20 mar 13:32gundem

“Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan...

“Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan...
Samir Abasovla Tərlan Əhmədovun uşaqlığı olmayıb?
Bu gün azərbaycanlılar ilin axır çərşənbəsini, ardınca isə Novruz bayramını qeyd edəcək. Bu bayramın mənşəyi və tarixi haqda xırdalıqlara varıb, ənənələri yada salmaqla vaxtınızı çox almaq niyyətim yoxdu. Yalnız onu qeyd edim ki, Novruz bütün dünya azərbaycanlılarının sevə-sevə qeyd etdiyi ən əziz bayramlardan biridi. Və bu üzdən istənilən azərbaycanlının - cəmiyyətdə tutduğu mövqedən, ictimai statusundan, peşəsindən asılı olmayaraq – bu bayramla bağlı xatirələri var.
Bayram ərəfəsində futbol ictimaiyyətinin yaxından tanıdığı bəzi şəxslərlə əlaqə saxlayıb, Novruzla bağlı ən yaddaqalan xatirəsini bölüşməsini istədim.
Ayxan Abbasov (“Sumqayıt”ın baş məşqçisi): “Bəlkə də insan yaşlaşdıqca bayramlara xüsusi önəm vermir, adi təqvim günü kimi qarşılayır. Ancaq uşaq yaşlarında hər şey əksinədi. Qayğısız illərdə hər bayram bizim üçün sözün əsl mənasında bayram idi. Novruz isə bizim üçün bütün bayramlardan üstün idi. Məhəllə uşaqları ilə bayram hazırlıqlarına bir ay əvvəldən başlayırdıq. İndi hər şey tapmaq asandı. Bizim vaxtımızda adi tonqala taxta tapmaq üçün nə qədər əziyyət çəkirdik. Məhəllələr arasında “kimin tonqalı daha böyük olacaq?” kimi bir prinsipiallıq yaşanırdı. Heç kimdən geri qalmamaq üçün məcbur idik daha çox odun toplayaq. Həmin illərdə taxta nə gəzirdi? Nə qədər bağların, həyətlərdə qurulan neçə-neçə istirahət yerinin taxtalarını sökmüşük ki, bir gün tonqal yandıracağıq. Əlbəttə, indi düşünəndə səhv etdiyimizi yaxşı başa düşürəm. Ancaq hər anın öz hökmü var. Taxta yığmağa, daha dəqiq desəm, oğurlamağa (gülür) getməyimizi heç vaxt unutmayacam. Sanki düşmən ölkəyə basqına hazırlaşırdıq. Hər xırda detalı yüz dəfə ölçüb-biçirdik ki, ələ keçməyək, kiminsə qapazına tuş gəlməyək. Toplu halda papaq atmağa getməyimizin də öz ləzzəti vardı. İstəsəm də, istəməsəm də, uşaqlıq illərimlə indiki dövrü müqayisə etmək məcburiyyətindəyəm. Həmin dönəmdə şəhərdə bu qədər şirniyyat evi yox idi. İndi kimin ürəyindən nə keçir, gedib dükandan alır. O vaxt dadlı şirniyyatlar çox az tapılırdı. Kiminsə papağına qeyri-adi nəsə qoyulsaydı, onda mərəkə başlayırdı. Hamı o şirniyyatdan dadmaq istədiyinə görə mütləq saydan asılı olmayaraq bərabər yerə bölünməliydi. Kiməsə çatmasaydı, qan düşərdi” (gülür).
Aslan Şahgəldiyev (PFL-in Mətbuat və İctaimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): “Adətən, bayramla bağlı hamı xoş təəssüratını bölüşür. Mən isə bir qədər qəmli notlar üzərində dayanıb, indiyədək unutmadığım hadisəni sizlərlə bölüşəcəm. Uşaq vaxtı papaq atmağa getmişdim. Papağı atdım, ancaq heç nə qoymadılar. Qadın məni çağırıb boş papağı özümə qaytardı və ardınca “bala, evinizə get, indi papaq atmazlar” deyib qapını üzümə bağladı. Heç nə anlamadım. Elə başa düşdüm ki, məni əlidolu yola salmaq üçün heç nələri yoxdu və buna görə də papağı boş qaytarmaqla yanaşı, mənə evə getməyi məsləhət görür. Heç kimə heç nə demədim. Amma qadının dediyi söz beynimdən çıxmırdı. Sonradan, bir neçə ildən sonra dərk etdim ki, həmin il 1 ay öncə Xocalıda ermənilər azərbaycanlılara qarşı genosid törətmişdi. Ona görə də həmin qadın mənə “papaq atmaq zamanı deyil” söyləyib. Bu gün də həmin sözlər qulağımdadı”.
Futbol camiəsində çalışanların bayramla bağlı xatirələrini oxuduz. Fürsətdən istifadə edib mən də illər öncə Novruz bayramında yaşadığım, indiyədək unutmadığım olayı sizlərlə bölüşmək istəyirəm. Ayxan bəyin qeyd etdiyi kimi, şəhərdə yaşayan uşaqlar üçün ən ümdə məsələ hansı məhəllənin tonqalının daha böyük olması idi. Bayramdan bir ay sonra da bu məsələ məktəbdə müzakirə olunur, ən uca tonqalı yandıran məhəllənin uşaqları başqalarına rişxənd edirdilər. Səhv etmirəmsə, 7-ci sinifdə oxuyurdum. Bayrama xeyli taxta yığmışdıq. Tonqalı yandıran gün məlum oldu ki, ortaya basdırılacaq dirək (şalban) qısadı. Yenisini, daha ucasını tapmaq lazımdı. Uşaqlardan biri “qonşu məhəllənin uşaqlarında belə tir var. Ancaq binanın zirzəmisində gizlədiblər” deyib, bizi oğurluğa sövq etdi. Bir tərəfdə məhəllənin ad-sanı, bir tərəfdə də sonradan kütləvi dava-dalaşa səbəb olacaq oğurluq məsələsi (hətta buna görə valideynlərimiz bizim əraziyə baxan 3-cü polis bölməsinə dəvət olundular). Sabah kimlərinsə qarşısında dilimiz gödək olmasın deyə, zirzəmiyə hücum planını bir anda müəyyənləşdirdik. Bəndəniz də daxil olmaqla 4 nəfər – indi onlardan biri Rusiyada imkanlı biznesmendi, ikisi dövlət qulluğunda çalışır - su turbalarının üstü ilə sürüşü-sürüşə gedib, tiri çiynimizdə (sanki Lenin iməciliyində idik) zirzəmidən çıxarıb, məhəlləyə gətirdik və tonqalımızı qurduq. Ancaq nə mən, nə də “əməliyyat yoldaşlarım” tonqal yandırılan zaman onun qırağında ola bildik. Sən demə, su turbasının üstü şüşə qırıntılarından hazırlanmış izolyasiya ilə örtülübmüş. Biz də onun üstündə sürüşdüyümüzdən həmin qırıntılar bədənimizə yeriyib. Müəyyən vaxtdan sonra bədənimizi o qədər qaşımışdıq ki, qan axırdı. Hamı (xüsusilə də məhəllə qızları - biz də onlar üçün çalışırdıq) tonqalın kənarında bayramın şirinliyini çıxaran vaxt mən və məhəllənin başqa “üçlüy”ü marqanislı suda oturub başımıza döyürdük.
RƏŞAD
P.S. Bayramla bağlı xatirələrini bölüşmələri üçün Samir Abasovla Tərlan Əhmədova da müraciət etdim. Lakin hər iki mütəxəssis mesajla tanış olsa da, reaksiya vermədilər. Görünür, Əhmədovla Abasovun mənalı uşaqlığı olmayıb...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar