12 okt 17:44futbol20

Veteranlar jurnalistlərə güzəşt etmədi

Veteranlar jurnalistlərə güzəşt etmədi
Srağagün futbol ictimaiyyətinin daha çox “Neftçi”nin köhnə bazası” kimi tanıdığı məkanda “Futbol+” ilə futbol veteranları arasında yoldaşlıq matçı keçirildi. Qəzetimizin 20 illik yubileyinə həsr olunan görüşdə rəqib komandanın heyətində birvaxtlar yaşıl meydanlarda sərgilədikləri oyunla minlərlə azarkeşin sevgisini qazanmış Musa Qurbanov, Ramiz Məmmədov, Əli Abışov, Hüseyn Məhəmmədov, İlqar Hüseynov, Elxan Abdullayev, Azər Bağırov kimi tanınmış isimlər yer almışdı. Hər biri 25 dəqiqə davam edən iki hissə çox maraqlı və gərgin mübarizə şəraitində keçdi.
İlk dəqiqələrdə veretanlar komandamızı ciddiyə almadığından çox keçmədən bunun cəzasını çəkdilər. Artıq 3-cü dəqiqədə 8 qat ölkə çempionu Hüseyn Məhəmmədov topu tordan çıxarmalı oldu. Musa Qurbanovun kapitanı olduğu kollektiv buraxılan qolun şokundan ayılmamış ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. 7-ci dəqiqə vurulan ikinci qol artıq “arı yuvasına çöp uzatmağa” bənzədi. Məhz bu qoldan sonra meydanda veteranların şousu başladı. Ramiz Məmmədov komanda yoldaşlarını necə həvəsləndirdisə, onlar sanki “Futbol+” ilə yox, hansısa ölkənin millisi ilə oynayırdılar. Bir-birindən sürətli hücumlar, çoxgedişli kombinasiyalar göz oxşayırdı. Həmişəcavan Əli Abışovun, Elxan Abdullayevin meydanda necə böyük əzmlə mübarizə apardığını görməyə dəyərdi. Hüseyn isə qapıda keçilməz idi. Məhəmmədov sanki hansısa yeni klubda baxışdan keçirdi və müqavilə bağlamaq üçün özünü ən yaxşı tərəfdən göstərməliydi. Musa bəy həmişə olduğu kimi sakit tərzdə, ancaq məsuliyyətlə işini görür, komanda yoldaşlarının ötürmələrini dəqiq tamamlamaqla Tahir Mirzəni topu tordan çıxarmağa məcbur edirdi. Çox keçmədən veteranlar 3 qol vurmaqla hesabda önə çıxmağı bacardılar. İlk hissənin sonlarına az qalmış “status-kvo”nu bərpa etməyə nail olsaq da, heç-heçəni qorumaq mümkün olmadı və ilk yarı veteranların 5:3 hesablı qələbəsi ilə başa çatdı.
5 dəqiqəlik fasilədə oyunu izləyən Əsgər Abdullayev bir məşqçi kimi “Futbol+”ə məsləhət verməyi də unutmadı. Təcrübəli mütəxəssis rəqibdən çəkinməməyi, sadə futbol oynamalı olduğumuzu bildirdi: “Ustalıqda onsuz da veteranlardan geri qalırsız. Amma əzmkarlıq, istək sayəsində nəsə edə bilərsiz”. Fasilədə onu da düşünürdük ki, Qurbanovun kapitan olduğu komandada yaşlı oyunçular yer aldığından ikinci hissədə fiziki cəhətdən çatdırmazlar, tempi aşağı salarlar. Ancaq necə deyərlər, sən saydığını say, gör bizim indiki, min cavan futbolçuya dəyən veteranlarımız nə sayır... Onlar ikinci 25 dəqiqəyə elə sürətlə başladılar ki, Fariz Əliyevin sözü olmasın, başımız fırlanırdı. Artıq qollar ard-arda gəlirdi. Hələ bir neçə dəfə Ramiz Məmmədov “Futbol+”ə hörmət əlaməti olaraq, real qol şanslarından yararlanmadı. Onun kimi müdafiədə yer alan Abdullayev də hesabın bərabərləşməsi üçün arxada boşluqlar yaratsa da, Məhəmmədov topun qapıya girməsinə imkan vermirdi. “Qusi, bu qədər də olmaz” atmacamıza isə cavabı belə oldu: “Mən əvvəlcədən oyunun heç-heçə bitməsini istəyirdim. Adətən, belə qarşılaşmalarda udan-uduzan tərəf olmur. Ancaq Mahir Rüstəmli təmiz oyun oynamağımızı istədi. Buna görə də mən işimi məsuliyyətlə yerinə yetirdim”.
Veteranların üstünlüyü hesabda da əksini tapdı. Oyun 9:6 hesabı ilə onların xeyrinə başa çatdı.
Oyundan sonra “Futbol+”in kollektivi ilə veteranlar çay masası arxasında bir araya gəldi. Qurbanovla Məmmədov futbolumuzun bugünkü durumu barədə fikilər səsləndirdi və çatışmazlıqlar haqda söhbət açdılar. Elxan bəy isə bir daha nə qədər savadlı, geniş dünyagörüşünə sahib olduğunu nümayiş etdirdi. Abdullayevin tarixdən, dindən, ədəbiyyatdan və incəsənətdən danışması hamının, xüsusilə Tahir Mirzənin böyük marağına səbəb oldu. Tahirin hərdən harda olduğunu unudub sanki Abdullayevdən müsahibə götürürmüş kimi sualları dayanmadan yağdırması, Elxan bəyin də nəzakətlə bildiyi qədər həmin suallara cavab verməsi çox maraqlı mənzərə idi. Şən zarafatları məclisə rəng qatan Məhəmmədov futbol oynadığı dönəmlərdə başına gələnləri danışır, “Futbol+”də onunla bağlı gedən yazılara toxunurdu. Danışmaqdan çox dinləməyi xoşlayan Abışov isə məclisdəkilərin başının söhbətə qarışdığını görüb dadlı mürəbbələrdən dadmaqla çayını içirdi. Arada 49 yaşında MFL-dən “lipa” damğası ilə kənarlaşdırıldığını söyləyib, Həvəskarlar Liqasında oynamaq fikrində olduğunu bildirdi.
Sonda bu matçın təşkilində xüsusi rolu olan Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayevə təşəkkür etmək istəyirik. Daim veteranların problemləri ilə maraqlanan, onlara dəstək olan Abdullayevə jurnalsitlərin dostu da demək olar. Onun rəhbəri olduğu qurumun qapıları həmişə media nümayəndələrinin üzünə açıqdı. Kim futbol oynamaq istəyirsə və meydan problemi ilə üzləşirsə, çəkinmədən Veteranlar İttifaqının rəhbərinə müraciət edir. Oqtay bəy hamını gülərüzlə qarşılayıb, lazımi köməyi göstərməyi sevən, məmurlaşmayan azsaylı futbol adamlarından biridi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar