17 okt 16:44futbol20

20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu

20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu
Vüqar İsmayılov: “Orda elə məlumatlar var ki, heç bir məbləğ onlara dəyməz”
20 yaş… Zarafat deyil, necə deyərlər, bir igidin ömrüdü. Bəli, “Futbol+” bir neçə gün sonra məhz əsrin beşdəikisini arxada qoyacaq. Bu illər bir göz qırpımında keçib desək, yanılmarıq. Amma müddət çox uzundu. “Futbol+”çilər zamanı illərlə yox, qəzetin sayı ilə ölçürlər. Yalnız biz yox, oxucularımız da. Bunun adı sadiqlikdi. Geridə qalan 3886 saya sadiq qalmaq da asan məsələ deyil. Lakin elə oxucular var ki, bunu bacarıblar. Əsl sadiqlik nümayiş etdiriblər. Hansı ki, ilk gündən başlayaraq qəzetimizin bütün saylarını oxuyub, indi də kolleksiya kimi saxlayırlar. Belə şəxslərdən biri də Vüqar İsmayılovdu. Qubada yaşayan, qaz idarəsində kargüzarlıq işləriylə məşğul olan Vüqar bəyin belə böyük həvəs və maraqla qəzetimizin bütün saylarını yığması hamımızı təəccübləndirdi. Öncə ona görə ki, Quba Bakı deyil ki, hər addımda köşk tapasan. Bu üzdən Vüqar bəyə tribuna vermək qərarına gəldik.
- Vüqar bəy, istərdik ilk sayımızı əldə etdiyiniz günü xatırlayasız. Necə oldu ki, həmin gün “Futbol+” aldız? Axı hansısa reklam, anons getməmişdi.
- Adi bir gün idi. Mən, ümumiyyətlə, kitaba, qəzetə meyilli adamam. Çox oxuyuram. Həmin gün də köşkə getdim. Çoxdan arzulayırdım ki, ölkədə normal futbol qəzeti olsun. Müstəqillikdən sonra normal idman qəzeti yox idi. İdman mətbuatında böyük durğunluq hökm sürürdü. SSRİ dövründə “Sovetski sport” oxuyurduq. Sonrakı 6-7 il heç nə oxuya bilmədik. Köşkə yaxınlaşan kimi satıcı oğlan dedi ki, belə bir qəzet çıxıb. Mən də aldım, baxdım. Çox xoşuma gəldi. Üstündə Anatoli Banişevskinin fotosu var idi. Yalan olmasın, həmin qəzeti hardasa 10 dəfə oxudum. Çox sevinmişdim. Yeganə üzüldüyüm o idi ki, həmin vaxt qəzet həftədə bir dəfə çıxırdı. Amma o dönəmlər keçdi. Hamısını yığmağa başladım.
- Bütün sayları bir yerdən almısız, yoxsa fərqli-fərqli yerlərdən? Ola bilər ki, hansısa işlə bağlı başqa yerə gedəsiz.
- “Futbol+”i ilk aldığım köşk hardasa 3 ilyarım işlədi. Sonra onu bağladılar. Ondan sonra başqa köşkdən almağa başladım. Hardasa 13-14 ildi həmin köşkdən alıram. Hər dəfə gedirəm, alıram. Mən getməsəm də, saxlayırlar. Bəli, təsadüflər olub ki, üç-dörd dəfə işlə bağlı Bakıya getmişəm, qəzeti ordan almışam. Mən “Futbol+”siz dayana bilmirəm. Məcbur oluram ki, alım, mütləq oxuyum.
- Harda saxlayırsız bu qədər qəzeti? Xüsusi saxlanc var, yoxsa elə otağınızda?
- Xüsusi saxlanc yoxdu. İl ərzində hardasa 200-dən çox qəzet çıxır. Onları üç yerə bölürəm. Ayrı-ayrılıqda bağlama edirəm. Bağlamaları da qutulara yığmışam və şkafa qoymuşam. Hazırda evdə təmir işləri gedir. Qəzetlərin hamısını qutulara yığıb, kənara çıxarmışam. Təmir bitəndən sonra yenidən əvvəlki yerə qaytaracam.
- O qədər qəzet yer tutur. Evdə narazılıq etmirlər?
- (gülür) Arada söz-söhbət olur. Lakin nəzərə alırlar. Bilirlər ki, mən bunun xəstəsiyəm. Bəzən deyirlər ki, bu nədi, yığmısan bura, tərpənmək olmur. Amma yola verirlər. Problem olmur. Yer çox tutsa da, saxlamalıyam. Başqa variantım yoxdu.
- Həm də bunun maliyyə tərəfi var...
- Bu o qədər problemli iş deyil. Dediyim kimi, mən qəzetsiz yaşaya bilmirəm. Ömrümün sonuna kimi belə də gedəcək. 50 qəpik, 1 manat olsa da, almalıyam. Yolun yarısında dayanan deyiləm ki.
- Sizdən bu qəzetlərdən istəyən olubmu? Məsələn, materiallardan istifadə etmək istəyən, oxumağa meyilli olan.
- Bəli, o qədər. Qubada, ümumiyyətlə, şimal zonasında idmana, xüsusilə futbola maraq çox böyükdü. Azarkeşlərimiz çoxdu. Futbol tarixi, köhnə komandalar haqda söhbət düşəndə uşaqlar alıb oxuyurlar. Bu qəzetlərdə xeyli faktlar var.
- Heç qaytarmayan olub?
- Olub, cəmi bir dəfə. 6-7 il əvvəl bir nəfər qəzeti aldı, amma qaytarmadı. Sonra bilindi ki, çayxanada itiribmiş. Mən də Mahir Rüstəmliyə zəng etdim. Sağ olsun, tapdı, göndərdi mənə. Çünki qəzetin çapından çox keçmişdi, köşdə yox idi. Saylar dağılmasın deyə, vacib idi həmin qəzet.
- 20 il ərzində “Futbol+”də ən narazı qaldığınız nədi?
- Çətin sualdı. Mən bu qəzeti sevə-sevə oxuyuram. Amma xoşuma gəlməyən məqamlar da var. Mən Rusiya futbolunun azarkeşiyəm. Həmişə onları diqqətdə saxlayıram, baxıram. Sizin qəzetdə Rusiya çempionatına yer az ayrılır. Türkiyə superliqasına isə bir səhifə, səhifəyarım yer ayrılır. İstərdim Rusiya çempionatı haqda da çox yazılsın. Nə də olmasa, qonşu ölkədi. Düzdü, son vaxtlar Elzamin Hacıyev, Tahir Mirzə rus jurnalistlərin materiallarını tərcümə edib, yazır. Amma istərdim ki, oyunların şərhi, təhlillər çox olsun. Bunlar, demək olar ki, yox səviyyəsindədi. Bundan əlavə, statistik məlumatlar azdı. Gündən-günə hər şey dəyişir. İstərdim ki, həm bizim, həm də xarici ölkələrin çempionatlarının geniş statistikaları dərc olunsun. Statistikaya ən azı həftədə bir səhifə ayrılsa, əla olar. Çox vaxt kitabların tərcümələri gedir. İndi Kriştiano Ronaldonun kitabının tərcüməsi gedir. Amma ürəkaçan deyil. Belə deyək, saqqız kimi uzanır. Tam zövqlə oxumaq olmur.
- Bəs ən çox xoşladığınız?
- Əslində çoxdu. Üslub xoşuma gəlir. Dünya və Avropa çempionatlarından əvvəlki xüsusi buraxılışlarınızı çox bəyənirəm. Orda hər bir məlumat olur. Özü də tərtibatı əladı. Üstəlik, gündəlik saytlardan bəzən arxiv materiallar gedir. Həm də bütün mövzuları sona kimi araşdırırsız.
- Bir neçə dəfə “Futbol+”in keçirdiyi müsabiqələrə qatılmısız. Hətta bir dəfə televizor udmuşduz.
- Bəli. “Neftçi” haqda müsabiqədə birinci yeri tutmuşdum. O vaxt mənə komandanın bütün forma koleksiyası hədiyyə olunmuşdu. Televizoru isə başqa müsabiqədə qazanmışdım.
- İşləyir həmin televizor?
- Onu işlətmədim. Çünki rəngli deyildi. Onu qohumuma verdim, özüm rəngli plazma aldım. Lakin bilirəm ki, hazırda da işləyir.
- Yalnız “Futbol+” alırsız, yoxsa başqa aldığınız qəzetlər də var?
- “Arqumentı i faktı” qəzetini alıram. Həftədə bir dəfə işıq üzü görür. Bir də “Zerkalo”nun qolu olan, həftədə bir dəfə çıxan “Nedelya” qəzetini alıram. Bunlar ictimai-siyasi proseslərdən xəbər tutmağım üçün vacibdi. Əvvəllər bizdə futbol jurnalları çıxırdı. Amma indi yoxdu, ala bilmirik. Necə deyərlər, bazarda kasıbçılıqdı. Hazırda meydanda tək “Futbol+” qalıb.
- Gələcəkdə bu qəzetləri nə edəcəksiz?
- Heç bilmirəm (gülür)... Hələlik mənim yolumu gedən yoxdu. Mən də yığmaqda davam edirəm.
- Hərraca çıxarmaq fikriniz yoxdu?
- Yox. Nə verəcəklər ki ordan mənə?
- İndi bu müsahibəni oxuyandan sonra biri çıxıb desə ki, “15 min manat verirəm, qəzetləri ver mənə”. Qərarınız nə olacaq?
- Bu, mümkün deyil. Bilirsiz necədi, orda elə məlumatlar var ki, heç bir məbləğ onlara dəyməz. İstəyirəm həmin materialları elektron formada da saxlayım. Lakin vaxtım olmur. İmkan tapan kimi edəcəm.
- Futbolla maraqlanan, həvəsi olan övladınız varmı?
- Oğlum və qızım var. Oğlum arabir mənimlə futbola baxır. Lakin o qədər də marağı yoxdu. Məndə olan həvəs onda yoxdu.
- 20 il qəzet alıb-yığmaq sadiqliyin göstəricisidi. Həyatda da belə sadiq insansız?
- Özümü tərifləmək kimi çıxmasın. Amma dostluğa, qardaşlığa sadiq insanam. Tanıyanlar xasiyyətimi bilirlər. Hamı ilə yola gedirəm, hər kəs də mənə hörmət edir.
- Hansı komandanın azarkeşisiz?
- Mən gözümü açandan “Neftçi” azarkeşiyəm. Bu komandanın bütün oyunlarına baxıram. Lakin indi o qədər də güclü deyil. Məcburuq ki, “Qarabağ”a da azarkeşlik edək. Çünki ölkəmizi Çempionlar Liqasında təmsil edir. Dünyada isə Moksva “Lokomotiv”inin azarkeşiyəm. Onlara böyük simpatiyam var. Bu kluba 20 ildi fanatlıq edirəm. Vaxtilə Moskvada yaşamışam, düz “Lokomotiv”in stadionunun yaxınlığında qalırdım, oyunlarına gedirdim. Hətta futbolçularla da tanışlığım var idi. Düzdü, o vaxt Moskvada hamı “Spartak”a azarkeşlik edirdi. Ona görə ki, “Lokomotiv” o qədər güclü klub deyildi və medallara idda etmirdi. Lakin bu heç nə dəyişmədi.
- Sonda “Futbol+”lə bağlı arzularınızı eşitmək istərdik.
- Ən birinci cansağlığı. O olmayanda heç nə etmək mümkün deyil. İşinizə gəlincə, “qələminiz iti olsun” deyirəm. Tutduğunuz yoldan dönməyin. Tənqidi, ədalətli yazılarınız bol olsun. Siz onsuz da heç kimdən çəkinmirsiz. Baxmayaraq ki, ölkədə vəziyyət o qədər də yaxşı deyil. Necə var, elə də yazırsız. Buna görə sizi alqışlayıram.
ŞƏFİ ŞƏFİYEV
20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu
kamagra jelly india for sell
kamagra store
kamagra soft chewable tablets 100 mg
<a href="http://lkkkopzql.com/">kamagra forum doctissimo</a>
kamagra 100mg chewables

kamagra 100mg tabletta
india kamagra 100mg chewable tablets
kamagra oral jelly cvs
<a href="http://lkkkopwql.com/">kamagra kaufen in deutschland</a>
kamagra 100mg tablets for sale in used cars

kamagra bestellen
kamagra oral jelly review
kamagra
<a href="http://lkkkoqaql.com/">kamagra oral jelly made in india</a>
india kamagra 100mg chewable tablets

kamagra 100mg tablets usa
buy kamagra 100mg
kamagra 100mg tablets for sale in used cars
<a href="http://lkkkspwql.com/">kamagra 100 chewable review</a>
kamagra oral jelly how to use video

kamagra gold 100mg rendeles
kamagra 100 mg
kamagra oral jelly amazon nederland tx
<a href="http://lkbkspwql.com/">kamagra oral jelly usa next day shipping uk</a>
kamagra oral jelly 100mg factory discount prices

best price on 20 mg cialis brandon
generic cialis
maximum daily dose of cialis
<a href="http://cialisgrudj.com/">cialis generic</a>
cialis prices in canada
http://cialisgrudj.com/
uses for cialis 10mg

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar