22 mar 13:59evezediciler

Əvəzedicilərin çempionatı Avropada necə tənzimlənir?

Əvəzedicilərin çempionatı Avropada necə tənzimlənir?
Məşqçilər Komitəsi əvəzedicilərin çempionatının ləğvinin tərəfdarıdı
Martın 15-də Klublar Komitəsinin cari ildə ilk iclası baş tutdu. Yığıncaqda aparılan səsvermə nəticəsində “Neftçi”nin yeni prezidenti komitəyə sədr seçildi. Halbuki Quliyev buna qədər də məlum səlahiyyəti daşımışdı. O vaxt “Sumqayıt”a rəhbərlik edirdi.
İclas başa çatandan sonra jurnalistlərin əhatəsinə düşən köhnə-yeni sədr müzakirə olunan mövzularla bağlı açıqlama verdi. Onların arasında ən diqqətçəkəni, heç şübhəsiz, əvəzedicilərin çempionatı idi. Klub rəsmiləri əvəzedici komandaların birinci dəstədə mübarizə aparmasının tərəfdarıdı. Hər halda, Quliyevin dediklərindən bunu anlamaq çətin deyildi: “Hər kəs bunu müsbət qarşıladı. Amma suallar çoxdu. Bu məsələ fərdi qaydada baş məşqçilərlə müzakirə olunmalıdı. Çünki əvəzedicilər daim əsas komandanın yanında olur. Bu üzdən baş məşqçilərin fikirləri çox vacibdi. Bu, 1-2 görüşə həll olunmaya bilər. Ancaq dünya praktikasında belə hallar var. Rusiyada, Portuqaliyada, İspaniyada bundan istifadə edilir”.
Məlum ideyanın ortaya atılmasının səbəbini anlamaq çətin deyil. Bildiyiniz kimi, əvəzedicilərin çempionatında bəzi istisnaları nəzərə almasaq, əsasən yaşı 21-ə qədər olanlar çıxış edir. Yəni gənclər bütün hallarda bir-birinə qarşı mübarizə aparmış olurlar. Bu isə “artırmağın” qarşısını alır. Birinci divizionda limiti də nəzərə alsaq, yaşı 25-30 aralığında olanların, yəni təcrübəlilərin sayı kifayət qədərdi. Digər tərəfdən, birinci divizionun səviyyəsinin artacağını düşünmək olar. Onsuz da bu gün 10 komandanın mübarizə apardığı liqada elitada olduğu kimi çempionluğa iddialıların sayı 3-4-dü. Səviyyə fərqini görmək üçün təkcə lider “Qaradağ Lökbatan”la 4-cü pillədəki “Xəzər” arasında 12 xallıq fərqin olduğuna baxmaq kifayətdi. Əvəzedici komandalar da mübarizəyə qoşulsa, həm intriqa artar, həm də azarkeşlərin marağına səbəb olar.
Kamran Quliyev sözünün sonunda dünya təcrübəsindən söz açaraq, müxtəlif ölkələrdən nümunə gətirmişdi. Bizim da marağımızı cəlb etdiyindən, həm yuxarıda adı çəkilən, həm də başqa ölkələrdəki duruma nəzər salmağı lazım bildik.
Rusiya
Məsələn, bu ölkədə U-21-lərin çempionatı mövcuddu. Aşağı-yuxarı bizdəki ilə eyni vəziyyətdi. Yəni premyer-liqada mübarizə aparan komandaların yaşı 21-ə qədər olan gəncləri bu çempionatda oynayır. İş burasındadı ki, əsas komandada oyun təcrübəsi olmayanların U-21-də oynaması mümkün deyil. Adından da göründüyü kimi, buna icazə verilmir. Lakin bəzi aparıcı komandalar var ki, onların ikinci komandası var. Nümunə kimi birinci dəstədə yarışan “Spartak-2” ilə “Zenit-2”ni göstərmək olar. İkinci dəstədə “Anji-2”, “Krasnodar-2”, “Ural-2”, “Krılya Sovetov-2”, “Orenburq-2”nin yer alması diqqəti çəkir. Elita təmsilçilərinin heç də hamısı farm-kluba ehtiyac duymur. Amma imkana və istəyə uyğun olaraq, bu addımı atmaq istəyənlər var. Lakin U-21 komandasının olması vacib şərtdi, o heç.
Portuqaliya
Əvəzində Portuqaliyada U-21-lərin liqası yoxdu. Son dayanacaq yaşı 19-ə qədər olanların yarışıdı. Bu səbəbdəndi ki, elita təmsilçiləri Rusiyada olduğu kimi aşağı dəstələrdə “2” adı altında müxtəlif komandalarla təmsil olunur. Bu mənada adlı-sanlı, imkanlı klubların fəallığı görünür. Sequndada, yəni bizim birinci dəstəmiz olan liqada “Portu-2”, “Benfika-2”, “Sportinq-2”, “Braqa-2” komandaları mübarizə aparır. Onlar vaxtilə premyer-liqadakı çıxışıyla yadda qalan “Jil Visente”, “Akademika”, “Leykşoes” kimi komandalarla yarışır. “Maritimo-2” isə ikinci diviziondadı.
İspaniya
Eyni duruma İspaniyada da şahidlik edə bilərsiz. Onlarda da U-21-lərin ayrıca liqası yoxdu. Əsas komandaya yüksəlməsi mümkün olan istedadlı gənclər ikinci komandaların şərəfini qoruyur ki, onlar da aşağı liqalarda çıxış edir. Məsələn, “Barselona-2” ilə “Sevilya-2” sequndada yarışır. “Real-2”, “Atletiko-2”, “Selta-2”, “Valyadolid-2”, “Osasuna-2”, “Atletik-2”, “Sportinq-2”, “Vilyareal-2”, “Valensiya-2”, “Saraqosa-2”, “Qranada-2”, “Betis-2”, “Kordoba-2”, “Las Palmas-2” isə sequnda B çempionatının müxtəlif qruplarında yer alıb.
Hollandiya
“Zanbaqlar ölkəsi”ndə, maşallah, bolluqdu. Liqaların əlindən tərpənmək, baş açmaq olmur. Ölkə bir neçə regiona bölünüb ki, hər regionun bir neçə çempionatı var. Mövzuya uyğun qeyd edək ki, Hollandiyada da U-21-lərin liqası mövcud deyil. Bizdəki kimidi, əvəzedicilərin çempionatı. Amma sistem bir qədər fərqlidi. Məsələn, erediviziyada mübarizə aparan “Ayaks”, PSV, “Utrext” və “Alkmaar” kimi komandaların həmin liqada təmsilçiləri yoxdu. Əvəzedicilərin yarışında iştirakı lazım bilməyən bu klubların rəhbərləri “Ayaks-2”, “Utrext-2”, PSV-2, “Alkmaar-2” adlı komandalarının birinci divizonda mübarizə aparmasını məqsədəuyğun sayıblar. “Vitess-2”, “De Qraafshap-2” kimi komandalar isə üçüncü liqada yarışır. Maraqlısı, bilirsiz, nədi? Əvəzedici komandalar təkcə çempionatla kifayətlənmir. Onlar üçün ayrıca ölkə kuboku da təşkil olunub. Əsas komandalar kimi eyni anda iki cəbhədə mübarizə aparırlar.
Türkiyə
Qulağımızın dibi olan qardaş ölkədə U-21-lərin liqası mövcuddu. Yəni elita təmsilçilərinin hər biri bu liqada komandayla təmsil olunur. Lakin əvəzedicilərin ayrıca çempionatı yoxdu. Heç aşağı dəstələrdə “Qalatasaray-2”, yaxud “Fənərbaxça-2” adı altında komandalara da rast gəlmək mümkün deyil. Təxminən bizdəki vəziyyətdi. Sadəcə, Türkiyədə əvəzedici kimi qəbul olunan U-21-lərin liqasında yaşı 21-ə qədər olanlar çıxış edə bilir. Belədə əsas komandadan kənarda qalanların oyun təcrübəsinin azlığından korluq çəkməməsi üçün harda oynamaları maraq doğurur.
Ukrayna
Orda da Türkiyə ilə eyni vəziyyətdi. U-21-lərin liqası olduğu halda, əvəzedicilər üçün nəzərdə tutulan hansısa çempionat yoxdu. Aşağı liqaların heç birində “Dinamo-2”, “Şaxtyor-2” adı altında mübarizə aparan komandalara da rast gəlmək mümkün deyil.
Nəticə
Yazılanlardan da göründüyü kimi, hər ölkənin özünəməxsus qayda-qanunu, liqaların sistemləri var. Bəziləri yalnız U-21-lərin çempionatı ilə kifayətləndiyi halda, başqaları buna gərək duymadan aşağı dəstələrə “2” adı altında komanda buraxır. Təbii ki, ikinci variant təcrübə artırmaq baxımından daha sərfəli görünür. Belə olmasaydı, İspaniya, Portuqaliya, Hollandiya kimi aparıcı ölkələr bu sistemdən yararlanmazdı.
Mütəxəssis fikri
Vaqif Sadıqov: “Dediyiniz məsələni gündəmə gətirən, dəstəkləyən biz – Məşqçilər Komitəsinin üzvləri olmuşuq. Artıq neçə ildi bununla bağlı tövsiyələrimizi veririk. Hətta hesabat şəklində AFFA rəhbərliyinə də təqdim etmişik. Təhlil aparsaq, görürük ki, 19 yaşa qədər olan istedadlı futbolçular U-19 liqasında yox, əvəzedicilərin çempionatında top qovur. Bu da istər-istəməz U-19 liqasının səviyyəsini aşağı salır. Halbuki bu liqa bizə olduqca vacibdi. Mövsümün sonunda qalib olan komanda ölkəmizi Gənclər Liqasında təmsil edir. Ona görə də əvəzedicilərin çempionatının ləğv olunmasının tərəfdarıyıq. Hansısa klubun farm-kluba ehtiyacı varsa, onlar ikinci komanda yaradaraq birinci divizonda iştirakını təmin edə bilərlər. Əsas komandanın cəzalı və zədədən yeni dönmüş futbolçularının oyun təcrübəsinin azlığından əziyyət çəkməməsi üçün ikinci komandanın olması vacibdi. Belə olacağı təqdirdə U-21-ə də faydası olar. Gördüyünüz kimi, birinci dəstədə xeyli sayda güclü komanda var. 20-21 yaşlı futbolçular onlara qarşı oynamaqla təcrübələrini artıra bilərlər. Bir sözlə, Məşqçilər Komitəsi olaraq əvəzedicilərin çempionatının ləğvinin tərəfdarıyıq”.
HƏBİB
kamagra 100 chewable tablets
kamagra bezorgen rotterdam
kamagra store in nyc
<a href="http://lkkkopwql.com/">kamagra store in ny</a>
kamagra oral jelly sale

kamagra 100mg tablets australia
kamagra oral jelly cvs
kamagra 100mg oral jelly india
<a href="http://lkkkoqaql.com/">buy kamagra</a>
kamagra jelly 100mg usa

kamagra forum hr
kamagra oral jelly viagra
super kamagra kaufen
<a href="http://lkkkspwql.com/">kamagra 100mg tablets side effects</a>
kamagra soft tablets 100mg

kamagra store
kamagra oral jelly gГјnstig kaufen deutschland
kamagra shop erfahrung
<a href="http://lkbkspwql.com/">kamagra oral jelly come si usa</a>
kamagra bezorgen rotterdam

<a href="http://khgsma.com">55 лет новое поздравление</a> необычные подарки на новый год 2019
поздравила с новым годом порно подарок парню на новый год идеи

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar