17 mar 14:32gundem

Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb

Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb
“Əsas məqsədim budu ki, yanımda oynayan gənclər təcrübəmdən faydalansınlar”
"Səbail" klubunun danışıq apardığı və hazırda Bakıda olan, “Qarabağ”la görüşü izləyən ulduz futbolçu Maykl Essyen oyundan sonra jurnalistlər üçün brifinq keçirdi.
- Maykl Essyeni artıq “Səbail”in oyunçusu saymaq olar?
- Az sonra klub rəhbərliyi ilə görüşüm olacaq. Bundan sonra daha dəqiq məlumat ala biləcəksiz.
- “Səbail” – “Qarabağ” oyununu tribunadan izlədiz. Təəssüratınızı bilmək istərdik.
- Çox yaxşı oyun keçdi. “Səbail”in məğlub olmasına baxmayaraq, düşünürəm ki, kifayət qədər gərgin matç izlədik. “Qarabağ”ın qələbəsində təcrübə amilinin həlledici olduğunu düşünürəm.
- Dünyanın bir sıra aparıcı ölkələrində çıxış etmisiz, Çempionlar Liqasında qalib olmusuz. Maraqlıdı, “Səbail”in təklifində hansı məqam diqqətinizi çəkdi?
- Dediyiniz faktlar keçmişdə qalıb. Sadəcə, futbol oynamaq istəyirəm. Avropa Liqasının tanıtımı ilə bağlı Bakıya gələndə klubun rəhbərliyi ilə görüşdük, mənə gələcək planlarından danışdılar, cəlbedici oldu və özümü yeni çağırış üçün hazır sayıram.
- Əlinizdə olsa, sizinlə birlikdə Bakıya gəlmiş daha hansı veteran futbolçunu Azərbaycan çempionatına gətirmək istərdiz?
- Bu barədə heç düşünməmişəm.
- 2018-ci ildə İndoneziya çempionatında oynamısız. Həmin zamandan sonra sizə hansısa təklif olub?
- Həmin vaxt bir neçə təklif gəlib, əsasən Avstraliya çempionatından klublar maraqlanırdılar. Amma ora çox uzaq olduğuna görə qəbul etmədim, həm də qısa bir fasilə vermişdim özümə. Bu müddətdə “Çelsi”də məşqçilik kursları da keçdim.
- Yaşla bağlı sürət probleminiz olmayacaq?
- Həyatımda çox futbol görmüşəm, sizinkindən daha sürətli çempionatlara şahidlik etmişəm, məncə, oynaya bilərəm.
- Sizin gəlişiniz Azərbaycan futbolu və “Səbail” üçün böyük reklam olacaq. Siz bu barədə nə düşünürsüz?
- Mən futbolçuyam, fikrim ancaq meydana çıxıb komandama xeyir verməkdi. Siz dediyiniz nüans barədə heç vaxt fikirləşməmişəm.
- Futbolçu kimi əsas tələbiniz nə olub?
- Heç bir xüsusi tələbim olmayıb. Əsas məqsədim isə budu ki, yanımda oynayan gənclər təcrübəmdən faydalansınlar.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar