09 may 00:23gundem

Şuşasız qalan veteran...

Şuşasız qalan veteran...
Düz 27 il əvvəl, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə ermənilər Azərbaycanın dilbər guşəsi olan Şuşanı işğal etdilər, hər cür vəhşiliyə və zorakılığa əl atdılar. Əslən Şuşadan olan Əbdülqasım Novruzovun Şuşa futbolunun veteranlarından Əvəz Məmmədov haqda qeydlərini təqdim edirik.
Əvəz Əsgər oğlu Məmmədov 1945-ci il avqustun 26-da Şuşada, "Hamam qabağı" məhəlləsində ziyalı ailəsində dünyaya gəlib. 2 saylı rus məktəbində təhsil alıb, ardından 3 il hərbi xidmətdə olub. Hələ orta məktəbin yuxarı siniflərində oxuyarkən Minskdə yaşayan, Dövlət Təhlükəsizlik Komitəsində işləyən və respublikada həmin sahə üzrə böyük xidməti olan dayısı Bəbirin evinə tez-tez gedər, yay aylarında həmişə onlarda qalardı. Belə günlərin birində Əvəzin oyunu məşqçilərin diqqətini cəlb edir, onu “Komvoysk" komandasına dəvət edirlər. Əvəz Məmmədovun texniki bacarığı, oyun üslubu, cəld hərəkətləri, xüsusən də başla zərbələri məşqçilərin gözündən yayınmadı. SSRİ əməkdar idman ustası, məşqçi Gennadi Xasin onu təlim-məşq toplanışına dəvət etdi. Əvəz sovet futbolunun tanınmış şəxsiyyətlərindən olan Eduard Malofayev, Leonid Adamov, Valeri Semyonov, Anatoli Mustiginlə yoldaşlıq görüşlərində iştirak etmiş və bir azərbaycanlı kimi onların hörmətini qazanmışdı.
Əvəz məktəbdə oxuduğu illərdə Şuşa yığma futbol komandasının tərkibində komandanın kapitanı kimi Dağlıq Qarabağ birinciliklərində və respublika yarışlarında iştirak edib. Futbol mütəxəssisləri onun oyununu bəyəndiklərini söyləyirdilər. Bir müddət "Qarabağ"ın məşqlərinə də qatılmışdı.
Əvəz Məmmədov Şuşa futbolunda sözünü demiş adamdı. İndi də yaşının ahıl çağına baxmayaraq, işlədiyi Uşaq Gənclər İdman Məktəbində uşaqlara tövsiyələrini verir, futbol oyununun sirlərini onlara öyrədir.
O, ali təhsilini Bakıda, sonra isə Şuşa Pedaqoji Universitetində alıb. Eyni zamanda ehtiyatda olan zabitdi. Şuşa 4 saylı orta məktəbdə hərbi işlər üzrə direktor müavini olub, sonra isə 1988-ci ildə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilib. Məlum hadisələr üzündən 1992-93-cü illərdə Ağcəbədi rayonunda fəaliyyət göstərən Şuşa 16 saylı orta məktəbin direktoru vəzifəsində, 1993-cü ildən 2004-cü ilə qədər isə Şuşa Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.
...Əvəzin başının yan hissələrinin tükləri seyrəlib, ona zarafatla deyirəm ki, başının tükləri top vurmaqdan tökülüb. Doğrudan da, Əvəz ayaqdan çox başı ilə zərbə vurmağı xoşlayardı. Çox güclü mərkəz müdafiəçisi idi. Oyun zamanı komanda yoldaşlarına verdiyi tapşırıqlar, göstərişlər həmişə bəhrə verirdi. Xüsusən də cərimə zərbələri vurulanda ustalıqla "canlı sədd" qurması, cəsarəti, texniki, fiziki hazırlığı üstün cəhətlərindən idi. Bir sözlə, Şuşa futbolunun Şuşasız qalan veteran yenidən dogma şəhərə dönməyi, Azərbaycan futbolunun inkişafına töhfə verməyi arzulayır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar