21 apr 13:03gundem

AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı

AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı
Cavidan Qorçiyev: “Ağlıma gəlməzdi ki, mənə və komandama belə çamur atanlar tapılacaq”
Dünən Region Liqasının rəsmi “feysbuk” səhifəsində paylaşılan xəbər aydın səmada şimşək effekti yaratdı. Aprelin 22-də baş tutacaq yarımfinal görüşləri ərəfəsində liqanın İşçi Qrupu cari mövsümdə Region Liqasında debüt edən, debütant olmasına baxmayaraq, çempionluğa ən real namizəd sayılan “FC Baku”nun “Şahdağ”la matçının qeyri-müəyyən vaxta kimi təxirə salındığını ictimaiyyətin diqqətinə çatdırdı: “Region Liqasının ikinci pley-off mərhələsi çərçivəsində 06.04.2019-cu il tarixində keçirilmiş “Füzuli” – “FC Baku” oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya daxil olmuş məlumat nəzərə alınaraq, liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan “FC Baku” – “Şahdağ” oyunu Region Liqasının İşçi Qrupunun 19.04.2019-cu il tarixli qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınır”.
“Füzuli” ilə “FC Baku” arasında keçirilən cavab görüşünün nəticəsinin şübhə altına düşməsi doğrudan da gözlənilməz olaydı. Region Liqasında baş tutan qarşılaşmalara dünyanın heç bir mərc kontorlarında əmsal qəbul olunmur. Belə olan halda İşçi Qrupun bu qərarı təəccüb doğurmaya bilməz. Görəsən, liqanın təşkilinə cavabdehlik daşıyan şəxslər “manipulyasiya” dedikdə nəyi nəzərdə tutublar? Bu suala cavab tapmaq üçün İşçi Qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevə dəfələrlə zəng etməyimizə baxmayaraq, o zənglərimizi cavabsız qoydu. Belədə üz tutduq “FC Baku”nun prezidenti Cavidan Qorçiyevə. O şəxsə ki, gənc olmasına baxmayaraq, bacarıqlı iş adamıdı və əksər biznesmenlərin futbola yatırım etmək istəmədiyi dönəmdə həvəskar statusu daşıyan çempionatda çıxış edən komandaya peşəkar klub səviyyəsində maliyyə ayırır, gələcəkdə “FC Baku”nu daha üst səviyyəyə qaldırmaq üçün baza inşa etdirir, böyük klub yaratmaq yönündə əməli işlər görür.
Qorçiyevlə əlaqə saxladıqda yayılan xəbərlərdən çox üzgün olduğu səsindən də hiss olunurdu. Cavidan bəyin ilk sözü isə belə oldu: “Mən klubu bu niyyətlə yaratmamışam. AFFA-dan obyektiv araşdırma gözləyirəm”. Söylədiklərinin ardınca ondan suallarımızı cavablandırmasını istədik.
- İşçi Qrupun verdiyi qərara münasibətinizi bilmək istərdik. Nə baş verir?
- Açığı, özüm üçün də yaşananlar maraqlıdı. Söhbət nədən gedir? Bu söz-söhbət ortaya çıxan kimi İşçi Qrupun üzvü Yusif Vəliyevə zəng vurdum. Mənə cavab qarşılaşmasından öncə hansısa futbolçumuzun oyunu verməsi qarşılığında “Füzuli”nin oyunçusuna 200 manat təklif etdiyini bildirdi. Bu söhbət hələ biz cavab görüşünə yollanmamış olmuşdu. Həmin vaxt mən Yusif bəyə “araşdırma aparın və ortaya fakt qoyun. Belə hal yaşanıbsa, həmin futbolçunu həm siz, həm də biz cəzalandıraq” dedim. Bu danışığımıza heç bir reaksiya gəlmədi. Və biz cavab oyununa yollandıq. Horadizdə baş tutan görüşdə nələrin yaşandığını deməmişdən öncə bir məsələyə toxunmaq istəyirəm. Region Liqasında çıxış edən futbolçular tək bu liqada yox, MFL, BFL və başqa bu tip turnirlərdə top qovurlar. Region Liqasında müxtəlif klubların şərəfini qoruyanlar həmin turnirlərdə iştirak edən komandalarda bir kollektivdə çıxış edirlər. İndi kimsə kiməsə nəsə öz adından axmaq bir söz deyibsə, biz ona görə əziyyət çəkməli deyilik ki?! Ona görə də Vəliyevdən rəqib komandanın üzvünə 200 manat təklif edən futbolçumuzun adını açıqlamasını istədim. Yenə deyriəm, heç bir cavab gəlmədi. Cavab qarşılaşmasına gəlincə, orda oyunu idarə edən hakimlər briqadası rəsmən bizi uduzdurmağa çalışırdı. Oyun zamanı meydanda və matç başa çatandan sonra yaşananlar barədə danışmaq belə istəmirəm. Həmin mənzərə futbol adına biabırçılıq idi. Təəssüf ki, bu olayın üstündən sakit keçdilər. Qarşılaşmanın üstündən iki həftə keçəndən sonra ortaya belə xoşagəlməz söz-söhbət atırlar. Ancaq klub prezidenti olaraq mən heç nədən çəkinmirəm. Hər kəsin yanında üzümüz ağ, alnımız açıqdı. Mən bu yola qədəm qoyanda bir məqsədim olub: qarşıya qoyduğum hədəfə çatmaq üçün düz yolla addımlamaq. Başqa yollar mənlik deyil.
- Bunu özünüzə və komandanıza qarşı təxribat kimi dəyərləndirirsiz?
- “FC Baku”nun adını belə xoşagəlməz olayda hallandırmaq həm mənə, həm də komandaya qarşı təxribatdı. Belə şeyə başqa ad qoymaq mümkün deyil. Hazırda komandada 30 futbolçu var. Mövsüm ərzində neçə-neçə oyunçu özü və ya kiminləsə “FC Baku”ya gəlmək istədiyini bildirib. Biz də gələcəyin komandasını qurduğumuzdan müraciət edənlərin heç də hamısına qapı açmamışıq. Bəlkə həmin oyunçulardan kimlərsə bizə qarşı kinli qaldığından bu söhbəti ortaya atıb, ola bilsin, ortada başqa məqamlar var. Yusif bəydən soruşurum ki, kim kimə 200 manat təklif edib? Ortada tutarlı cavab yoxdu. Mən cari mövsümdə “FC Baku”nun inkişafı üçün xeyli vəsait xərcləmişəm. Liqada çıxış edən əksər klublardan fərqli, bizdə maliyyə mənbəyi şəffaf göstərilib. Xərclənən pulların qarşılığında 200 manat söhbətini ortaya atmaq, sadəcə, absurddu. Komandanın hər qələbəsinə verdiyim mükafatın fonunda bu məbləğ, sadəcə, okeanda bir damladı. Mən futbolu sevdiyim üçün bu işə qol qoymuşam. Yeni baza inşa etdirirəm, futbolsuz qalan, gününü çayxanalarda keçirən təcrübəli oyunçuları yenidən sevdiyi işə qaytarıb gələcəkdə böyük işlər görməyi planlaşdırmışam. Bu yöndə peşəkar kollektiv formalaşdırmağın yolunu tutmuşam. Ancaq belə üzücü olaylar əlimi işdən soyudur.
- Qəzetimizə ötən müsahibənizdə birinci divizionda iştirak etmək istədiyinizi və bu məqsədlə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmək niyyətində olduğunuzu bildirmişdiz. Baş katiblə görüşünüz baş tutdu?
- Müəyyən üzürlü səbəblərdən hələ ki görüşə bilməmişik. Elxan bəyin iş qrafiki sıx olduğundan bir araya gəlmək mümkün olmayıb. Ümid edirəm ki, yaxın günlərdə baş katiblə görüşümüz reallaşacaq.
- Bundan sonra hansı addımları atmağı düşünürsüz?
- Mən həmişə düzgünlüyün tərəfində olmuşam. Ona görə də inanıram ki, haqq-ədalət yerini tapacaq. Komandamız bu gün də məşqlərini davam etdirir. Bu yola qədəm qoyanda bilirdim ki, çətinliklərimiz çox olacaq. Ancaq heç vaxt ağlıma da gəlməzdi ki, mənə və komandama belə çamur atanlar tapılacaq. Yenə deyirəm, ola bilsin, hansısa axmaq zarafatla rəqib komandanın oyuçusuna nəsə deyib. Kiminsə əvəzinə məsuliyyət altına girə bilmərəm. Lakin buna görə, ortada real fakt olmadan bizə belə münasibət göstərmək klub prezidenti kimi mənə çox pis təsir edir. Niyə bəzi insanlar istəmir ki, Azərbaycanda yeni, hər şeyə addım-addım nail olmağı planlaşdıran klub olsun? Çirkinlik, yalan, böhtan, şər olan yerdə nə mən, nə də komandam olacaq. Bunu hamı bilsin.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar