Yazarlar
Nurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
15 avq 11:23evezediciler
Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı

Həftəsonu əvəzedici komandaların çempionatında açılış turunun iki oyunu keçirilib. Mövsümə Binədə start verilib ki, ötən mövsümün bürünc medalçısı “Neftçi” çempion “Qarabağ”ı sınağa çəkib. Aftandil Hacıyevin komandası çempionata yenilgiylə başlayıb. Belə ki, “Neftçi” görüşdən minimal hesablı qalibiyyətlə ayrılıb. Oyunun taleyini əsas komandanın üzvü Fəhmin Muradbəylinin 29-cu dəqiqədə vurduğu qol həll edib.
Dünən isə “İnter”lə “Qəbələ” üz-üzə gəlib. Mövsümün açılış oyunundan fərqli, “İnter Arena”dakı görüşdə qol yağışı qeydə alınıb. Belə ki, azarkeşlər vurulan 8 qola şahidlik edib. Bölgə təmsilçisi 3 xalı darmadağınla qazanıb. Hər iki hissə eyni ssenariylə keçib. Belə ki, meydan sahibləri hər hissədə 1, qonaqlar isə 3 qola sevinib.
Əvəzedicilərin çempionatı
1-ci tur
12 avqust
Neftçi – Qarabağ 1:0
Fəhmin Muradbəyli, 29.
13 avqust
İnter – Qəbələ 2:6
Oleq Hüseynov, 24-p. Rafael Məhərrəmov, 80 – Roman Hüseynov, 10. Fərid Nəbiyev, 44. Ülvi İsgəndərov, 45. Sinan Akkoyun, 76-öz qapısına. Baxşəli Baxşəliyev, 90. Tural Məmmərzəyev, 90+1.
Tura bu gün yekun vurulacaq. “Zirə” debütant “Səbail”i, “Sumqayıt” isə “Kəpəz”i qonaq edəcək:
14 avqust
Zirə – Səbail
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Cavanşir Yusifov, Coşqun Həsənov, Nahid Xasıyev.
Hakim-inspektor: Azad Mütəllimov.
Zirə. İdman Kompleksinin stadionu. Saat 19.00
Sumqayıt – Kəpəz
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Məmmədəli Kərimov, İsgəndər Əliyev, Emin Nağıbəyov.
Hakim-inspektor: Rufulla Kərimov.
Sumqayıt. Kapital Bank Arena. Saat 18.00
Şərh yaz