17 mar 13:41gundem

Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu

Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu
“Sən mənim canım, “Neftçi” doğrudan 1-ci yerdədi, yoxsa məzələnirsən?”
Deyir, yatmamışdan əvvəl kimi düşünürsənsə, çox vaxt yuxuna girir. Son günlər Böyükağa Hacıyevi xatırlayırdım. Görəsən, hardadı, nə işlə məşğuldu, niyə kənara çəkilib, hanı o səs-küylü açıqlamaları? Ölkə futbolunda bu qədər həngamə yaşandığı halda, Hacıyev niyə susur?
Artıq bir ildi həyatda görüşmək imkanım olmasa da, nəhayət, yuxumun şirin vaxtı üz-üzə gəldik. Deməli, əsgər yoldaşlarımdan birinin xeyir işi ilə bağlı Naxçıvana etdiyim səfərdə Böyükağa bəylə rastlaşıram. Hamı öz kefindədi. Yeyib-içən kim, qol qaldırıb oynayan kim. O isə yaxın ətrafındakıları başına yığıb, xatirələrini bölüşür, keçmişdəki uğurlarından ağızdolusu söz açır. Bir-birimizə uzaq otursaq da, eynəyindən və başındakı papağından tanıyıram. Yaxınlaşıb əl uzadıram, diqqətlə üzümə baxır. Amma tanımır. Əvvəlki kimi gümrah deyil, yaşlanıb artıq. Bir də xəstəliyə güc gəlməyə çalışır. “Mənəm, Həbib” sözlərimi eşidən kimi dik atılır. Ayağa durub bağrına basır məni, bir xeyli o vəziyyətdə dayanırıq. Gözləri dolur, dərindən ah çəkir. İçəri səs-küydü deyə, zalı tərk edirik. Dəhlizdəki divanda əyləşib söhbətləşirik.
- Telefonumdakı üç nömrənin heç birinə zəng çatmır. Soruşuram, maraqlanıram, tapa bilmirəm səni...
- Üstünə sağlıq, canım ağrıyır. Bu zəhrimar xəstəlik də əl çəkmək bilmir məndən. Ürəyim incidir, Həbib. Ölsəydim, hamı dincələrdi.
- Elə demə. 60 yaş nədi ki?
- Yox, dədə. Sən tanıdığın Böyükağa deyiləm. Getdi o dövrlər. Bu gün-sabahlığam. Bir gün eşidəcəksən ki, Böyükağa öldü... Həbib, balan necədi, böyüyüb?
- Hə, maşallah, yekə qız olub. Bu il məktəbə gedəcək. Nəvən Böyükağanın müalicəsi də başa çatmaq üzrədi. O da böyüyüb, gözləri, baxışları eyni sənindi.
- (gözləri dolur, səsi tutulur) Həbib, mən nə günah işləmişəm, kimə pislik eləmişəm?
- Yenə başlama, sən Allah. 5 dəqiqə söhbət etmək istəyirəm səninlə. Durub gedim?
- Böyükağanı, Rüstəmi, Yusifi, Nazlını bir ildi görmürəm. Burda hamı elə bilir danışırıq, görüşürük. Bura gələndən əlaqəni kəsmişəm. Təkəm, Həbib, tək. Telefon da işlətmirəm ki, hamıdan uzaq olum.
- Yaxşı ki, gördüm səni. Sabah Bakıya qayıdıram. Mənimlə bir yerdə gedəcəksən. Təklik axırına çıxacaq sənin.
- Yox e, yox. Heç yerə gedən deyiləm. Uzaqlaşmışam hamıdan. Belə yaxşıdı.
- Böyük, elə eləmə ki, Yusiflə Rüstəmə zəng vurum, qollarından tutub aparaq.
- Sən öl, getmərəm. Sən öl vurdum ha. Uşaqlara bir söz desən, üzünə baxmaram. İşin yoxdu onlarla. Qoy işləsinlər, ailələrini dolandırsınlar. Məni bu vəziyyətdə görmələrini istəmirəm. Həbib, mən Böyükağayam, yadından çıxarma.
- Kim olduğunu yaxşı bilirəm. Allah eləməmiş, sabah başına bir iş gəlsə, övladlarının yanında olmasını istəyirəm.
- Elə burda ölməyim yaxşıdı. Sənə söz deyim, guya Bakıda ölsəm, nə olacaq ki? Aparıb Fəxri Xiyabanda basdırmayacaqlar ki. Yuyub bükəcəklər, bir az ağlaşma olacaq, sonra da aparıb Biləcəri, Yasamal, Keşlə qəbiristanlıqlarının birində basdıracaqlar. Bakıdakı qəbirləri bilmirsən, 2 kvadrat metr yer verirlər. O da Allah bilir qəbiristanlığın harasında. Ən yaxşısı elə burda ölməkdi. Naxçıvan dünyanın o başı deyil ki. Məni yerdən götürmək istəyənlər təyyarəylə bir saata burdadı. Uşaqlara heç nə demə, eşitdin?
- (əlini sıxıram, o da o biri əli ilə boynumdan tutub özünə tərəf çəkir) Yaxşı, demərəm. Amma sənə görə çox narahatam.
- Qəzetdə nə var, nə yox? Mahir, Mirağa, uşaqlar necədilər? Dolana bilirsiz?
- Əşi, qəzetdən danışma. Vəziyyət yaxşı deyil. Görək nə olur.
- Nə danışırsan? Nə olub?
- KİVDF-dən dövlət yardımı alırıq, onu da kəsmək istəyirlər.
- Onu da çox gördülər? “Futbol+” də bağlansın, ağ günə çıxarlar. Azərbaycana idman ölkəsi deyirlər, düz-əməlli bir qəzet var, onun da axırına çıxsınlar. Sonra da deyirsən Bakıya gedək. İnanırsan, heç nə eşitmirəm, heç nə oxumuram. Elə rahatam ki. Bakıda olanda elə bil pis yerimə söyürlər. Həbib, diksinmişəm hamıdan, hər şeydən. Bura yaxşıdı.
- Böyük, bəlkə müsahibə edək? Bir ildi danışmırsan, bilirsən nə effektli alınar, “partladaq” e.
- Məni dolamısan? Deyirəm, heç nədən xəbərim yoxdu, ağzına gələni danışırsan. Müsahibə-zad...
- Lazım olan məlumatları verim də sənə. Hər şeydən xəbərdar olandan sonra döşə gəlsin.
- Sən mənə de görüm, “Neftçi” neynəyir?
- Maşallah, vəziyyətləri yaxşıdı. Çempionluğa iddia edirlər. Liderdilər, “Qarabağ”dan 2 xal öndə. Xeyli irəliləyiş var.
- Mən ölüm, düz deyirsən?
- Allah haqqı.
- Onlardan nə əcəb? Sadıqla Tahir (Sadıq Sadıqovla Tahir Süleymanov – H.) qayıdıb yəqin.
- Yox e, Sadıq cüdodadı əvvəlki kimi. Tahir də evdə oturub, işləmir o vaxtdan.
- Tahirə iş verməzlər. Sözünü deyən adamlara yer yoxdu futbolda. Bədbəxt oğlu, “sbor” vaxtı bazada qalırdıq, axşam 12-də aşağı düşürdüm, Tahir hələ də kabinetdəydi. Deyirdim, sən elə bu kabinetdə öləcəksən. Yaşar neyniyir (Yaşar Seyidov – H.)? Yenə qukkulu bəy kimi bazada tək oturub?
- Kefdən danışırsan. Baza nə gəzir, rəhmətliyin nəvəsi. Hafiz Məmmədovun əlindən aldılar. Başqa qurumun nəzarətindədi.
- Yaxşı görək. Bazanın da dalına keçdilər, hə? Daha denən Yaşar dəli olar ki. Elə bil evi bazaydı, ordan bayıra çıxmırdı. Görəndə zarafatla denən, Böyüyə ilişəndə bilmirdin belə olacaq... Sən mənim canım, “Neftçi” doğrudan 1-ci yerdədi, yoxsa məzələnirsən?
- Söz dedim axı.
- İnanmıram, sən öl. Baş məşqçi kimdi?
- Roberto Bordin.
- O kimdi?
- İtalyandı. “Şerif”də işləyirdi.
- Qurbanın (Qurban Qurbanov – H.) yanıüstə qoyduğu? “Şerif”i ağ günə çıxardı, indi gəlib “Neftçi”nin vayına oturmağa?
- Nəticələr hələ ki pis deyil. Mövsümün sonunu gözləyək, görək nə olur.
- Prezident kimdi?
- “Sumqayıt”dakı Kamran Quliyev. Yanında da Ceyhun Sultanov.
- Hansı Ceyhun? Bizim Ceyhun?
- Hə də.
- Pəh, daha denən Ceyhuna görə vəziyyətləri yaxşıdı da. “Bakı”da yanımda olub, Böyükağa məktəbi keçib e. Bakıda olanda tez-tez gəlib-gedirdi, məsləhətlərimi verirdim. Ceyhun ordadısa, ayağını qoy ayağının üstünə, kef elə. “Neftçi” çempiondu.
- Hələ 8 tur var...
- Mənə bax, “Qarabağ” elə zəifləyib ki? Qurban nə əcəb “Neftçi”ni qabağa buraxıb?
- Çempionatın ilk yarısında qeyri-sabit çıxış edirdilər. Həm Avroliqada mübarizə aparırdılar, həm də Qurban yığmada işləyirdi. İndi nə Avroliqa var, nə yığma. Bir az irəliləyiş var.
- Başa düşmədim, Qurban yığmada deyil?
- Yox e, dekabrda çıxardılar.
- Get özünlə məzələn. Bayaqdan ağzına gələni danışırsan, elə bilirsən inanıram. Özünü dola.
- Durub gedim? Ayıb olar ki.
- Mən Bakıda olanda Qurbanı təzə təyin etmişdilər axı. Heç bir il olmadı ki. Özü getdi, yoxsa göndərdilər?
- İcraiyyə Komitəsinin üzvləri iki yerdə işləməsinin çətin olduğunu düşünüb əməkdaşlığı qarşılıqlı razılıq əsasında pozdu.
- Neynəməliydi? 1 ilə komandanı Avropa çempionatına aparmalıydı? Oturublar kabinetdə, futboldan başları çıxmır, ağıllarına gələni edirlər. Olardım da orda. Başlarına oyun açardım e... Qurban dəli olar ki.
- Sakitdi, işini işləyir.
- Yerinə kimi gətirdilər? Foqtsu qaytarsınlar da.
- Elə onun kimi biridi. İndiyə qədər heç bir yığmada baş məşqçi kimi işləməyən, uğurları olmayan Nikola Yurçeviçi gətiriblər.
- O kimdi?
- Xorvatdı...
- Ə, bunların xorvatını da, futbolunu da.... Sən balanın canı, başqa şeydən danış. Əsəbləşirəm. Sonra da deyirsən, dur Bakıya gedək. Ora tüpürüb çıxmışam e. Hara qayıdıram?
- Müsahibəyə başlayaq, döşə gəlsin.
- Rədd elə müsahibəni-zadı. Danışmıram heç nə. Böyükağadan başqa o qədər oğlanlar var ki. Danışsınlar da. Arxada dil-dil ötürlər, hünərləri çatır mətbuata danışsınlar da.
- Müsahibə vermirsən, özün bilərsən. Onda bu danışdıqlarımızı yazacam.
- Eşidirsən? Bilsəm ki, məni görməyindən nəsə yazmısan, ömürlük üzünə baxmaram. Kişiyik axı. Fantaziyalarını işə salıb məndən nəsə yaz. Bir ildi yoxdu, hardadı, olsaydı, necə olardı-filan. Amma demə ki, Naxçıvandadı, xəstədi, ölüm ayağındadı.
Razılaşıb, əl sıxıb sağollaşırıq. Arxamca baxıb uca səslə qışqırır.
- Həbib, bura gəl. Ölüb eləsəm, burdakılar zəng edib sənə deyəcək. Bakıya aparıb basdırarsız. Uşaqlar gəlib-gedə bilsin.
Allah sənə rəhmət eləsin, Böyükağa Hacıyev!
HƏBİB

Yeri gəlmişkən...
Ötən il martın 16-da dünyasını dəyişən Böyükağa Hacıyevin il mərasimi bu gün Babək prospektindəki “Audi” satış mərkəzinin arxasındakı mərasim evində təşkil olunacaq. Saat 11.00-da qəbir üstünə gediləcək, daha sonra ehsan süfrəsi açılacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar