02 apr 15:22gundem

“Qarabağ” Respublika stadionuna üz tutdu

“Qarabağ” Respublika stadionuna üz tutdu
Klub Volkan Dəmirəl iddiasını təkzib etdi

Premyer-liqanın 24-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Kəpəz” matçı “Azərsun Arena”da reallaşmayacaq. Suraxanıdakı stadionun ot örtüyündə yaranan problem qarşılaşmanın məkanının dəyişdirilməsinə səbəb olub. Bu üzdən “köhlən atlar” gəncəliləri Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Onu da bildirək ki, Azərbaycan – Almaniya oyununa (1:4) “qucaq açan” mərkəzi arenanın qazonu hazırda əla vəziyyətdədi.
Dünən Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlayıb, “Azəsun Arena”dakı problemin nədən qaynaqlandığını, həmin çatışmazlığın aradan qaldırılmasının nə qədər vaxt alacağını soruşduq: “Stadionun ot örtüyü ilə bağlı yaxın günlər üçün təhlükə gözlənilirdi. Qazon sıradan çıxa bilərdi. Onun qarşısını almaq lazım gəlirdi. Buna görə də qarşılaşma Respublika stadionunda keçiriləcək. Problemin həlli uzun sürməyəcək. Mütəxəssislər ot örtüyündə müəyyən fəsadlar görüblər. Onun aradan qaldırılması yönündə işlər getdiyindən ev oyunun yeri dəyişdirildi”.
Yeri gəlmişkən, dünən mətbuatda “Qarabağ”ın Volkan Dəmirəllə maraqlanması və heyətinə qatmaq istəməsi ilə bağlı xəbərlər yayıldı. Daha doğrusu, Türkiyə KİV-ində bu haqda informasiya yer alıb. Deyilənə görə, “köhlən atlar” “Fənərbaxça”nın 35 yaşlı “çərçivə qoruyucusu”nun menecerinə 2 illik müqavilə təklif edib. Təklifin Volkana çatdırıldığı və bunun üçün təcrübəli qapıçının "Qarabağ"a təşəkkür etdiyi deyilir. Lakin Dəmirəl mövsümün sonuna qədər müqaviləsi olduğu "Fənərbaxça"dan son dəqiqəyə qədər yeni müqavilə gözləyəcəyini bildirib. Yazılanların həqiqətə nə qədər uyğun olduğunu söyləmək çətindi. Hər halda, məsələyə Nurlan İbrahimovun münasibətini öyrəndik: “Nə onu bizə təklif edən olub, nə də biz onunla maraqlanmışıq. Reallığı nəzərə alsaq, Volkan Dəmirəlin bu gün Azərbaycana gəlməsi inandırıcı deyil. O, “Fənərbaxça”nın əsas qapıçısı, kapitanıdı. Bu baxımdan onun bura gəlməsi real görünmür. Biz də bu məlumatı mətbuatdan öyrənmişik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar