08 yan 13:55evezediciler

“Qəbələ”nin U-19-u və əvəzediciləri də Antalyaya gedəcək

 “Qəbələ”nin U-19-u və əvəzediciləri də Antalyaya gedəcək
Maliyyə problemi yataqxananın tikintisini yubadır

“Qəbələ” Futbol Akademiyası hazırda ölkə futbolunda liderlik edir. Düzdü, klubun bazasında bu baxımdan infrastruktur işləri hələ tam başa çatdırılmayıb. Ancaq təbii örtüklü meydançaların bolluğu nəyə desən, dəyər. Qazona da söz ola bilməz. “Qırmızı-qaralar” aşağı yaş qruplarının inkişafına xüsusi diqqət ayırır. Bu üzdən son illər müxtəlif yaş qrupları üzrə çempionatlarda ən çox titulu bölgə təmsilçisi qazanır. Bunda düzgün seleksiya işlərinin də rolu var. Belə seçimlərdən biri ötən ayın sonlarında Qəbələdə baş tutub.
Dünən akademiyanın direktor müavini Nail Kərimovla əlaqə saxlayıb, həm bu, həm də başqa məsələlər ilə bağlı məlumat aldıq: “Bizdə bu seçimlər iki dəfə - yay və qış aylarında olur. Elan etmişdik ki, istənilən 2000-09 təvəllüdlü yeniyetmələr bizə müraciət edə bilər. Bunun üçün daha öncə futbol oynamağa da ehtiyac yox idi. Bir neçə nəfər növbəti mərhələyə vəsiqə qazandı. Onlar U-17 və aşağı yaşlı komandaların tərkibində yanvarın 9-da başlayacaq məşqlərdə iştirak edəcək. Komandanın içində nəyə qadir olduqları müəyyənləşəcək. Tələblərimizə cavab versələr, yanvarın sonunadək klubumuza qəbul olunacaqlar. İkinci variant da var. Seleksiyaçı məşqçilərimizin bölgələrdən və Bakıdan tapdıqları istedadlı uşaqlar yanvarın 16-da Qəbələdə olacaq. Onlar da baxışdan keçəcək. Adətən, qışda 5-6 uşaqdan artıq götürülmür. Bəzən hansısa yeniyetməni bəyənirsən. Ancaq valideyni orda qalmasını istəmir. Fikrindən daşınır. Bəzən başqa meyarlara görə istedadlı yeniyetməni klubumuza cəlb etməkdən imtina edirik. Belə hallar da olur”.
Akademiyanın yataqxanasının nə zaman hazır olacağını da Nail bəydən soruşduq: “Hələ ki binanın bünövrəsi qoyulub. İşlər hazırda dayandırılıb. Tikinti işlərinin nə vaxt davam etdiriləcəyi bilinmir. Bu da maliyyə problemləri ilə bağlıdı”.
Göründüyü kimi, ölkənin ən imkanlı iki klubundan birində də maddi sıxıntılar hökm sürür. İnfrastruktur layihələrinin həyata keçirilməsi bu üzdən ləngiyir. Ancaq klub aşağı yaş qrupları üzrə komandalardan diqqətini əsirgəmir. Təsadüfi deyil ki, U-19 yanvarın 8-dən 14-dək Antalyada toplanış keçəcək. “Papilyon Belvil” otelində məskunlaşacaq Emin İmaməliyevin komandası ayın 10-u, 12-si və 14-də yoxlama oyunları keçirəcək. Komanda səfərə 22 futbolçu ilə yollanacaq: Məhəmməd Abbaslı, Elmir Tağıyev, İlkin Abdullayev, Tacir Əlizadə, Abbas Ağazadə, Vüsal Mustafayev, Güləli Mehrəliyev, Tunar Mütəllimov, Tural Əjdərli, Fəqan Məsimov, Vüsal Məsimov, Rəşad Tağıyev, Fərid Nadirov, İzzət Müştaqov, Rüstəm Nuruyev, Fikrət Tağıyev, Kamran Quliyev, Arsen Ağacabəyov, Osman Soltanov, Faiq Hacıyev, Elməddin Sultanov, Sərxan Osmanov.
Nail Kərimov bu məsələ ilə bağlı daha ətraflı məlumat verdi: “Rəhbərliklə bu məsələ haqda danışdıq. Belə qərara alındı ki, U-11-dən U-19-a kimi olan komandalarımız yaya kimi ölkə xaricində toplanış keçsin və mini-turnirlərdə iştirak etsin. Antalyaya gedəcək heyətin tam U-19 komandamızdan ibarət olduğunu söyləmək olmaz. Çünki bəzi futbolçular müvafiq yığmayla “Qranatkin turniri”ndə iştirak edəcək. Bu üzdən U-17-nin üzvləri də Antalyaya yollanıb. Əvəzedici komandanın isə yanvarın 14-21-i aralığında Antalyada toplanış keçməsi nəzərdə tutulub. Akademiyanın qalan komandaları ayın 9-dan etibarən doğma məkanda təlim-məşq toplanışı keçəcək”.
SƏRXAN
А вы еще не видела сайтов? Вот вам ссылочка.
-----

dle 11.2

Я тут нашел сайтов, который вам поможет все понять
-----

работа экспедитор

Как дела пацаны? Что нового
-----

ключ виндовс 10

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar