14 mar 22:50gundem

Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı

Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı
Erkin İbrahimov: “Başlıca səbəb komandada azərbaycanlıların çoxluq təşkil etməsiydi”
Latviya çempionatında bir komandanın heyətində 5 azərbaycanlı futbolçunu görmək arzumuz çin olmadı. Vüqar Əsgərov “Dauqavpils”in birinci divizionun qalibi olub premyer-liqaya yüksəlməsində əsas pay sahiblərindən biri olmuşdusa, sonradan ona “Sumqayıt”ın üzvü Tural Bayramlı ilə gənc “Neftçi”li Elvin Sərkərov da qoşuldu. Hər iki futbolçu “Dauqavpils”lə müqavilə imzaladı.
Lakin say daha artıq olmalı idi. Çünki “Sumqayıt”ın bir başqa futbolçusu Nazim Bağırov da Latviyaya yollanmışdı və təxminən iki həftə müddətində komandanın məşqlərində iştirak etmişdi. Təxminən 10 gün əvvəl “Xəzər Lənkəran”la “Neftçi”də oynamış, Portuqaliya və Xorvatiyada legioner həyatı yaşamış Elnur Cəfərov da onlara qoşuldu. Hər iki futbolçu baxışdan uğurla keçməliydi ki, adları Dauqavpils təmsilçisinin növbəti mövsüm üçün iştirak ərizəsinə salınsın. Deyək ki, Nazim gəncdi, karyerasını vərəqləyəndə hansısa ad və ya uğur ön plana çıxmır. Amma söhbət Elnurdan gedirsə, Elvinlə Turala “hə” deyən klub məntiqlə onun keçidinə gözüyumulu razılıq verməliydi. Alınmadı...
Həm Elnur, həm də Nazim bəyənilməyərək yola salınıb. Səbəbini öyrənmək, komandaya lazım olmamalarının detallarını bilmək məqsədi ilə onları Latviyaya aparan agent Erkin İbrahimovla əlaqə saxladıq: “Deyim ki, Elnur komandanın hazırlığında özünü əla tərəfdən göstərməyi bacardı. Hətta yerli futbolçuların özləri belə onun komandaya götürülmədiyini eşidəndə təəccübləndilər. İnana bilmirdilər ki, rəhbərlik keçidə razılıq verməyib. Bilirsiz, Dauqavpils ağır şəhərdi. Bizim Gəncə kimidi. Azarkeşlər, şəhər rəhbərliyi, futbol adamları klubun işlərinə müdaxilə edir, fikir bildirirlər. Belə deyim, “papaq altında yatan” qüvvələr var. Ən başlıca səbəb komandada azərbaycanlıların çoxluq təşkil etməsiydi. Kənarda danışanlar “bu qədər azərbaycanlı götürüncə, braziliyalı gətirin” şəklində fikir bildirirdilər. Hər işə mız qoyurlar. Kluba maliyyəni şəhər rəhbərliyi ayırır deyə, kənarda söz-söhbət çox olur. Ona görə də Elnurun keçidi baş tutmadı. Buna baxmayaraq, başqa variant da var. Hazırda Latviya klublarından biri ilə danışıq gedir. Ona görə də Cəfərov Bakıya qayıtmayıb, ordadı, gözləyir. Bir-iki günə cavab çıxmalıdı. Həmin klub rəhbərlikdən legioner alıb-almamaq haqda cavab gözləyir. Müsbət qərar verilsə, karyerasını Latviyada davam etdirəcək. Alınmasa, Azərbaycana qayıtmalı olacaq”.
Elnuru bildik, bəs Nazim? Axı o, “Dauqavpils”ə daha əvvəl getmişdi. Azərbaycanlıların çoxluq təşkil etməsi söhbəti vardısa, niyə vaxtında göndərmirdilər? Sən demə, Bağırov başqa problemin “qurbanı” olub: “Nazimdə viza problemi oldu. Burdan gedəndə ikihəftəlik viza açdırmışdı. Orda olduğu müddətdə haqqında ağızdolusu danışırdılar. Hətta mənim yanımda çağırıb hər şeyin qaydasında olduğunu dedilər. Nazim Bakıya qayıtdı ki, birillik viza alıb yenidən Latviyaya qayıtsın. Bura gələndən sonra əməkdaşlıq etmək istəmədiklərini bildirdilər. Həm də ikinci vizanı almaq prosesi uzandı. Sənədləri gec yığdı deyə, rəhbərlik fikrini dəyişdi. Halbuki əvvəldən birillik viza açdırıb, vətənə qayıtmasaydı, müqavilə bağlayacaqdı”.
Maraq üçün qeyd edək ki, “Dauqavpils” Vüqar Əsgərov, Tural Bayramlı və Elvin Sərkərovun adını növbəti mövsüm üçün iştirak ərizəsinə daxil edib.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar