14 fev 15:30evezediciler, manset

Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı

Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı
“Bizə verilən sertifikatın da müddəti başa çatıb”

Fasilədən sonra “Sumqayıt”ın əsas komandası məğlubiyyət acısı dadmasa da, təəssüf ki, eyni sözləri əvəzedici heyət haqda söyləmək qeyri-mümkündü. 2015/16 mövsümündə Rövşən Babayevin rəhbərliyi altında “kimyaçılar”ın ikinci komandası çempionatı “bürünc”lə başa vurmuşdusa, yayda baş məşqçi postuna gətirilən Mübariz Orucov uğurun davamını gətirə bilmədi və bu üzdən qış fasiləsində rəhbərlik onu Elbrus Məmmədovla əvəzləməyə qərar verdi. Ancaq qış fasiləsindən sonra komandanın 4 oyunda meydanı başıaşağı tərk etməsindən belə qənaətə gəlmək mümkündü ki, ümumiyyətlə, əvəzedicilərdə seleksiya işi düzgün qurulmayıb.
Məsələ ilə bağlı “gənclik şəhəri”nin təmsilçisinin ikinci komandasının baş məşqçisi Elbrus Məmmədovla danışmaq istrəsək də, onunla əlaqə saxlamaq mümkün olmadı. Səbəb isə onun və “Neftçi”də çalışan Samir Əliyevin PRO kateqoriyası əldə etmək üçün Ukraynada təşkil olunan kurlslara qatılması və son imtahanı verməsidi. Əldə etdiyimiz məlumata görə, hər ikisi istəyinə nail olub, adlarını PRO kateqoriyalı mütəxəssislər sırasına yazdırmağı bacarıblar. Elbrus bəyin yoxluğunda köməkçisi, qış fasiləsinə qədər komandaya rəhbərlik edən və eyni zamanda U-16 yığmasında baş məşqçinin köməkçisi funksiyasını daşıyan Mübariz Orucovla danışmaq istədik. Lakin Mübariz bəy baş məşqçinin geri qayıtmasını gözləməyimizi, bütün sualları ona ünvanlanmağımızı məsləhət gördü. Orucov özündə cəsarət tapıb sulları cavablamayınca, üz tutduq “ağ-göylər”in prezidenti Kamran Quliyevə. Məhz klub rəhbəriylə söhbətdə “Sumqayıt”ın ehtiyat qüvvəsinin hansı səbəbdən belə zəif təsir bağışladığını aydınlaşdırmağa çalışdıq.

- Hər dəfə sizi “Sumqayıt”ın əsas komandasının çıxışına görə narahat edirdik. Bu dəfə isə əvəzedici heyətin nəticələrinə görə sizinlə danışmaq istəyirik. Bu gün (dünən) əvəzedicilər “Neftçi”yə 0:6 hesıbıyla məğlub oldu. Ehtiyat qüvvənin belə zəif oyunu sizi narahat etmir?
- Açığı, əvəzedicilərin “Neftçi”yə böyük hesabla uduzacağını gözləmirdik. Xatırlayırsızsa, əvəzedicilər çempionata Rövşən Babayevin rəhbərliyi altında hazırlaşdı. Lakin müəyyən səbəblərdən onunla yolları ayırdıq və komanda Mübariz Orucova tapşırıldı. O yığmada işlədiyindən bəzən komandadan ayrılırdı. Bunları nəzərə alıb qış fasiləsində “sükan”ı təcrübəli Elbrus Məmmədova tapşırdıq. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu gün əvəzedici heyətin 90 faizi sumqayıtlı gənclərdən, akademiyamızın yetirmələrindən qurulub. Şablon da olsa, deməliyəm ki, onlara yeni məşqçinin rəhbərliyi altında özlərini göstərmək üçün müəyyən zaman lazımdı. Artıq PRO kateqoriyası alan Elbrus müəllim qayıdıb gələndən sonra görüşüb söhbət edəcəyik. Böyük ehtimalla, cari mövsümün sonuna kimi əvəzedicilərdə top qovan futbolçulara müəyyən şans verəcəyik ki, bacarıqlarını ortaya qoysunlar. Yayda isə məşqçilər korpusu və futbolçular ilə ciddi söhbətimiz olacaq. Bu məsələdə yeganə müsbət məqam ondan ibarətdi ki, ikinci komandamızda akademyanın 2000/01 doğumlu yetirmələri çıxış edir. İnanmaq istərdik ki, onlar sabah daha yüksək səviyyəyə qalxa biləcəklər. Məncə, nəticələr ürəkaçan olmasa da, biz düzgün yoldayıq.
- “Kəpəz”lə matçda komanda ilk hissədən sonra rəqib qapısından 3 cavabsız top keçirsə də, sonda 3:4 hesabıyla məğlub oldu...
- Bu günə kimi başa düşə bilmirəm ki, həmin gün nə baş verdi. Bu faciədi. Əvəzedici heyətin əsas məqsədi əsas komandaya futbolçu yetişdirməkdi. Amma 3:0 öndə olduğun qarşılaşmada sonradan məğlub olmaq... Dünya futbol tarixində belə hallar 10-15 ildən bir yaşanır.
- Bu gün AFFA-nın bayrağı altında keçirilən çempionatda iştirak edən “Sumqayıt” Futbol Akademiyasının komandalarının da nəticələri ürəkaçan deyil. Sizə elə gəlmir ki, aşağı yaş qruplarında işlər düzgün qurulmayıb?
- U-16 komandamız ilk “5-lik”dədi. Həmin kollektivdən 5 nəfər də yığmaya cəlb olunub. Müyyən yaş qrupları var ki, tək bizdə yox, ümumilikdə respublikada çox zəifdi. Yenə deyirəm, aşağı yaş qruplarının əsas məqsədi əsas komandaya futbolçu yetişdirməkdi. Mən aşağı yaş qruplarımızın A komandaya layiqli futbolçu yetişdirməsinə daha çox sevinərəm, nəinki öz yaş qruplarında keçiririlən çempionatda yer tutmasına. Bir sözlə, mənə kadr lazımdı, nəticə yox.
- Bəs aşağı yaş qruplarına ayılan maliyyə? Nəticə olmayacaqsa, bu pullar nəyə sərf olunur? Aşağı yaş qruplarında çalışan məşqçilərə niyə bu qədər maaş verirsiz?
- Biz kənara yox, gələcək üçün yatırım edirik. Bəzən elə olur ki, yeniyetmə 16, 17, 19 yaşda yox, sonradan özünü göstərə, potensialını ortaya qoya bilir. Futbolda belə olur və bu üzdən aşağı yaş qruplarına yatırım olmalıdı. Bundan başqa, ötən yay və bu qış biz akademiyaya təcrübəli mütəxəssislər dəvət etmişik. PRO kateqoriyalı Elbrus Məmmədov əvəzedici heyətə baş məşqçi təyin olunub, Baba Əsgərov U-16-nın “sükanı arxasına” gətirlib. Təcrübəli Sabir Əliyev akademiyanın əlaqələndiricisidi. Bütün bunlar gələcək üçün atılmış addımlardı. Ümid edirəm ki, gördüyümüz işlər yaxın vaxtlarda bəhrə verəcək. Uca zirvələri fəth etmək üçün isə bizə daha çox maliyyə və daha yaxşı şərait lazımdı. Bilirsiz ki, şərait baxımından öndə gedən klublardan deyilik. Bütün bu çatışmazlıqlara baxmayaraq, əvəzedicilərin vəziyyəti məni çox narahat edir. Onların zəif nəticələrinin səbəbini aydınlaşdırmağa çalışacağıq.
- Son vaxtlar süni örtüklə bağlı çox müzakirə gedir. “Kapital Bank Arena”nın da sintetik örtüyə malik olduğunu nəzərə alsaq, bu problem sizi də narahat etməyə bilməz. “Kapital Bank Arena”nın süni örtüyünə verilən sertifikatın müddəti nə vaxt başa çatir?
(müsahibə tam halda qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar