Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
12 mar 13:25evezediciler
“Qəbələ” gözlədi, “Səbail” yaxınlaşdı

Əvəzedici komandaların çempionatında daha iki görüş keçirilib. Dünən baş tutan oyunlardan biri məhsuldar alınıb, digərində isə əksinə, qalib 1 qolla müəyyənləşib. Liderin ən yaxın izləyicisi “Səbail” “Sumqayıt”ı top atəşinə tutub. “Gənclik şəhəri” təmsilçisi ikisi ilk yarıya, ikisi isə ikinci hissəyə təsadüf edən qollardan cəmi birinin əvəzini çıxa bilib, o da 87-ci dəqiqədə penaltidən baş tutub. Beləliklə, rəqibini böyük hesabla yenən Elman Sultanovun komandası “Qəbələ” ilə xal fərqini 5-ə endirib. Düzdü, lider bir oyun az keçirib. Emin İmaməliyevin komandasının məhz son turdakı görüşü təxirə salınıb. “Kəpəz”lə qarşılaşma aprelin 5-nə təyin olunub.
Əvəzedicilərin çempionatı
3-cü dövrə, 19-cu tur
9 mart
Səbail – Sumqayıt 4:1
Emil Həsənzadə, 14. Tahir Mirzəyev, 36-öz qapısına. Asif Mirili, 84. Ramil Orucov, 90 - Elvin Nəsibov, 87-p.
Qarabağ – Zirə 1:0
Nicat Süleymanov, 40,
Turun açılış oyunu martın 8-də baş tutub: Neftçi – Keşlə 1:1 (Cavidan Qasımlı, 39 - Sinan Akkoyun, 90+1).
1. Qəbələ 18 13 2 3 60-18 41
2. Səbail 19 11 3 5 35-26 36
3. Keşlə 19 7 10 2 28-21 31
4. Qarabağ 19 7 4 8 25-30 25
5. Zirə 19 6 5 8 22-29 23
6. Neftçi 19 5 6 8 15-24 21
7. Sumqayıt 19 4 5 10 20-40 17
8. Kəpəz 18 1 7 10 11-28 10
Bombardir: Ülvi İsgəndərov (Sumqayıt) - 15.
Şərh yaz