10 may 14:44gundem

“Qarabağ” azarkeşləri “Dalğa Arena” təklifindən hiddətləndi

“Qarabağ” azarkeşləri “Dalğa Arena” təklifindən hiddətləndi
Elnur Quliyev: “Bunu ancaq qorxaq insanlar edə bilər”
Elvin Süleymanov: “Nəyi dəyişirlər-dəyişsinlər, ardıcıl 6-cı çempionluğumuzu dəyişə bilməyəcəklər ki”
Ramiz Bayramov: “... günahı başqasında yox, özlərində axtarmalıdılar

“Qarabağ”ın “Səbail” üzərində qazandığı böyükhesablı qələbədən sonra 6-cı çempionluq qalıb bir qıraqda, futbol ictimaiyyəti başqa bir sual ətrafında “baş sındırır”. “Qızıl” uğrunda savaşan və sonda rəqibinə məğlub olan “Neftçi” mayın 11-də ağdamlıları “Bakcell Arena”da, yoxsa “Dalğa Arena”da qəbul edəcək?
Hər şey “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin qəzetimizə müsahibədə səsləndirdiyi bu fikirdən sonra başlamışdı: ”Oyunun “Bakcell Arena”da olmasını istəmərik. Bizim ikinci stadionumuz da var – “Dalğa Arena”. İnşallah, “Qarabağ”la oyun orda olar, kuboku qaldırarlar, bayram edərlər “. Açıqlamadan da göründüyü kimi, ölkədə sayılıb-seçilən azatkeş qrupunun rəhbəri “Qarabağ”ı hec bir vəchlə komandalarının ev oyunlarını keçirdiyi stadionda görmək istəmədiklərini açıq şəkildə ifadə edib.
Bildiyimizə görə, sonradan klub rəhbərliyi də əl-ayağa düşüb. Başbilənlər mümkün azarkeş qarşıdurmasından ehtiyatlanaraq rəsmi olmasa da, şifahi şəkildə çempionatı təşkil edən qurumun rəsmiləri ilə danışıblar. Lakin heç bir halda razılıq ala bilməyiblər. Odu ki, vəziyyətin necəliyindən asılı olmayaraq, qarşılaşma “Bakcell Arena”da baş tutacaq.
Aparılan müzakirələr sosial şəbəkələrdə “Qarabağ”ın azarkeşləri tərəfindən gülüşlə qarşılanıb. Onlar “Neftçi”liləri paxıllıqda günahlandırır, “Dalğa Arena” variantının ortaya çıxmasıyla bakılıların doğma stadiondan qorxub qaçdığını iddia edirdilər. Madam ki, belədi, daim tribunadakı yerini tutan qruplarının üzvləri ilə söhbətdə “Neftçi”lilər niyə belə edir və buna münasibətiniz necədi” sualına cavab tapmaq istədik.
Elnur Quliyev, “İmarət: ”Neftçi”nin bu oyunun başqa stadionda keçirilməsi ilə bağlı istəyindən hamı xəbərdardı. “Neftçi” peşəkar klubdusa, peşəkar davranmalıdı. Oyunun və mükafatları təltifetmə mərasiminin yerinin dəyişdirilməsi təklifi qorxaqlıq əlamətidi. Bunu ancaq qorxaq insanlar edə bilər. Hər komandanın iki stadion sifariş etmək hüququ var. Deyək ki, “Qarabağ” cari mövsümdəki ev oyunlarını “Azərsun Arena” ilə yanaşı, Respublika stadionunda keçirib. Bu cür addım atanda səbəb göstərmək mütləqdi. Qazon sıradan çıxmalıdı, stadionda hansısa ciddi nöqsan olmalıdı. Yoxsa heç bir əsas olmadan ev oyununu “Dalğa”ya salmaq - bunun izahı yoxdu. Əslində oyunun harda keçirilməsinin bizim üçün ciddi önəmi yoxdu. Harda keçirsələr, dəstəyimizi verib, sonda kubokumuza qovuşacağıq, bayram edəcəyik. Lap Ağdama da getməyə hazırıq. Məncə, matçın “Bakcell Arena”da baş tutması zövqverici olar. Çünki bu stadionun akustikası yaxşıdı. İstənilən halda, bu cür qorxaqlığın “Neftçi”yə yaraşmadığını deməliyəm”.
Elvin Süleymanov, “Qarabağ Ordu”: “Yaxın keçmiş yadınızdadı? Qurban Qurbanov “Qarabağ”a gələndən sonra avrokuboklarda pley-offa qədər yükəlsək də, çempion ola bilmirdik. Yaddaşım məni yanıltmırsa, 5 il “qızıl” qazana bilmədik. Həmin dönəmdə “Neftçi” çempionluqları sıralayır, biz isə kənardan sakit izləyirdik. Bir dəfə də olsun, səsimizı qaldırmadıq, təxribat, yaxud gərginlik yaratmadıq. Oturub öz vaxtımızı gözləyirdik. Çünki bir gün bizim də qapımızda bayram olacağına əmin idik. “Neftçi” güclüydü, çempion olurdu, biz də kənardan səbrlə izləyirdik. Hər komandanın öz dövranı var. Vaxtilə “Neftçi” öndəydi, 6 ildi estafet “Qarabağ”dadı. Qardaş, “Qarabağ” güclüdü də, bir nömrədi, bunu qəbul etmək belə çətindi? Mən azarkeşləri yaxşı başa düşürəm. Çünki özüm də azarkeşəm. Ona görə də tərəfdarların bu istəyə düşməsinə normal yanaşıram. Onlar üçün öz stadionlarında “Qarabağ”ın kubok qaldırması, bayram etməsi qəbulolunmazdı. Üstəlik, onlar flaqmanın azarkeşləridi deyə, etiraz etmək haqları var. Amma klub rəhbərliyinin “Dalğa Arena”nın adını dillərinə gətirməsi, vallah, gülünc vəziyyət yaradır. Belə baxanda stadionu dəyişməyin mənası yoxdu. Çünki nəyi dəyişirlər-dəyişsinlər, ardıcıl 6-cı çempionluğumuzu dəyişə bilməyəcəklər ki. Kuboku da alacağıq, bayramımızı da edəcəyik. “Bakcell”də, yoxsa “Dalğa”da – fərqi nədi? Lap oyunu hansısa rayona salsınlar, meydan sahibi “Neftçi”di. Azarkeşləri ilə işim yoxdu, amma görünən budu ki, klub və komandadakılar “Qarabağ”ın uğurunu qəbul edə bilmirlər”.
Ramiz Bayramov, “Boys Qarabagh”: “Neftçi” tərəfini yaxşı başa düşürük. İllərdi rəqabət apardığın rəqib sona 1 tur qalmış çempion olur və çempionluq kubokunu sənin doğma meydanında qaldırır, atəşfəşanlıq edir, bayram keçirir. Bunu həzm etmək olduqca çətindi. Sıradan görünə bilər, amma unutmayaq ki, bu hadisənin özü tarixdə iz buraxır. Bir var çempionluq, bir də var kuboku sənin meydanında qaldırmaq. Eyni hal başımıza gəlsəydi, bəlkə biz özümüz də buna qarşı çıxardıq. Futbolun yazılmamış qanunları var ki, bir çox hallarda əməl etməyə borcluyuq. Hələ çempionat başlamamış bilinirdi ki, sonuncu turda “Neftçi” – “Qarabağ” oyunu var və hər şey məhz bu görüşdə həll oluna bilər. “Neftçi”nin “qızıl”a sahib olmaq üçün kifayət qədər əla şansı var idi. Son illər uğura bu qədər yaxın olmamışdılar. Liderliyi, sonda da çempionluq fürsətini əldən veriblərsə, günahı başqasında yox, özlərində axtarmalıdılar. Açığı, biz bu oyunun “Bakcell Arena”da keçirilməsini istəyirik. Həm şəhərin mərkəzidi, həm də arenanın quruluşu və akustikası ürəkaçandı. Məncə, hər iki komandanın azarkeşlərinin yaradacağı əla ab-havaya şahidlik edəcəksiz. Bir növ avrokubok oyunlarını xatırladacaq. Hər halda, buna ümid edirik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar