25 avq 16:40evezediciler

“Sumqayıt” rəhbərliyi əvəzediciləri biabırçı məğlubiyyətə görə cərimələdi

“Sumqayıt” rəhbərliyi əvəzediciləri biabırçı məğlubiyyətə görə cərimələdi
Elbrus Məmmədov: “Qəbələ” ilə qarşılaşma bir çoxları üçün “Sumqayıt”ın heyətində sonuncu matç olacaq”
Mövsümlərarası fasilədə əsas komandanı yetərincə gücləndirən “Sumqayıt” rəhbərliyi, deyəsən, bütün diqqəti Samir Abasovun rəhbərlik etdiyi kollektivə yönəltdiyindən əvəzediciləri yaddan çıxarıb. Belə olmasaydı, Elbrus Məmmədovun rəhbərlik etdiyi “ikincilər” “Qəbələ” ilə səfər qarşılaşmasında biabırçı məğlubiyyətə üzülməzdi - 1:9.
Ölkənin hansısa futbol ənənəsi olmayan şəhərinin və ya bölgəsinin gəncləri “Qəbələ” qarşısında belə miskin duruma düşsəydi, “futbolda belə hallar olur” deyib, bəlkə də fiaskonun üstündən keçmək olardı. Ancaq Sumqayıt kimi az qala hər məhlədə bir istedadlı gəncin olduğu şəhərin ikinci komandasının qapısında 9 qol görməsi həm heyətdə yer alan oyunçuların, həm məşqçilər korpusunun, həm də klub rəhbərliyinin adına bir utanc, bir rəzalətdi. Belə çıxır ki, 7 ilə yaxın fəaliyyət göstərən “Sumqayıt”ın futbol akademiyasında çalışan mütəxəssislər geridə qalan illər ərzində 11 nəfər ağayı top tutan gənc yetişdirə bilməyib. Yox, belə yeniyetmələr varsa, hardadılar? Niyə Məmmədovun komandası az qala əhalisinin sayı yarım milyondan artıq olan şəhərin adını belə biabır edir?
“Qəbələ faciəsi”nin nədən qaynaqlandığını bilmək üçün komandanın çalışdırıcısı Elbrus Məmmədovu aradıq. 5 ilə yaxın “Xəzər Lənkəran”ın əvəzedicilərini çalışdıran, gənclərlə iş təcrübəsinə malik PRO kateqoriyalı mütəxəssis fiaskoya belə reaksiya verdi: “Açığı, özüm də bilmədim nə baş verdi. Məşqçilik karyeramda ilk dəfə belə acı məğlubiyyətlə üzləşirəm. Yalnız 4 futbolçu meydanda nəsə etmək istəyirdi. O biriləri isə sanki ilk dəfə top və meydança görürdü. Düzdü, “Qəbələ”nin əvəzedici heyəti güclüdü, çempionluğa oynayan komandadı. Ancaq bu da əsas vermir ki, “Sumqayıt” belə hesabla uduzsun. Belə oyundan sonra uşaqları növbəti qarşılaşmaya hazırlamaq da çox çətindi. Hamısı psixoloji təzyiq altındadı. Ümumiyyətlə, bütün kollektiv 1:9-un şokunu yaşayır. Çalışacağıq “Zirə” ilə qarşılaşmaya qədər ab-havanı qaydasına salaq”.
Elbrus bəy bizimlə söhbətdə onu da bildirdi ki, yay fasiləsində rəhbərlik “ikincilər”in çempionata normal hazırlaşması üçün istənilən şəraiti yaradıb: “Böyükhesablı məğlubiyyətin yay hazırlıq dönəmi ilə heç bir əlaqəsi yoxdu. Klub rəhbərliyi komandanın təlim-məşq toplanışı keçməsi üçün hər cür şərait yaratmışdı. Yetərincə yoldaşlıq oyunları da keçirmişik. Odu ki, bu planda nədənsə narazılıq edə bilmərəm”.
Əvəzedcilərin böyük hesabla uduzması “kimyaçılar”ın rəhbərliyini də özündən çıxarıb. Məmmədov məşqçilər korpusuna və futbolçulara cərimələrin tətbiq olunacağını söylədi: “Heç şübhəsiz, qeydə alınan nəticə rəhbərlik tərəfindən normal qarşılana bilməz. Həm məşqçilər, həm də komanda cərimələndi. Bundan başqa, özüm də araşdırma aparıram ki, məğlubiyyətə nə səbəb ola bilər. Mənə “torba tikilməsi” məsələsini ağılımdan belə keçirmirəm, çünki uşaqlara inanıram. Ancaq bir məqam bəllidi ki, “Qəbələ” ilə qarşılaşma bir çoxları üçün “Sumqayıt”ın heyətində sonuncu matç olacaq. İndi dəqiq say deyə bilməsəm də, xeyli futbolçu ilə yollarımızı ayıracağıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Bu gün, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Bu gün, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Bu gün, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Bu gün, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Bu gün, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Bu gün, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar