etdi, “Bakı” lisenziya ala bilmədi, “Simurq” dağıldı, 3-cü yeri tutan “Rəvan”, 5-ci yeri tutan “Zirə”, 9-cu yeri tutan “Kəpəz” gəldi
2015/16 – “Xəzər Lənkəran” sonuncu kimi, “Rəvan” isə lisenziya ala bilmədiyinə görə elitadan getdi, heç kim gəlmədi, komanda sayı 10-dan 8-ə endi
2016/17 – sonuncu olan AZAL getdi, birinci divizionda 2-ci yeri tutan “Səbail” gəldi
2017/18 – sonuncu olan “Kəpəz” getdi, birinci divizionda 5-ci yeri tutan “Sabah” gəldi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar