03 may 12:43gundem

Mədətovların ailə dramı

Mədətovların ailə dramı
Mahir soyadını dəyişdi, atası ilə şəkillərini sildi və ona mesaj göndərdi
Bir ara tənqid atəşinə tutulan Mahir Mədətov son zamanlar sərgilədiyi oyun və vurduğu qollarla az-çox əvvəlki günlərini xatırlatmaqdadı. “Qarabağ”ın hücumçusu çempionatda qollarının sayını 11-ə çatdırıb, bu göstəricidə yalnız hesabında 12 top olan Baqali Dabodan geri qalır. İki gündü Mahirin adı yenə gündəmi zəbt edib. Lakin bu dəfə səbəb özü yox, valideynləridi.
Söhbət futbolçunun anası Elnurə xanımla atası Anar bəy arasındakı münasibətdən gedir. Valideynlər boşanma ərizəsini aidiyyatı quruma təqdim ediblər ki, işin rəsmiləşməsi müəyyən vaxt aparacaq. Amma istənilən halda boşanacaqlar. Buna səbəb isə ata Mədətovun başqa bir xanımla evlənməyə hazırlaşmasıdı. Deyilənə görə, tanınmış prodüser artıq xeyli vaxtdı Samirə adlı vizajist xanımla eşq yaşayır. Kənardan baxanlar münasibətin sıradan olduğunu düşünsələr də, bir neçə gün öncə cütlüyün xınayaxdı mərasimi təşkil etməsi və həmin ziyafətdən şəkillərin ortaya çıxması suları bulandırıb. Nəticədə Elnurə xanım iki övladının atasından boşanmaq qərarına gəlib. Başqa cür desək, Mədətov 23 illik ailəsindən rəsmi boşanmamış digər ailənin təməlini atmaq istəyinə düşüb. Maraq üçün qeyd edək ki, Mədətovların Mahirdən başqa bir qız övladları da var ki, gənc qız İtaliyada ali təhsil alır.
Atasının əməli Mahirə olduqca pis təsir edib ki, həddi-buluğa çatan futbolçunun qəzəbli olduğunu sosial şəbəkədəki paylaşımlarından görmək mümkündü. “11 nömrə” öncə atası ilə paylaşdığı şəkilləri “instaqram” səhifəsindən silib, ardınca adını “qara siyahı”ya salıb. Əvvəlki istifadəçi adını “madatovmahir11”dən “emrelimahir11”ə dəyişib. Yəni ata soyadından imtina edərək anasının soyadını götürüb. Bunlar azmış kimi, atasına status vasitəsilə mesaj da ünvanlayıb: “Bir atanın uşaqlarına edəcəyi ən böyük yaxşılıq onların analarını sevməsidi”.
Yaranmış vəziyyətlə bağlı səbəbkar danışmaq qərarına gəlib. Anar bəy “qafqazinfo” saytına verdiyi açıqlamada bunları deyib: “Həyatdı, hər şey ola bilər. Heç kim insanın şəxsi həyatına qarışa bilməz. Düzdü? Sayt məlumat yayıb, mən də vəkilə müraciət edəcəm. Ailə məsələsidi. Kiminsə övladını ac qoymuşam, kiminsə arvadına sataşmışam, pislik etmişəm? Bu mənim həyatımdı, özüm bilərəm”.
Prodüserin açıqlamasından sonra əlavə şərhə ehtiyac qalmır. O, evlənməyə hazırlaşdığını açıq şəkildə dilə gətirməsə də, “mənim həyatımdı, özüm bilərəm” sözləri arifə işarədi. Sadəcə, xəbərin mətbuatda dərc olunması xoşuna gəlməyib ki, buna görə vəkilə müraciət edəcəyini deyir. Qısası, yaranmış duruma görə qətiyyən peşman görünmür, əksinə, bu məsələdə özünü haqlı görür.
Anar bəy açıqlama verir, Mahir sosial şəbəkədəki hərəkətləri ilə belə bir hadisənin baş verdiyini təsdiqləyir. Əvəzində Elnurə xanım susmağı üstün tutur. Hər kəsin bildiyi nömrəni şəbəkədən kənar saxlayan “Port Baku”dakı “W Collection” butikinin sahibi kənarda durmaq, şərh verməmək qərarına gəlib. Lakin Mahirin anasının da olaya biganə yanaşdığını deyə bilmərik. Hər halda, “instaqram” hesabındakı paylaşımlar vəziyyətin ürəkaçan olmadığından xəbər verir: “Xarab olunca maya, nə ar tanıyar, nə da maya”, “Ağıllı kişi pozğunu sevməz”, “Sən də haqlısan əslində! Bu qədər ilgini eşşəyə də göstərsəm, özünü aslan zənn edər”, “Özünə güvəni olmayan erkək ağıllı qadını sevməz. Çünki ağıllı qadın ona eşitmək istədiyi şeyləri yox, gerçəyi söylər”.
Təbii, Mədətovların ailə dramı özlərinə aid işdi və kiminsə buna qarışmaq, onları mühakimə etmək ixtiyarı yoxdu. Hər kəs həyatını özünə rahat olan və istədiyi şəkildə yaşayır. Bizim narahatlığımız isə Mahirə görədi. Gələcəyinə böyük ümidlər bəslədiyimiz, ölkədə sayılıb-seçilən üç futbolçudan biri olan 22 yaşlı oyunçunun indi həssas dövrüdü. Hər nə qədər başverənlərdən uzaq durmağa çalışsa da, anasının düşdüyü duruma biganə qalması mümkün deyil. Ümid edək ki, Mahir öz üzərində çalışmaqda, inkişaf etməkdə və ən vacibi, qollarını sıralamaqda davam edəcək. Bununla da ataya ən yaxşı cavabı sosial şəbəkədə yox, yaşıl meydanlarda vermiş olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Bütün xəbərlər
Ən çox oxunanlar