14 may 14:12gundem

“Araz Naxçıvan”ın medalları Muxtar Respublikaya göndəriləcək

“Araz Naxçıvan”ın medalları Muxtar Respublikaya göndəriləcək
Qəzənfər Abbasov: “Qalibə veriləcək 10 min manatın futbolçulara çatacağını komanda üzvlərinə bildirmişik”
Kamran Əlibabayev: “Rəhbərlik divizionda iştirak etmək üçün bank zəmanətini AFFA rəhbərliyinə təqdim edəcək”

Nəhayət, bu gün Region Liqasında qalibin adı müəyyənləşəcək. Uzun söz-söhbətdən sonra liqanın təşkilinə cavabdehlik daşıyan İşçi qrup həlledici qarşılaşmanın vaxtını müəyyənləşdirə bildi. Bir daha xatırladaq ki, final oyunu aprelin 26-na nəzərdə tutulmuşdu. Sadəcə, “Füzuli” – “FC Baku” qarşılaşması ətrafında yaşanan xoşagəlməz olaylardan (oyun alğı-satqısı söhbəti) sonra AFFA rəsmiləri çıxılmaz vəziyyətdə qalmışdı. Çox çək-çevirin ardından finalın mayın 13-də keçirilməsinə qərar verildi.
Həlledici oyuna saatlar qalmış finalda üz-üzə gələcək komandaların düşərgəsində nələrin yaşandığını, ab-havanın necə olduğunu bilmək üçün hər iki kollektivin baş məşqçiləri ilə danışmağı lazım bildik. Bu məqsədlə öncə ardıcıl ikinci il komandasını finala daşıyan “Uğur”un çalışdırıcısı Qəzənfər Abbasovla əlaqə saxladıq: “Şahdağ” bizə tanış rəqibdi. Region Liqasında bəlkə də ən çox üz-üzə gəldiyimiz komandalardan biri olduğundan rəqib haqda əlavə məlumat əldə etmək üçün heç bir addım atmadıq. Belə deyim, “kəşfiyyat”a ehtiyac duyulmadı. Bilirik ki, Qusar komandasının heyətində yetərincə təcrübəli, futbolçular cəmləşib. Cari mövsümdə onlarla iki dəfə qarşılaşmışıq və bir görüşdə onlar, birində isə biz qalib gəlmişik. Fikrimcə, sabah (bu gün) stadiona gələn azarkeşləri maraqlı qarşılşama gözləyir. Klub rəhbərliyi final matçını izləmək üçün sumqayıtlı azarkeşlərə 3 avtobus ayırıb. Həmin nəqliyyat vasitələri şəhərimizin müxtəlif ünvanlarından yola çıxacaq. Bunu azarkeşlərimizin rahatlığı üçün etmişik. Təxminən 150-yə yaxın tərəfdarımızın olacağını planlaşdırmışıq. Onlardan başqa Bakıda və müxtəlif bölgələrdən olan azarkeşlərimizin də “ASCO Arena”ya gələcəyi gözlənilir. Sumqayıtın futbol veteranlarını da final qarşılaşmasına dəvət etmişik. Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədovun, Telman Salahovun həlledici qarşılaşmada olacağı dəqiqdi. Özləri bu barədə mənə deyiblər. Onlardan başqa kimlər Bayıla gəlsə, klub olaraq həmin şəxsləri qarşılamağa hazırıq. Final oyunundan öncə bu gün (dünən) “Kapital Bank Arena”nın süni örtüklü meydanında son məşqə çıxdıq. Ondan sonra isə şəhərimizdəki “Sumqayıt Plaza”ya yollandıq. Cəza səbəbindən əsas oyunçularımızdan biri olan Musa Rəhimov final görüşünü buraxacaq. Ülvi Quliyev isə zədəlidi. Onun meydana çıxıb-çıxmayacağı oyun saatında məlum olacaq. Başqa itkilərimiz yoxdu və inşallah, məqsədimiz ardıcıl ikinci dəfə kuboku qazanmaqdı.
Çempion olacağımız halda mükafatın olub-olmayacağına gəlincə, qalibə veriləcək 10 min manatın futbolçulara çatacağını əvvəlcədən komanda üzvlərinə bildirmişik. Bundan başqa sponsorun da öz mükafatı olacaq. Bu haqda klubun prezidenti ilə söhbətimiz olub”. Müxtəlif illərdə elita və birinci divizionda çıxış etmiş “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev isə bunları söylədi: “Final qarşılamasının süni örtüklü meydanda baş tutacağını nəzərə alıb, son məşqimizi “Kapital Bank Arena”da keçiməyə qərar vermişik. Bilirik ki, bizdən əvvəl rəqibimiz də orda məşqə çıxacaq. Sizinlə danışdığım zaman yoldayıq. Saat 18.30-da meydana çıxacağıq. Məşq başa çatdıqdan sonra isə Bakıya yollanıb “Ruslan-93”də məskunlaşacağıq. Heyətdə heç bir itki yoxdu. Komanda tam tərkibdə final qarşılaşmasına hazırlaşıb. Yeri gəlmişkən, fürsətdən istifadə edib sizə daha bir özəl məlumat vermək istəyirəm. Klub rəhbərliyi finaldan sonra birinci divizionda iştirak etmək üçün tələb olunan bank zəmanətini AFFA rəhbərliyinə təqdim edəcək. “Şahdağ”ın himayədarı olan AZENCO şirkəti bu məsələnin müsbət həll olunması üçün bütün tələbləri yerinə yetirməyə hazırdı. Bu yöndə ən vacibi bank zəmanətidi ki, o da sabah (bu gün) aidiyyatı orqanlara təqdim olunacaq. Həlledici qarşılaşmada azarkeşlərimizin komandanı tək buraxmayacağını da vurğulamaq istəyirəm. “ASCO Arena”da minimum 500 qusarlı futbolsevər “Şahdağ”ın yanında olacaq”.
Final matçının təşkili, mövsümün əsas oyununun təşkilatı işləri ilə bağlı məlumat əldə etmək üçün isə İşçi qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq: “Ötən mövsüm final qarşılaşmasından sonra bütün mükafatçılara medallar təqdim olundu. Ancaq bu dəfə bir qədər fərqli olacaq. Bildiyiniz kimi, bəlli səbəbdən 3-cü yer uğrunda görüş keçirilməyəcək və bürünc medallar avtomatik “Araz Naxçıvan”a çatacaq. Naxçıvan təmsilçisi Bakıya gəlmədiyindən onların medalları və hədiyyələri yaxın 10 gün ərzində Muxtar Respublikaya göndəriləcək və komanda üzvlərinə təqdim olunacaq. Final görüşünə dəvət olunan qonaqlara gəlincə, AFFA rəhbərliyinin, İcraiyyə Komitəsinin üzvlərinin və ölkənin futbol ictimaiyyətinin tanınmış simalarının “ASCO Arena”da iştirakı nəzərdə tutulub. Final görüşü 16.00-dan etibarən “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar