21 okt 00:40futbol20

20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs

20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs
Roza Əliyeva: “Həmin gün sanki böyük bir fəlakətdən qurtulduq”
Onu hər gün görürük. O isə bizi ayda cəmi bir dəfə. Bilirsiz, söhbət kimdən gedir? Təbii ki, mühasibimiz Roza Əliyevadan. Bəli, o “Futbol+”in fəaliyyətində əvəzsiz rol oynasa da, sıravi reportyor üçün ancaq məvacib günü lazımdı. Bir iqtisadçı kimi əminliklə deyə bilərəm ki, mühasibat işi çox çətindi. Amma Roza xanım illərdi bu işi dayanmadan, yorulmadan görür. 20 ildi “Futbol+”də bütün pul-para işləri onun əlindən keçir. Bizi “uşaqlar, maaş gəlib, gəlin götürün” deyib sevindirən də, “bu ay gecikəcək, başqa çarəmiz yoxdu” deyib üzən də odu. Odu ki, yubiley ərəfəsində qəzetimizin həyatında önəmli rol oynayan xanımla söhbətləşməmək günah olardı.
- Roza xanım, “Futbol+” yaranandan burda çalışırsız. Bura gəlişinizi necə xatırlayırsız?
- Bura 1997-ci il martın 1-də gəlmişəm. O vaxt yalnız “Hürriyyət” qəzeti var idi. Bir müddət sonra “Futbol+” həmin qəzetin əlavəsi kimi çıxdı. Əvvəl “Hürriyyət” qəzetinin rəhbəri Qurban Məmmədov idi. Bibimoğlu Bəhruzun məsləhəti ilə məni o dəvət etmişdi. O vaxt Şərurda bir ticarət təşkilatında mühasib işləyirdim. Sonra bura gəldim, Qurban müəllim mənə iki-üç sual verdi. Sonra dedi ki, ölənə kimi bir yerdə işləyəcəyik. Ertəsi gün “Hürriyyət”də baş mühasib kimi fəaliyyətə başladım, ardınca “Futbol+”in baş mühasibi oldum.
- Adətən, mühasiblər bir yerdə qalmırlar, tez-tez iş yerlərini dəyişirlər. Nə əcəb 20 ildi bir yerdə işləyirsiz? Heç darıxmırsız, yorucu deyil?
- İşimi çox sevən adamam. Bu mənim ixtisasımdı və sənətimə çox bağlıyam. Yerimi dəyişməyi xoşlamıram. Bir kollektivə ki, öyrəşdin, ordan getmək istəmirəm. Rayonda işləyərkən də belə idim. Ümumilikdə 35 illik iş təcrübəm var. Qəti darıxmıram. Sumqayıtda yaşayıram, Bakıda işləyirəm. Cavanlıqda daha rahat idi. Yorulmağın nə olduğunu bilmirdim. Yollar da əziyyət vermirdi. İndi bir az yorğunluq olur. Amma düşünürəm ki, sona kimi burda qalacam.
- Lap köhnə “Futbol+” ilə indiki arasında nə fərq hiss edirsiz?
- O vaxt mən də cavan idim, işimi çox asan görürdüm. Qəzetə gəlincə, indi maliyyə işi çətinləşib. Əvvəllər satış yüksək idi. İnternet dövrü sürətləndikcə qəzetə diqqət azaldı. Çox vaxt qəzeti köşklərdə alıb, oxuyub qaytarırlar. Amma indinin özündə də qəzeti sevənlər qalıb. Arada avtobusda-metroda bizim qəzeti oxuyanları görüb sevinirəm.
- Bu dövr ərzində üzləşdiyiniz, yadınızda qalan ən maraqlı hadisə hansıdı?
- Çox hadisələr olub. İndi hamısını birdən yada sala bilmərəm. Amma bir olayı heç vaxt unutmaram. Hər il kollektivlə rayonlara səfər edirik. Bir dəfə Qəbələyə getmişdik. Uşaqlar da yeyib-içmişdilər. Tahir adlı işçimiz var idi. Uşaqlarla dağa qalxmaq üçün mərcləşdi. Bir az da içmişdi. Dağ da lap hündür, təpəsi görünmürdü. Tahir o halda ora qalxdı. Hamının ürəyi tutulmuşdu. Nə illah etdik, düşmək istəmirdim. Qorxurduq ki, yıxılar, zədələnər. O həyəcan indiyə kimi canımdadı. Güclə, yalvar-yaxarla onu aşağı düşürdük. Həmin gün sanki böyük bir fəlakətdən qurtulduq.
- Bu dövr ərzində əlinizə ən çox nə qədər pul düşüb?
- 10 min manatdan çox pulu saydığım olub. O vaxtlar daha çox pul görürdüm. Hər ay vergiləri köçürürdüm. İndi isə elektron sistemdi. Əvvəllər 4-5 min pulu qoyurdum cibimə, rahat çəkildə gəzirdim.
- Olubmu ki, pul kisənizi hardasa unudasız və ya itirəsiz?
- Xoşbəxtlikdən belə hal başıma gəlməyib. Mən çox diqqətli insanam. Düzdü, çantamdan şəxsi pulu oğurlayıblar. Amma işin pulunu heç vaxt itirməmişəm. Bu da işə olan sevgimdən irəli gəlir.
- Necə düşünürsüz, bir əməkdaş heç bir problemlə üzləşməmək üçün indiki zamanda nə qədər məvacib almalıdı?
- Ən azı 700-800 manat maaş almalıdı. Uşaqların çoxu ailəlidi. Bir ailənin normal dolanışığı üçün ən azı bu qədər pula ehtiyacı olduğunu düşünürəm.
- Onda bizi fədakar insan saymaq olarmı?
- Təbii ki, olar.
- Adətən, maaşlar gecikəndə redaksiyada hərəkətlilik artır. Təbii ki, sizin yanınıza gəlirik, “nə vaxt olacaq, haçan gözlənilir?” sualları ilə. Həmin vaxt hansı hisslər keçirirsiz?
- Təbii ki, narahat oluram. Nə edək, necə eləyək deyə düşünürəm. Görürəm ki, hamı gözünü maaşa fikib. Çalışıram uşaqların pulları vaxtında ödənilsin. Onlara görə ayın axırını səbirsizliklə gözləyirik. Çünki işçilərin maaşını ödəyək, lazımi yerə xərcləsinlər.
- “Maaş gəlib, gəlin götürün” dediyinizdə yanınıza ilk kim gəlir?
- Ən tez qaçan Tahir Mirzədi. Onun vəziyyətini başa düşürəm. Onun iqtisadi vəziyyəti çətindi. Bilirəm ki, burda kimin maddi durumu yaxşıdı, ya pis.
- Mənim durumum necədi?
- Sən cavan oğlansan, qazandığını özünə xərcləyirsən. Həm də bədxərc deyilsən. İstəyəndə çox, istəyəndə də az xərcləyirsən.
- Sizi maaşla bağlı ən çox kim narahat edir?
- Bizim texniki işlərimizi görən Namiq. O tez-tez gəlib soruşur ki, maaşlar nə vaxt olacaq. Xeyr, onu pisləmək fikrim yoxdu. Sadəcə, onun daha çox ehtiyacı olduğunu görürəm.
- Maaşlar veriləndən sonra pulu ən tez qurtaran və avans üçün yanınıza gələn kimdi bəs?
- Mənim qarşıma standart cədvəl gəlir. Avansları Cəsurdan götürürlər. Amma ən çox avans götürən Rəşad Qasımovdu.
- Uşaq gəlib görür ki, ona nisbətən az qonorar yazıblar. Həmin vaxt üz ifadəsi necə olur?
- Maaşın az və ya çox olması məndən asılı deyil. Uşaqlar nə qədər yazırlarsa, ona uyğun da maaş alırlar. Ona görə də çox deyinmirlər.
- Yadıma gəlir, bir dəfə 100 manat pul itirmişdiz, bütün redaksiyanı alt-üst etmişdiz. Nə oldu o pulun axırı?
- Həmin 100 manatı məvacibimdən tutdular. O pulu itirməmişdim. Cəsurla haqq-hesab edəndə səhv olmuşdu, mənə 100 manat az təhvil verilmişdi. Amma mənim boynumda qaldı. Əslində 50-50 tutulmalıydı. Lakin olub-keçdi, eybi yoxdu.
- “Futbol+”in ən yüksək maaş büdcəsi hansı döcrə təsadüf edir?
- 2004-2005-ci illərdə vəziyyət yaxşı idi. Həm də qəzet bahalı deyildi. Yaxşı satılırdı. Manatın da dəyəri var idi.
- Ölkənin bir nömrəli idman qəzetində çalışırsız. İndiyə kimi bu qəzeti oxumusuz və ya hansısa futbol oyununa baxmısız?
- Arada olur ki, oxuyuram. Amma çox maraqlı deyiləm. Futbola da nadir hallarda baxıram. Dünən (srağagün) “Qarabağ” “Atletiko” ilə heç-heçə oynadı. Xalq sevinir, sanki komandamız qələbə qazanıb.
- Redaksiyada sizlə ən çox sözü çəp gələn kimdi?
- Cəsur Məmmədov. Çünki birlikdə hesab-kitab edirik. Arada söz-söhbət olur. Amma deyir ki, xətrini çox istəyirəm.
- Burda çox kollektivlər görmüsüz. Ən yaddaqalan hansı olub?
- Sona Zeynalovanın işlədiyi dövrləri unutmaq mümkünsüzdü. Buranın açarı onda idi. Sona xanımı çox mərd və sadə insan kimi xatırlayırıq. Onun heç vaxt əsəbləşdiyini görməmişdik. Allah ona rəhmət eləsin. Amma digər uşaqlar da olub ki, yaxşı yadımızda qalıb.
- Çıxıb gedən reportyorlardan ən çox kimin yeri görünür?
- Burda İlkin Xəlilov işləyirdi. O, çox yaxşı uşaq idi. Xətrini çox isəyirəm. Səbuhi və İxtiyarı da unutmaq olmaz. Yaxşı uşaqlar çox olub. Ümumiyyətlə, mənim üçün hamı əzizdi.
- “Futbol+”ə arzularınız nədi?
- Bu qəzət daim yaşasın. Hər zaman mehriban olaq. Gəlirimiz daha bol, qələmləriniz iti olsun. Daha yaxşı yazılar yazıb, partlayış edəsiz. Necə ki “Futbol+” indi bir nömrədi, elə də davam edin. Hamınıza cansağlığı arzukayıram.
ŞƏFİ ŞƏFİYEV
<a href=http://achatcia1isgeneriquepascher.com/>cialis générique</a> vente cialis
http://achatcia1isgeneriquepascher.com/ achat cialis
acheter cialis acheter cialis

<a href=http://comprarcia1isgenericoespana.com/>precio cialis</a> cialis genérico
http://comprarcia1isgenericoespana.com/ cialis genérico
precio cialis cialis genérico

<a href=http://acheterciallisgeneriquefrance.com/>commander cialis</a> cialis pas cher
http://acheterciallisgeneriquefrance.com/ acheter cialis
achat cialis acheter cialis

<a href=http://acqusitarecia1isgenerico.com/>acquistare cialis</a> cialis
http://acqusitarecia1isgenerico.com/ acquistare cialis
costo cialis prezzo cialis

Народ кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar