08 may 22:45gundem

“İnşallah, “Qarabağ”la oyun “Dalğa Arena”da olar, kuboku qaldırarlar, bayram edərlər”

“İnşallah, “Qarabağ”la oyun “Dalğa Arena”da olar, kuboku qaldırarlar, bayram edərlər”
“Forza Neftçi”nin rəhbəri komandada araşdırılma aparılmasını istəyir
“Neftçi” işini “Səbail”lə heç-heçə oynayıb, öz meydanında “Sumqayıt”ın yarımcan heyətinə uduzanda çətinə salmışdı. “Qarabağ”ın darmadağınlı qələbələrinin fonunda bakılıların finişə yaxın vacib 5 xal itirməsi vəziyyəti xeyli çətinləşdirdi. Həmin vaxt komandanın əsas dəstəkçisi, eyni zamanda tənqidçisi olan “Forza Neftçi” üzvlərinin narazılığı özünü göstərir, etiraz səsləri müəyyən qədər eşidilirdi. Lakin qrupun rəhbəri Sübhan Əliyev tələsmək istəmirdi. Danışmaqdan boyun qaçırır, səbrli davranmasını isə “kağız üzərində şanslarımız qalır, bəlkə düzəldi” deməklə əsaslandırırdı.
“Qarabağ” srağagün çempionluğu rəsmiləşdirdiyindən, Sübhanla danışmaq zərurəti yarandı. Dünən günorta stajlı fanata zəng vurub, bəzi məqamlara aydınlıq gətirməsini istədik.
- Əsəbləriniz az da olsa, soyuyub?
- Yox e, hara soyuyur? Siz soruşun, əsəb qoyublar sizdə? 6 ildən sonra bu cür əla imkan yaranmışdı, onu da sağ olsunlar, istəmədilər, öz əlləri ilə verdilər “Qarabağ”a. Adam deməyə söz tapmır.
- Sizi özünüzdən çıxaran nədi? Razılaşın ki, “Neftçi” 2013-dən sonra çempionluğa bu qədər yaxın olmamışdı, bu cür rəqabət izləməmişdik. “Qarabağ”ın komandanızdan güclü olduğunu qəbul edə bilmirsiz, yoxsa nədi?
- Əvvəlki illərdə klub və komandada yaşananları hamımız bilirik. Hədsiz geriləmə var idi. Lakin Kamran Quliyevlə Ceyhun Sultanovun gəlişindən sonra ümidimiz artdı. İlk dönəmlərdə, yəni hələ ötən mövsümün ikinci yarısından cari mövsümün ikinci yarısına qədər işlər yaxşı gedirdi. Arada “Uypeşt” məğlubiyyəti oldu, eybi yox, onu qoyduq bir kənara. Baş məşqçi yeni gəlmişdi, bəzi oyunçular təzəydi-filan. Yadınıza salın, çempionatın gedişində “Neftçi”nin “Qarabağ”ı 6 xal qabaqladığı dönəm var idi. Dekabrdan bu yana həmin fərq aradan qalxdı, üstəgəl, rəqib bizdən 5 xal önə keçdi. Belə deyim, 13-14 tura onlar bizdən 11 xal artıq topladılar. Bizim narazılığımız buna görədi. “Neftçi”nin lazımsız oyunlarda yersiz xallar itirməsini qəbul etmirik.
- Konkret hansı oyunlardan söhbət gedir?
- Çempionluq “Sumqayıt”la oyunda “dəfn olundu”. “Sumqayıt” yox e, “Sumqayıt-2” ilə oyun. Mövsümün sonuna 2 tur qalıb və sən vacib xallar itirərək “Qarabağ”ı özündən 2 xal irəli buraxmısan. Həmin vəziyyətdə komanda “ayılmalıydı”, başa düşməliydilər ki, “Sumqayıt”a yenilmək haqqları yoxdu. 90 dəqiqə boyunca uşaq səhvlərinə yol verdilər, sonda meydanı məğlub tərk etdilər. Bununla da çempionluq getdi.
- Kimdi günahkar(lar)?
- Sırf “Sumqayıt”la görüşdə bəzi futbolçular oynamadılar. Bacarıqlarından qat-qat aşağı səviyyədə çıxış etdilər. Qapıçımız və bəziləri. Hər şey göz qabağındaydı. Futboldan başım yaxşı çıxır, klubun özündə də təhlil qabiliyyəti yaxşı olanlar var. Klub rəhbərliyinə də demişik, “Neftçi”də xain, komandanı arxadan vuran oyunçular ola bilməz. Belələri varsa, tapılmalı, üzə çıxarılmalı, qovulmalıdı. Bu işdə kimin günahı varsa, bu Ramazan ayında onu Allaha tapşırırıq. Bu qədər uşağın zəhməti ona haram olsun.
- Həmin xainlər bilərəkdən “Neftçi”nin çempion olmaması üçün çalışırdılar, yoxsa “Qarabağ”ın “qızıl” qazanması yolunda səy göstərirdilər?
- Bizim “Qarabağ”la işimiz yoxdu. Çempion oldular, lap yaxşı. Uğurlarına kölgə salmaq istəmirik. Həmin insanların niyyətini bilə bilmərik. Klub rəhbərliyi araşdırmalıdı, günahkarları göndərməlidi. “Neftçi” ən zəif vaxtlarında belə, “Sumqayıt-2”yə uduzacaq səviyyədə komanda deyil. Bu “Neftçi” səfərdə kubokun finalına yüksələn “Qəbələ”nin qapısından gəzə-gəzə 3 top keçirirsə, “Sumqayıt-2”ni parçalamalıydı.
- Sən futbolçulardan kim(lər)isə günahlandırırsan. Amma sosial şəbəkələrdə əsas suç sahibi kimi baş məşqçi göstərilir...
- Başda özüm olmaqla, Bordindən razı deyilik. Günahkarların başında duran elə Bordinin özüdü. Biz ona sözümüzü üzbəüz deyəcəyik. Bakıda “Qəbələ”ni möhtəşəm futbolla 1:0 udduğumuz matçda müdafiəçilərin sayını artırmaqla oyunu məhv etdi, 1:1 qurtardı. “Səbail”lə 2:2 bitən qarşılaşmada yenə onun səhvləri oldu. “Uypeşt”lə səfər qarşılaşmasından başlayaraq müdafiəyə “oturmağın” səhv addım olduğunu görməsinə baxmayaraq, vərdişindən əl çəkmir. Bu qədər fərqi əldən verən adam böyük məşqçi ola bilməz. “Neftçi” həmişə hücum futbolu oynayıb, bir növ psixologiyasında budu. Baş məşqçi arxada “oturmaq” tapşırığı verəndə istər-istəməz futbolçulara təsir edir, ehtiyatlanırlar. Bordin çempionluğu öz əlləri ilə Qurban Qurbanova verdi ki, mən bu kuboku istəmirəm, götür, sənin olsun. Ən böyük nöqsanı da, bilirsiz, nədi? Sırf “Qarabağ”ın oyunları ilə yaşayır, başqa matçları fikirləşmir. Üç oyunun heç birində “Qarabağ”a uduzma, gəl “Sumqayıt”a, “Səbail”ə boyun əy, “Zirə”ylə iki dəfə bərabərə qal. Ona görə də onu “vurdular”.
- Ötən həftə baş tutan söhbətimizdə kağız üzərində şansların qaldığını demiş, etirazlarınızı daha sonra bildirəcəyinizi söyləmişdin. Söhbət hansı etirazdan gedir?
- Qəbələdən gecə, səhərəyaxın qayıtmışıq, hələ indi dururuq yuxudan. Açığı, uşaqlarla görüşüb danışmaq imkanımız olmayıb. Yolda əsəbi başla hamı çox söz deyir. İnşallah, bu gün-sabah görüşüb ortaq məxrəcə gələcəyik. Nələrsə olacaq, amma indidən demək çətindi. Bilirsiz, kimsə gəlib bizə “Qarabağ”ın büdcəsini, pulunu xatırlatmasın. Pul yoxdusa, açıqlama verilsin, rəqəmlər göstərilsin. Dünən yaranan “Sabah” maliyyə hesabatını ictimaiyyətə təqdim edir. Digər tərəfdən, büdcəsi, yaxşı futbolçusu olmayan komanda qış fasiləsinə yaxın “Qarabağ”dan 6 xal önə keçə bilməzdi. Onda futbolçular güclü idi, hər şey yaxşı idi, fərq aradan qalxandan sonra futbolçular zəif oldu, büdcə azaldıldı? Etirazlarımız olacaq. Rəhbərliklə söhbətdə araşdırma aparılmasını tələb edəcəyik. Mənim tribunada bir səhvim olanda dövlət orqanlarına çağırılıb sorğu-suala tutulduğum kimi, meydanda göz görə-görə kobud səhvə yol verən futbolçu dindirilməlidi, şübhələr əsasında danışdırılmalıdı. Ötən mövsüm Zaur Axundovun apardığı araşdırmadan bizim rəhbərlik də aparmalı, günahkarları tapmalıdı. Allah haqqı, yanıb-yaxılırıq, ürəyimiz partlayır.
- “Qarabağ”la oyunda olacaqsız?
- Uşaqlarla görüşüb danışandan sonra bu haqda nəsə deyə bilərəm.
- Yəni dəstək verməyə də bilərsiz?
- Bilirsiz ki, biz pis və yaxşı günlərdə komandanın yanında olmuşuq. Onsuz da 5-6 ildi üzümüz gülmür. İki dəfə kubokun finalına yüksəlmişdilər, hər iki halda məğlubiyyət gördük. “Neftçi”dəkilər bilsinlər ki, biz orda heç kimin şəxsi fanatı deyilik, biz loqonun aşiqiyik. Çempionluq böyük ölçüdə əldən getsə belə, Qəbələyə 300 nəfərlə yollanıb rekorda imza atdıq.
- “Qarabağ” çempionluq kubokuna “Bakcell Arena”da yiyələnəcək. Səbrlə izləyə biləcəksiz?
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar