Həftəsonu əvəzedici komandaların çempionatında 25-ci turun üç oyunu keçirilib. Şənbə günü baş tutan açılış matçında “Zirə” son çempion “Qarabağ” üzərində inamlı qələbə qazanıb. Hər hissədə bir qol vuran qəsəbə təmsilçisi bu qələbə sayəsində 3-cü pillədə mövqeyini möhkəmləndirib. Dünən keçirilən bir oyunda da 2:0 hesabı qeydə alınıb. “Neftçi” “Keşlə”ni Qədir Bayramovun dublu sayəsində üstələyib. Beləliklə, “Keşlə” “Qarabağ”ı keçmək şansını qaçırıb. Ötən tur liderliyi “Səbail”ə təhvil verən “Qəbələ” isə yenə xal itirib. “Qırmızı-qaralar” aşkar autsayder “Kəpəz”in müqavimətini qıra bilməyib. Bununla belə, 1 xal Emin İmaməliyevin komandasının zirvəyə yüksəlməsinə şərait yaradıb.
Əvəzedicilərin çempionatı
4-cü dövrə, 25-ci tur
28 aprel
Zirə - Qarabağ 2:0
Müşfiq İlyasov, 18. Milad Bayramov, 53.
29 aprel
Qəbələ - Kəpəz 0:0
Keşlə - Neftçi 0:2
Qədir Bayramov, 65; 78.
Tura bu gün yekun vurulacaq:
30 aprel
Sumqayıt – Səbail
Hakimlər: QORXMAZ ELDAROV, Səbuhi Soltanov, Səbuhi Əmrahov, İslam Məmmədov.
Hakim-inspektor: İrina İsgəndərova.
Sumqayıt. Kapital Bank Arena. Saat 16.00
1. Qəbələ 25 14 4 7 62-26 46
2. Səbail 24 14 3 7 40-30 45
3. Zirə 25 11 6 8 32-30 39
4. Qarabağ 25 10 5 10 32-37 35
5. Keşlə 25 7 13 5 33-31 34
6. Sumqayıt 24 8 5 11 29-43 29
7. Neftçi 25 7 6 12 19-29 27
8. Kəpəz 25 2 10 13 12-33 16
Bombardir: Ülvi İsgəndərov (Sumqayıt) – 16.