17 may 22:52evezediciler

Elman Sultanov Samir Əliyevə təşəkkür etdi

Elman Sultanov Samir Əliyevə təşəkkür etdi
“Düşünürdülər ki, kimdi e, “Səbail”di də, udacağıq”
Elman Sultanov adı stajlı futbolsevərlərə yaxşı tanışdı. Vaxtilə “Bakılı” premyer-liqada çıxış edəndə sarışın, ucaboy müdafiəçi ən fəallardan sayılırdı. Sonradan başqaları kimi o da məşqçiliyə başlasa da, səsi gəlmirdi. Lakin son iki mövsümdə diqqətləri üzərinə çəkməyi bacarıb. Ötən birincilikdə aşağı dəstədə “Səbail”in “sükanı arxasında” olan Sultanov “dənizçilər”i çempion edə bilməsə də, komandası premyer-liqaya vəsiqə qazandı. Cari mövsümdə isə “Səbail”in əvəzedicilərinə qızıl medal qazandırdı. Həm də sona 1 tur qalmış. Üstəlik, “Qəbələ” kimi favorit göstərilən rəqibini qabaqlamaqla.
Bunları nəzərə alıb, Elman bəylə danışmaq qərarına gəldik. Çempion məşqçiyə təcrübəli futbolçuların xidmətindən yararlanıb rəqiblərini qabaqlamaq faktını inkar etməməsinə görə xüsusi təşəkkür düşür.
- Ardıcıl iki mövsümdü adınızdan söz etdirirsiz. “Səbail”in əsas komandasını elitaya yüksəltdiz, bu dəfə əvəzediciləri çempion etdiz. Nə baş verir?
- Mən burda şişirdiləcək bir şey görmürəm. Məşqçiyiksə, üzərimizə düşən iş vəzifəmizi layiqincə yerinə yetirib, nəticə qazanmaqdı. Qarşıma qoyduğum hədəf mükafatçı yerlər olur. Nə dərəcədə alınır, buna artıq siz qiymət verirsiz.
- Çempionluq necə əldə olundu? Xüsusi sirri var?
- Heç bir sirri yoxdu, hər şey göz qabağındadı. Gecəmizi gündüzümüzə qatıb işlədik, əziyyət çəkdik, arxayınlaşmadıq, yaxud ruhdan düşmədik. Fürsətdən istifadə edib əsas komandanın baş məşqçisi Samir Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Əliyev komandasında əsas heyətə düşməkdə çətinlik çəkən futbolçuların əvəzedicilərdə oynamasına şərait yaratdı. Həmin futbolçuların da bizə çox köməyi dəydi. Burda əsas məsələ əsas komanda ilə əvəzedicilərin əlaqəli işləməsiydi.
- Asif Mirili, Orxan Qurbanlı, Pərviz Qaraxanov, Nurlan Novruzov, Aqşin Qurbanlı, Ayron Stati – bu futbolçular əsas komandanın üzvləri sayılsalar da, mövsümboyu əvəzedicilərə çox köməyi dəyib. Sizə elə gəlmir ki, onlar olmasaydı, çempionluq əlçatmaz görünərdi?
- Gördüz ki, mən özüm də bu faktı gizlətmədim. Bəli, adını çəkdiklərinizin hər birinin bizə köməyi dəyib. Biz onları çempion olmaq üçün yox, əsas komandanın inkişafı üçün oynadırdıq. Məsələn, Murtuz Abakarov müəyyən müddət əvəzedicilərdə çıxış etdi, özünü yaxşı tərəfdən göstərdi. Sonra Samir Əliyev Murtuzu əsas komandaya cəlb etdi və o da “Keşlə” ilə oyunda fərqləndi. Aqşin Qurbanlını götürək. O da mövsümboyu adından söz etdirən futbolçulardan idi. Çempionatın sonlarına yaxın əsas komandanın əsas heyətində yer aldı. Qol vurdu, məhsuldar ötürmə verdi. Bütün bunlar birgə işimizin nəticəsiydi. Onlar daim ehtiyatda qalsaydı, əvəzedicilərdə oynamasaydılar, formadan düşərdilər.
- Maraqlıdı, mövsümün əvvəlində klub rəhbərliyi qarşınıza hansısa hədəf qoymuşdu?
- Xeyr, heç bir hədəf yox idi. Hədəf o idi ki, debüt ilində gənclərin yetişməsinə, əsas komandaya yüksəlməsinə yardımçı olaq. Yəni qarşıma hansısa tələb, şərt qoyulmamışdı. Hədəfi özüm öz qarşıma qoymuşdum. Rəhbərlik də sağ olsun, heç bir təzyiq göstərmədən, sona qədər bizə dəstək oldular, hər cür şərait yaratdılar.
- “Qəbələ”nin əvəzediciləri illərdi çempionatda “at oynadır”. Əsas rəqibinizi qabaqlamağınızda həlledici rolu nə oynadı?
- Əlbəttə, nisbətən təcrübəli futbolçuların bizimlə olmasının da rolu var idi. Amma əsas səbəbi bilmək istəyirsizsə, bu, istək və əzmkarlıq idi. Futbolda istək deyilən anlayış var ki, bəzən başqa keyfiyyətləri üstələyir. “Səbail” premyer-liqada debüt edirdi deyə əvəzedici komanda yeni yaradılmışdı. Və bu məqam rəqiblərimizi rahatlaşdırırdı. Düşünürdülər ki, kimdi e, “Səbail”di də, udacağıq. Biz də onların bu fikirdə olmasından maksimum yararlanmağa çalışırdıq. Birinci dövrədə “Qəbələ”yə 0:3 hesabıyla uduzmuşduq. Lakin bu məğlubiyyət bizi ruhdan salmadı, əksinə, nəticə çıxardıq, səhvlərimizi gördük. Ona görə də sonrakı 3 oyunda “Qəbələ”ni iki dəfə udub, bir dəfə heç-heçə oynadıq. Hiss edirdim ki, uşaqlar özlərini sübut etmək istəyir.
- Bu il əvəzedicilərin çempionatında çempion olmuş futbolçulardan hansılarısa növbəti mövsümdə əsas komandada görə biləcəyik? Gəncləri, adı çoxlarına məlum olmayanları deyirəm.
- Mənim üçün bacarıqlı futbolçular var. Amma bu işdə əsas söz sahibi Samir Əliyevdi. Onun gələcək üçün nə düşündüyünü bilmirəm. Çünki hələ cari mövsüm başa çatmayıb. Məsələn, bir futbolçu vardı, Samir müəllim onu izləyirdi. Sonra həmin oyunçu zədələnib sıradan çıxdı.
- Kim idi?
- Ad açıqlamaq istəmirəm. Sizə söz deyim. Əsas komanda ilə əvəzedicilər arasında yerlə göy qədər fərq var. Əvəzedicilərin çempionatında çempion olmaq o demək deyil ki, asanlıqla əsas komandada oynaya bilərsən.
- “Səbail”də qalırsız?
- Açığı, məndən asılı olan iş deyil. Qərarı klub rəhbərliyi verəcək. Qalmağımı istəsələr, böyük məmnuniyyətlə razılaşaram. İşimi davam etdirsəm, daha gənc kollektiv formalaşdırmaq niyyətim var.
- Birinci diviziondan təklif almamısız?
- Yalan danışmağı xoşlamıram. Düzü, elə bir təklif olmayıb. Nə özüm zəng eləmişəm, nə də mənə zəng edən olub.
- Klub rəhbərliyi çempionluq münasibəti ilə komanda üzvlərinə pul mükafatı verib, ya da verəcək?
- Sonuncu turda “Keşlə” ilə oynayacağıq. Deyilənə görə, oyunu “CBC Sport” canlı yayınlayacaq. Matçdan sonra mükafatlandırma mərasimi baş tutacaq. Məncə, həmin mərasimdən sonra rəhbərlik komanda üzvləri üçün ziyafət təşkil edəcək. Çox güman, dediyiniz məsələyə orda aydınlıq gələcək.
- Sonuncu oyun demişkən, “Keşlə”yə qarşı “diri” heyət buraxacaqsız, yoxsa nisbətən gənclərə şans verməyi düşünürsüz?
- Mütləq və mütləq “diri” heyət olacaq. Uduzmağı sevmirəm, ancaq qələbə haqda düşünürəm. Bəzi futbolçularımız vərəqə cəzalısı və zədəlidi. Onlardan başqa hamı oynayacaq.
- U-20 Bakıda üç yoldaşlıq görüşü keçirəcək. Gənclərlə çalışan mütəxəssis kimi həmin oyunları canlı izləyəcəksiz?
- İmkan olsa, mütləq gedib baxacam. Bu bizim işimizdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur 7-11-2018, 22:31 Turun statistikası 7-11-2018, 22:29 Turun məşqçisi 7-11-2018, 22:27 Turdan məqamlar 7-11-2018, 22:24 Turun oyunçusu 7-11-2018, 22:23 Turun sitatı 7-11-2018, 22:21 Ardıcıl ikinci məhsuldarlıq rekordu 7-11-2018, 22:19 Emin Mahmudov ürəyini “Sport-Ekspress”ə boşaltdı 7-11-2018, 22:14 “Sumqayıt” “Kapital Bank Arena”ya dekabrda çıxacaq 5-11-2018, 21:45 Elman Sultanov qovulacağını gözləmirmiş 5-11-2018, 21:43 Poltavada “Qarabağ”ı 300-ə yaxın soydaşımız dəstəkləyəcək 5-11-2018, 21:42 “Keşlə” Sezara nə qədər borcludu? 5-11-2018, 21:40 Rüfət yenə fərqlənə bilmədi 5-11-2018, 21:19 Nazim Süleymanov: “Bu gün nə oldu, külək hardan əsdi?” 5-11-2018, 21:16 Oktyabrın uğursuzlarının duelini çempion qazandı 5-11-2018, 21:12 “Vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu hamılıqla eyni istiqamətdə üzməkdi” 5-11-2018, 21:10 “Neftçi” 3 xalı 1 qolla qazandı 5-11-2018, 21:08 Radivoyeviç: “bu cür oynamaqda davam etsək, nəticələr yaxşı olacaq” 5-11-2018, 21:06 "Bakcell Arena"dan qol səsi çıxmadı Bütün xəbərlər
Ən çox oxunanlar