12 apr 12:36futbol20

Tək deyilik, yanımızdadılar...

Tək deyilik, yanımızdadılar...
"Mövqe"yini qoy kənara, mövqeyini qoy ortaya, Vüqar Səfərli!”
Son üç ayda KİVDF-nin qəzetimizə göstərdiyi yad münasibətdən dəfələrlə bəhs etsək də, qurumun başında duranlar qərarlarını dəyişmədilər. Təbii, haqsızlıq qarşısında susa bilməzdik. Çərşənbə axşamına qədər lazım olan ilkin addımların hər biri atılmışdı. KİVDF-nin Müşahidə Şurasına, daha sonra ölkə başçısı İlham Əliyevə müraciət, etirazla bağlı mətbuat konfransı – bunların hər birindən zaman-zaman xəbər tutmusuz.
Təəssüf ki, “yuxarılar”dan səsimizə səs verən olmadı. Belə məqamda yeganə çıxış yolumuz və ümid yerimiz durumu cənab Prezidentə çatdırmaq idi ki, srağagün ilk addımlarımızı atdıq. Təfərrüatla başqa yazıda tanış ola bilərsiz.
Sevindici hal çətin vəziyyətdə oxucularımızı, dostlarımızı, “Futbol+”ə göstərilən haqsız münasibəti lənətləyənləri yanımızda görmək idi. Hadisə yerindən çəkiliş edən, reportaj hazırlayan həmkarlarımız sağ olsunlar. Lakin iştirak etməyənlər də olmuşdu ki, onlar dəstəklərini başqa formada – aksiyanı işıqlandırmaqla göstərmiş oldular. Bu mənada komanda.az, futbolinfo.az, rekord.az, fanat.az, sportnet.az, sportinfo.az, idmanxeber.az, korner.az, futbolpress.az, azeripress.az (adlarını unutduqlarımız varsa, üzr istəyirik – H.) saytında çalışan həmkarlarımıza təşəkkür edirik. Bir neçə sadiq oxucumuz isə dəstəyini şəxsi “feysbuk” səhifəsində “Futbol+”lə çəkdirdiyi şəkli paylaşmaqla nümayiş etdirdi.
Təbii, aralarında barmaqlarına və gözlərinə əziyyət verməyi özünə borc bilən, içindəki hissləri “feysbuk”da status yazmaqla ortaya qoyanlar da tapıldı ki, onlara da xüsusi minnətdarlığımızı bildirməliyik. Və bir daha əmin olduq ki, “Futbol+” kollektivi tək deyil. Bizi sevən, yaşamağımızı istəyən, pis və yaxşı günlərimizdə yanımızda olan oxucularımız, dostlarımız var.
Tahir Süleymanov, “Neftçi”nin sabiq vitse-prezidenti: “Futbol+” qəzeti 20 ildən çoxdu Azərbaycan futbolundadı. Bu illər ərzındə futbol ictimaiyyətinin, oxucuların rəğbətini qazanıb. Azərbaycanda qəzetçiliyin tənəzzülə uğramasını çox vaxt elektron KİV-lə əlaqələndirirlər. Müəyyən təsiri olsa da, yanaşma fərqli olmalıdı. Belə olsaydı, inkişaf etmiş Avropada və digər ölkələrdə qəzetçilik məhv olardı. Əksinə, yaşayırlar, tirajları, nüfuzları da yerindədi. Belə ölkələrdə qəzetçilik artıq demokratiya, mədəniyyət simvoluna çevrilib. 90-cı illərin çətin iqtisadi-siyasi dönəmlərində 100 minlərlə, milyonlarla tirajı olan qəzetlərimiz olub. İndi 3-5 minə sevinilir...
Çox vaxt satışın olmamasından şikayət edilir. Dərin təhlillər aparılmır, günah ancaq kollektivdə görülür. Futbolda da belədi. Gecə-gündüz "klublar pul qazanmalı, özlərini dolandırmalıdılar" deyilir. Necə? TV müqavilələri yox, sponsor müqavilələri yox, reklam bazarı yox, azarkeş yox, bilet satışı yox... Qeyd olunanlar dünya futbol industriyasının ana xəttidi. Azərbaycanda bunların 10 faizini həyata keçirmək üçün şərait yoxdu, mümkün deyil. Yeganə gəlir mənbəyi UEFA-dan qazanılacaq böyük vəsaitlərdi ki, bunu da tək-tək klublar edə bilir. Paralellər aparsaq, qəzetçilikdə olan durum da oxşar vəziyyətdədi. Ölkədə dotasiyasız heç bir klub, qəzet və ya futbola aid başqa qurum yaşaya bilməz. Yalnız müəyyən faiz öz xərclərini ödəyə bilərlər. Mövcud şəraitdə “Futbol+” qəzetinin indiki mövqedən çıxış etməsi başadüşüləndi. Qəzetin çıxılmaz vəziyyətə düşməsi, salınması, kollektivin bacarıqsızlığı deyil, ümumi durumun, haqsızlıqların nəticəsidi. Futbolda baş verən özbaşınalıqlar, dağılan, dağıdılan klublar kimi...
Tək əldən səs çıxmaz. Birlik olmadan, dəstək verilmədən bir-bir hamı sıradan çıxacaq, çıxardılacaq. Ancaq müvəqqəti ayaqda durmaq mümkündü. Bu gün futbolda da, ümumi futbol-idman mətbuatında da durum eynidi. Dünən bir başqası, bu gün “Futbol+”, sabah digərini də bu aqibət gözləyir. "Məndən-bizdən keçdi, ötdü" prinsipi, təfəkkürü, düşüncəsi nə vaxta kimi öz dərin köklərini salıb, belə də davam edəcək. Xilas yolu birlikdədi. "Baş üstələr”ə tribuna verməklə "baş"lar yerində qalır, sonda əziyyət çəkən əsl başlar, düşünən yaradıcı beyinlər olur.
Qəzetçilik bir mədəniyyətdi. “Futbol+”i, futbolu, mədəniyyətimizi qoruyaq, dəstək olaq!”
Emin Səfərov, yenicag.az saytının əməkdaşı: “Adım kimi əminəm ki, ölkə Prezidentinin bu məsələdən xəbəri yoxdu. Aidiyyatı qurumlar ciddi mətbuata önəm versəydilər, "Futbol+"in üzləşdiyi problem çoxdan öz həllini tapmışdı. Artıq məsələ daha da qəlizləşir. Qəzetin əməkdaşları, həmkarlarım etiraz aksiyasına başlayıblar. Amma Vüqar Səfərlinin nəyinə lazım? Onun üçün daha vacib sahibi olduğu, heç kimə lazım olmayan, təsir qüvvəsindən məhrum olan və nəhayət, dövlət tərəfindən 20 min manat ayrılan "Mövqe" qəzetidi. Əslində bu mənzərəni görmək mənim üçün çox ağırdı. Baxmayaraq ki, ora ilə heç bir əməkdaşlığım olmayıb. Bu qəzetdən Vüsal Mahmudov, İlkin Xəlilov, Səbuhi Səfiyarlı, Vaqif Heydərli, Ceyhun Əliyev, Mehman Süleymanov və başqa sənətkarlar çıxıb. Hazırda da mətbutda və digər sahələrdə işləməklə ölkə idmanına fayda verirlər. Bəs bu mənasız qərarı çıxaran, "Futbol+"i çətin durumla üz-üzə qoyanların Azərbaycana hansı faydaları dəyib? Vüqar Səfərlinin hər il, hər ay, hər gün, hər saat öz adamlarını müsabiqələrdə qalib etməkdən başqa işinin adı nədi? "Mövqe"yini qoy kənara, mövqeyini qoy ortaya, Vüqar Səfərli!”
Səbuhi Səfiyarlı, “Qəbələ”nin baş meneceri: “Ümid edirəm ki, aclıq aksiyasına ehtiyac qalmayacaq. Onsuz da illərdi bu insanlar qəzeti “bir qarnı ac, bir qarnı tox”, fədakarlıq hesabına yaşadırlar... Yenə də əlimizdən gələn köməyi göstərərək yaşamağa ən çox haqqı olanın haqqını verək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar