10 apr 14:19gundem

Halldorsson “Qarabağ”da möhkəmlənə bilməməsinin səbəbini dedi

Halldorsson “Qarabağ”da möhkəmlənə bilməməsinin səbəbini dedi
“Həmin hadisə məni uzun müddət stress altında saxladı”
Yayda “Qarabağ”ın heyətinə qatdığı futbolçular komandaya ciddi mənada fayda verə bilməsələr də, ağdamlıların qrup mərhələsinə vəsiqə qazanması rəhbərliyi tənqid atəşindən xilas etdi. Ümumi götürsək, müqavilə bağlanan futbolçulardan heç biri avrokuboklarda komandanı arxasınca daşıya bilmədi. Deyək ki, aralarında az-çox Abdulla Zubirlə Filip Ozobiç, hə, bəzən də Vaqner da Silva yaxşı mənada fərqlənir. Lakin Hannes Halldorsson, İnnosent Emeqara, Con Delarj və Simeon Slavçev ümidləri istənilən səviyyədə doğrultmadı. Delarj yanvarda əvəzedici komandaya göndərildisə, Slavçevlə Emeqara ehtiyatda oturub şans gözləyir. Hannes də onların günündəydi. Lakin sona qədər dözə bilmədi. Ötən cümə günü şələ-şüləsini yığıb hamı ilə vidalaşdı, ardınca vətəninə yola düşdü.
Ayrılıq xəbərini eşidən kimi islandiyalı qolkiperlə əlaqə saxlayıb müsahibə götürmək istəyimi deyəndə, razı olmadı. Daha doğrusu, sualları e-mail adresinə göndərməyimi istədi, boş vaxtı olanda cavablayacağını bildirdi. Belədə yeganə çıxış yolu təyyarənin uçuş vaxtını öyrənmək, Halldorssonu hava limanında yaxalamaq idi. Belə də etdim. “Lufthansa” Hava Yollarının “gəmi”si ilə saat 04.30-da havaya qalxmalı olan futbolçu məntiqlə 02.30-da hava limanında olmalıydı ki, həmin saatdan bir neçə dəqiqə öncə artıq “hadisə yerində” idim. O isə 02.55-də gəldi. Baqajını verdi, biletini aldı, üst mərtəbəyə qalxanda yaxınlaşdım. Qısa dialoq oldu, ümumi tanışlıq etdik və suallara keçdik.
- Bir neçə saat əvvəl “Qarabağ”dakı komanda yoldaşların məhz bu hava limanından Qəbələyə uçdular. Sən isə Bakı – Frankfurt - Reykyavik reysi ilə evinə gedirsən. Qəbul etmək çətindi?
- Məni sevindirən klub rəhbərliyi ilə hər iki tərəfi razı salan ortaq məxrəcə gələ bilməyimizdi. Heç kimə sirr deyil ki, “Qarabağ”da istədiyim və ümid etdiyim qədər şans qazanmadım. Bu cür davam edə bilməz. Məsələni hansısa üsulla yoluna qoymalıydıq. Söhbət etdik və razılığa gəldik.
- Belə olmasını sən istəyirdin, yoxsa rəhbərlik?
- Bu barədə müxtəlif vaxtlarda söhbətimiz olmuşdu. Bilirdim ki, özümə yeni iş yeri tapsam, rəhbərlik gedişimə mane olmayacaq. Yaxınlaşıb aldığım təklif barədə məlumat verdim və bununla da məsələ problemsiz həllini tapdı.
- Mövsümün başa çatmasına ayyarım vaxt qalıb. Nə üçün mayı gözləmədən ayrıldın? Nəzərə alaq ki, medal(lar)a qovuşmaq imkanın real idi.
- Başqa futbolçular üçün dediyiniz kimi ola bilər. Amma Skandinaviya ölkələrində çempionatlar bu ərəfələrdə başlayır. Ona görə də addımı indidən atmalı oldum. Yaya qədər gözləsəydim, durum istədiyim kimi olmaya da bilərdi. Ən yaxşı variant indi getmək idi.
- Belə başa düşdüm ki, yeni klubunla müqavilə bağlamağa gedirsən.
- (fasilə verir) Bəli.
- Hansı ölkənin təmsilçisidi? İslandiya, Norveç, Danimarka...
- Rəsmi müqavilə yoxdu deyə, indidən nəsə deməyim etik cəhətdən düzgün olmaz. Təxminən bu ərazilər olacaq, evimə yaxın.
- Klub adı önəmli deyil, ölkənın adını da demək istəmirsən?
- Xeyr, deməyəcəm.
- Avropa və dünya çempionatının final mərhələsində çıxış etmiş, Messinin penalti zərbəsini dəf etməklə dünyaya səs salmış qapıçı “Qarabağ”da əsas heyət üzvünə çevrilə bilmədi. Səbəbini nədə görürsən?
- Təbii, bu barədə özüm də dəfələrlə düşünmüşəm. Çünki “Qarabağ”ı seçməkdə məqsədim ehtiyatda qalmaq yox, daim oynamaq idi. Komanda yayda Çempionlar Liqasında çıxış edirdi, sonradan Avroliqaya yuvarlandı və qrup mərhələsində oynadıq. Əlbəttə, həmin yarışlarda çıxış etmək böyük arzum və hədəfim idi. Üstəlik, başqa ölkədə, başqa çempionatda qüvvəmi sınamaq özümə də maraqlı gəlirdi. İşlərin plan üzrə getməməsinin müxtəlif səbəbləri var. Konkret fakt göstərmək çətindi. Məncə, ən böyük problem komandaya qoşulanda zədəli olmağım idi. Çünki o dönəmdə qapıçılar arasında ciddi rəqabət var idi və zədəmi sağaldandan sonra “1 nömrə”yə çevrilməyim çətin görünürdü. Sağalandan sonra fasilələrlə oynadım. Fikrimcə, şans qazandığım görüşlərdə özümü heç də pis göstərməmişdim. Yalnız “Sportinq”lə Bakıda baş tutan qarşılaşma istisnadı. Həmin matçdan sonra bir daha şans qazanmadım. Niyə? Bu sualın ən doğru cavabını baş məşqçi verə bilər. Mən etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışdım. Məşqlərdə fəallıq göstərir, oyunlarla ürəklə hazırlaşırdım. Dediyim kimi, startda zədələnməyimin böyük rolu oldu.
- Səmimi de, Şahruddinlə Vaqner oyunlara səndən daha hazırlıqlı olurdu?
- Belə düşünmürəm. Çünki özüm də bütün oyunlara hazır olurdum. Hazır olmadığım period “Qarabağ”dakı ilk bir ay, ayyarım idi. Sentyabrdan heç bir problem yox idi.
- Sənə elə gəlmir ki, Skandinaviyanın soyuğu Azərbaycanın istisinə məğlub oldu.
- Yaxşı sualdı (düşünür). Bu haqda mən nəsə deyə bilmərəm. Yaxşı olar ki, bu suala Skandinaviya ölkələrində yaşayan azərbaycanlılar cavab versinlər. Dediyim kimi, özümü oyunlara hazır sayırdım və meydana çıxmaq üçün hər şey edirdim. Amma o başqa məsələ ki, İslandiya ilə Azərbaycan mədəniyyəti arasında müəyyən fərqlər var. Pis mənada demirəm, ümumən deyirəm. Mənim üçün yaxşı təcrübə oldu.
- Saatyarımdan sonra Bakını tərk edirsən. Bəlkə də ayaqların bir də buralara dəyməyəcək. Özünlə hansı xatirələri aparırsan?
- İlk növbədə topladığım təcrübəni. Fərqli ölkədə yeni nələrsə öyrəndim, gördüm. Karyeramda ilk dəfə evimdən bu qədər uzaqda legioner həyatı yaşadım. Bu məni daha da möhkəmləndirdi. Klubda və kənarda yaxşı dostlar qazandığımı da deməliyəm. Qapıçılarla işləyən məşqçimizi (Elxan Həsənov) karyeramda ən güclü məşqçilərdən hesab edirəm. Onunla çalışmaq mənə zövq verirdi. Avroliqanın qrup mərhələsində 2 oyunda meydana çıxmağım da həyatımın unudulmaz anlarından biri kimi yadımdan qalacaq. Bakıdan xoş xatirələrlə ayrılıram.
- Bəs yadigar əşya kimi nə aparırsan?
- Bakıda özümə Nurlan adlı olduqca yaxşı dost qazandım. Gəldiyim gündən indiyə qədər daim birlikdə olduq, çətin anlarda yanımdan çəkilmədi. Bir neçə saat öncə məni evlərinə şam yeməyinə dəvət etmişdi. Anası da bizimlə eyni masada əyləşmişdi. O xanım mənə Azərbaycan milli mətbəxindəki təamların reseptini özündə əks etdirən kitab bağışladı. Qədim kitabdı, həm də ingilis dilində izahı var. O kitabı evimə aparıb anama bağışlayacam. Ümid edirəm ki, bəzən mətbəximizdən Azərbaycan yeməklərinin qoxusu gələcək. Bunun özü də böyük hədiyyədi.
- Azərbaycan sənə təkcə təcrübə verdi, başqa heç nə?
- Dediyim kimi, yaxşı dostlar qazandım. Pis şeylər haqda qətiyyən düşünmək istəmirəm. Yaxşı hadisələri xatırlayacam.
- Keçirdiyin avtoqəzanı da uzun illər unutmayacağını düşünürəm.
- Bu yaşıma qədər heç vaxt avtoqəza keçirməmişdim. Bu, ilk belə hadisəydi başıma gəlirdi. Çox böyük narahatlıq keçirmişdim. Məhz həmin hadisə məni uzun müddət stress altında saxladı. Olay bir anın içində yaşansa da, aylarla gözümün qabağından çəkilmək bilmirdi. Hər dəfə gözümün qabağına gəlirdi. Əsas odu ki, hamımız bərpa olduq, özümüzə gəldik. Hətta zərərçəkmiş Namiq adlı dostumuz da. Mənim üçün vacib olan Namiqin ayağa qalxmasıydı.
- Sən həm də rejissorsan. Sənədli film və reklamlar üçün plan cızırsan. Maraqlıdı, nə vaxtsa Bakı, ya da “Qarabağ” haqda nəsə hazırlayacaqsan? Lap deyək ki, Qarabağ müharibəsi haqda.
- Təbii ki, olacaq. Amma Qarabağ müharibəsi haqda yox. Bakıda olduğum müddətdə boş vaxtlarım çox olurdu. Bundan səmərəli istifadə etmək üçün isə burda gördüklərimi qeyd edir, nələrisə götür-qoy edirdim. Artıq bir süjet üzərində işləmişəm və həmin görüntüləri özümlə aparıram. Yəqin ki, ortaya nəsə çıxaracam. Bundan başqa, payızda İslandiyadan olan TV əməkdaşları Bakıya səfər etmiş, həm “Qarabağ”, həm şəhər, həm ailəm, həm də burdakı yaşayışım haqda reportaj hazırlamışdılar. 50 dəqiqəlik sənədli filmdi. Lakin hələ efirə verilməyib. Ən qısa zamanda telekanalların birində göstəriləcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar