27 mar 15:25gundem

Orsato kapitanımızı bağışladı

Orsato kapitanımızı bağışladı
Xəbər verdiyimiz kimi, oyunu Daniele Orsato, Mauro Tonolini, Rikardo Di Fyore, Marko Quidadan ibarət italiyalı hakimlər briqadası idarə etdi. Komandalar arasındakı aşkar səviyyə fərqi hakimlərin də işini asanlaşdırmışdı. Təsadüfi deyil ki, 90 dəqiqə boyunca Orsato, demək olar, gözə dəymədi. Elə yardımçıları da bir-iki ofsayd qərarını istisna etsək, bayraq aldırıb, özlərini yormadılar. Hakimlərin idarəçiliyini qəzetimiz üçün dəyərləndirən təcrübəli referi Fariz Yusifov da İtaliyadan olan hakimlər briqadasının işindən razı qaldığını bildirdi: “Komandalar arasında olan səviyyə fərqi, oyunun o qədər də gərgin məcrada keçməməsi Orsato və köməkçülərinin işinə yaradı. İtaliya çempionatında və beynəlxalq oyunlarda yetərincə hakimlik etmiş Orsato üçün bu tip qarşılaşmalarda fit çalmaq çox asandı. Onu da qeyd edim ki, futbolçular da bir-birinə qarşı ehtiyatlı davrandılar və bəzən sərt oynayan olsa da, bu kobudluğa keçmədi. İkinci yarının sonlarına yaxın hakimin, demək olar ki, işi yox idi. Artıq hər iki tərəf hesabla barışmışdı. Qarşılaşma Orsato üçün asan alınsa da, ilk yarıda iki vəziyyətdə qayda pozuntusunu düzgün qiymətləndirmədi. Daha doğrusu, qayda pozuntusu qeydə alsa da, vərəqə göstərmədi. O əvvəlcə cərimə meydançasına yaxın yerdə açıq-aşkar rəqib futbolçuya qarşı kobud oynayan Rəşad Sadıqovu bağışladı. Həmin an almaniyalı oyunçu Rəşaddan sıyrılıb cərimə meydançasına daxil olurdu. Kapitan isə səhv etdiyini görüb vaxtında onu dayandırdı. Buna görə Sadıqova sarı vərəqə göstərilməliydi. 37-ci dəqiqədə isə italyan referi əks-hücuma çıxan bizim futbolçuya qarşı kobud oynayan rəqib oyunçuya loyal münasibət göstərdi. Adətən, belə vəziyyətlərdə referi sürətli hücumun qarşını kəsdiyinə görə həmin oyunçunu sarı vərəqə ilə “mükafatlandırmalıdı”. Ümumi götürəndə isə hakimliyin yüksək səviyyədə olduğunu qeyd etməliyəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar