19 apr 13:23gundem

“Qəbələ”nin meneceri inzibatçını günahsız saydı

“Qəbələ”nin meneceri inzibatçını günahsız saydı
Stiven Jozef-Monrozun “Keşlə” ilə oyunda çıxardığı hoqqa hələ də gündəmdədi. Kimi futbolçunun bilərəkdən belə etdiyi, kimi də hakimin futbolçunu bu addıma təhrik etdiyi fikrindədi. Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Ancaq yaşanan biabırçılıqda diqqəti çəkən bir məqam var. Nəyə görə fransız futbolçu geyim qaydasını pozaraq, oyuna ağ şortun altından qara lasinlə çıxıb?
Adətən, hər qarşılaşmadan öncə komandanın inzibatçısı futbolçulara meydana hansı formada çıxacağını və geyim qaydasının pozulmamsı üçün vacib olan şərtləri deyir. Onun xəbərdarlığına uyğun olaraq, futbolçular da tələb olunan şərtlərə riayət edirlər. Bəs görəsən, “Qəbələ”nin inzibatçısı “Keşlə” ilə qarşılaşmadan öncə kollektivə bu yöndə məlumat verib? Veribsə, nəyə görə Jozef-Monroz onun dediklərinə əməl etməyib? Bu suallara cavab tapmaq üçün “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq: “Hər bir premyer-liqa oyunundan öncə klub nümayəndələrinin iştirakı ilə iclas keçirilir. İstər orda, istərsə də qarşılaşmadan bir neçə gün öncə artıq komandaların meydana hansı rəngdə formada çıxacağı məlum olur. Həmin rəngə uyğun da lasin və maykanın altından geyiləcək formaaltlığının rəngi inzibatçı tərəfindən futbolçuların diqqətinə çatdırılır. Həmişəki olduğu kimi, “Keşlə” ilə görüşdən öncə də inzibatçımız Vüqar Məhərrəmov bütün kollektivə bu barədə məlumat verib. Özünüz də gördüz ki, Stiven Jozef-Monrozdan başqa heç kim geyim qaydasını pozmayıb. Sadəcə, Stiven səhlənkarlığa yol verib. Əslində buna səhlənkarlıq da deməz dügün deyil. Çünki mövsümün əvvəlində hər bir futbolçuya formaya uyğun iki dəst getr, lasin, formaaltlığı verilib. Və bunların hamısı onun özündə olur. Qarşılaşmdan sonra yuyulmağa verirlər, sonra isə hamısı oyunçuların özlərinə qaytarılır. Təbii ki, ehtiyat formalar da olur. Həmin gün Jozef-Monrozda hər iki rəngdə lasin olsa da, o rəngləri səhv salaraq ağ şortun altından qara lasini geyib. Bu məsələdə inzibatçımızın heç bir məsuliyyəti yoxdu. O öhdəsinə düşən işi görüb, oyunçulara tələb olunan bildirişi edib. Onu da vurğulayım ki, qaydalara əsasən komandalar meydana çıxmamış ya laysmanlar, ya da 4-cü hakim bir-bir futbolçulara yaxınlaşıb onların geyimlərini yoxlamalıdı”.
Səbuhi bəyin sözlərindən belə çıxır ki, fransız futbolçunun geyim qaydasını pozmasında məsuliyyət hakimlər briqadasının boynundadı. Baş hakimin köməkçiləri hər iki komandanın oyunçuları meydana çıxmamış onları bir daha “rentgen müayinəsi”ndən keçirməliydi. Həqiqətənmi belə olmalıdı? Bu məsələyə aydınlıq gətirmək üçün isə FİFA referisi Tahir Süleymanova müraciət etdik: “Komandaların, futbolçuların geyim dəstlərinin yoxlanılması oyundan öncə həyata keçirilir və hakimlər buna birbaşa nəzarət edir, məsuliyyət daşıyırlar. Peşəkar klublarda da futbolçunun geyimi ilə bağlı xüsusi inzibati heyət məşğul olur və daxildə onlar cavabdehdilər. Yəni bu hadisənin qığılcımları futbol qaydalarına uyğun artıq paltardəyişmə, hakimlər otaqlarında baş vermişdi. Hakimlər Komitəsi gənc hakimləri birdən-birə odun içinə atır. Premyer-liqa nə qədər zəif olsa da, ictimaiyyət tərəfindən nəzarət güclüdü. Təcrübəsiz hakimlər tək meydanda yox, oyundan öncə də təşkilati işləri yerinə yetirməkdə psixoloji çətinlik çəkirlər. Çünki hələ tam olaraq belə oyunlara hazır deyillər. 4-cü hakim oyundan öncə buraxdıqları qüsurları öz təcrübəsizliyi ilə ictimailəşdirdi, biabırçılığın yaşanmasına təkan verdi, səbəbkar oldu. İlk hissənin bitməsinə dəqiqələr qalmışdı, səhlənkarlığı fasilədə də rahat aradan qaldırmaq olardı və ən doğrusu bu olardı. Hər iki komandaya xal lazımdı, gərgin oyun gedir, futbolçunun fikri tam olaraq görüşə köklənib. Tez meydana qayıtmaq, komandasına kömək etmək istəyir. Belədə hakim yanaşması fərqli olmalı, hərəkətləri futbolçuda qıcıq yaratmamalıdı. Təzyiqlərin yüksək olduğu məqamlarda hakim meydanda ilk olaraq pedaqoq, psixoloq kimi davranmağı bacarmalı, buna uyğun hərəkət etməli, oyunun axarına yersiz müdaxilə, təsir göstərməməlidi. "Bukvoyedliklə” görüş idarə olunmaz, ələlxüsus da oyundan öncə özlərinin xətaya yol verdikləri hakim səhlənkarlıqlarına görə. Epizodda ilk olaraq günahkar birbaşa 4-cü hakimin məsələyə yanaşmasıdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar