16 apr 16:13gundem

Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi

Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi
Oqtay Abdullayev: “Turan Tovuz”un yeni mövsümdə elitaya dönüşü müzakirə olunmadı”
Ötən sayımızda AFFA-nın baş katibi Elxan Məmmədovun şənbə günü Gəncəyə səfər edəcəyini, səfər çərçivəsində şəhərin icra başçısı Niyazi Bayramovla görüşüb növbəti mövsümdən elitada çıxış edəcəyi söylənilən “Kəpəz”in yeni rəhbərliyi barədə müzakirələr aparacağını xəbər vermişdik. Onu da bildirmişdik ki, Elxan bəy Gəncə şəhər stadionunun ərazisində yeni süni örtüklü meydanın salınmasına xeyir-dua verəcək. Gəncədəki mənbəmizdən əldə etdiyimiz bilgiyə əsasən, Məmmədovun ölkənin ikinci böyük şəhərinə səfəri baş tutub. Lakin Elxan bəyin icra başçısı ilə görüşü gerçəkləşməyib. Səbəb isə Niyazi bəyin həmin gün Bakıya çağırılması olub. Baş katib Bayramovla görüşə bilməsə də, stadiona baş çəkib, şəraitlə tanış olub, yeni süni örtüklü meydanla bağlı lazımi tövsiyələrini verib.
Qərb bölgəsinə səfəri zamanı Məmmədov Tovuza da yollanmağı lazım bilib. Artıq bildiyiniz kimi, İcraiyyə Komitəsinin son toplantısında Tovuzda Futbol Akademiyasının yaradılması ilə bağlı qərar qəbul edilmişdi. Məmmədov da Gəncəyə getmişkən Tovuza da baş çəkməyi, “Turan Tovuz”un bazasında yaradılacaq akademiya ilə bağlı görüləcək işlərlə maraqlanmağı lazım bilib. Elxan bəy Tovuzda olduğu müddətdə “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev, klubun və Tovuzun rəsmi şəxsləri ilə görüşüb.
Görüş zamanı nələrin müazkirə olunduğunu bilmək üçün qərb klubunun rəhbəri Oqtay Abdullayevlə əlaqə saxlamağı lazım bildik: “Elxan müəllim səfər ərəfəsində mənimlə əlaqə saxlayıb Tovuza yollanacağını bildirdi. Onu da əlavə etdi ki, akademiyanın yaradılması ilə bağlı şəraitlə tanış olmaq istəyir. Bunlar hamısı qısa vaxtda ortaya çıxdı. Ötən şənbə bu üzdən Tovuza yollandım. Çox səmərəli, qərb bölgəsində futbolun inkişafı yönündə çox faydalı görüş oldu. Tovuzun icra başçısı müəyyən səbəbdən baş katiblə şəxsən görüşə bilməsə də, müavini Elxan müəllimlə bir araya gəldi. Ondan və məndən başqa Tovuzun ziyalıları, rəsmi şəxsləri baş katiblə görüşdü, rayonda yeni akademiyanın açılması barədə fikir mübadiləsi apardı. Bundan başqa, Elxan müəllim əslən Tovuzdan olan və “Turan Tovuz”un ayaqüstə qalmasında əziyyəti keçən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zenalovla telefonla danışdı. Ramiz müəllim baş katibə yeni akademiya üçün əlindən gələn köməyi edəcəyini bildirdi”.
Qərblilərin Müşahidə Şurasının sədri akademiya və klubun gələcək taleyi ilə bağlı bunları söylədi: “Akademiyanın fəaliyyətə başlayacağı ilə əlaqədar stadionun ərazisində əsas meydanla yanaşı, daha 4 meydança olacaq. Elxan müəllim tribunaya da diqqət yetirdi və lazımi göstərişlərini verdi. O tribunanın altında aşağı yaş qruplarının şərəfini qoruyan uşaqlar və hakimlər üçün paltardəyişmə otaqlarının olmasının vacibliyini qeyd etdi. Bundan başqa, “Turan Tovuz”un mövcud bazasının da əsaslı təmirə ehtiyacı olduğunu vurğuladı. İnşallah, baza demək olar ki, sıfırdan təmir olunacaq və ikimərtəbəli binanın yerində üç mərtəbəli, müasir standartlara cavab verən bina olacaq. Müasir fitnes mərkəzi, uşaq və yeniyetmə futbolçuların inkişafı üçün bütün tələblərə cavab verən otaqlar və zallar istifadəyə veriləcək. Görüş zamanı “Turan Tovuz”un yeni mövsümdə elitaya dönüşü müzakirə olunmadı. Əsas diqqət akademiyaya yönəlib. Qərb bölgəsində fəaliyyətə başlayacaq ilk Futbol Akademiyasında kimlərin çalışacağı iynun əvvəlində məlum olacaq. Hələ ki kadr məsələsi gündəmdə deyil. İndiki zamanda bundan da vacib işlərimiz var. Görüşün sonunda baş katib “Turan Tovuz”un bazasında yaradılacaq akademiyanın ölkədə ən yaxşılardan olacağına inandığını bildirdi. Çalışacağıq ki, biz də etimadı doğruldaq, qərb bölgəsində olan ən yaxşıları sıralarımıza cəlb edək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar