06 may 01:02evezediciler

Baş məşqçilər mövsümü dəyərləndirdi

Baş məşqçilər mövsümü dəyərləndirdi
Aftandil Hacıyev: “Komanda oyunu sayəsində çempion olduq”

Əvəzedicilərin çempionatında mövsümə yekun vuruldu. 8 komandalı çempionatda “Qarabağ” son turda çempion adını qazandı. Ötən mövsümün birincisi “Qəbələ” isə bu dəfə liderdən 1 xal geri qalaraq “gümüş”ə sahib çıxdı. “Neftçi” üçüncü oldu. 2015/16 mövsümündə bürünc medal qazanan “Sumqayıt” isə bu il olduqca zəif təsir bağışladı. “İnter”, “Zirə” və “Kəpəz” bu mövsümü də orta pillələrdə başa vurdu. Mövsümün ortasından təcrübəli mütəxəssis Elbrus Məmmədovun başçılıq etdiyi komanda cəmi 27 xal yığaraq 7-ci oldu. Əsas komanda kimi mövsümboyu ağır günlər yaşayan və sonda dağılan AZAL mübarizəni 8-ci pillədə başa vurdu. Bütün komandaların çıxışı ilə bağlı baş məşqçiləri dindirdik və onlardan mövsümün yekunlarına dair açıqlama aldıq. Yalnız “İnter”in çalışdırıcısı Füzuli Məmmədov zənglərimizi cavabsız qoydu.
Aftandil Hacıyev, “Qarabağ”ın baş məşqçisi: “Bizim hədəfimiz həm əsas komanda, həm də yüksək liqa üçün oyunçu yetişdirməkdi. Bilirsiz ki, “Qarabağ” və “Qəbələ” kimi komandaların hədəfləri böyükdü. Hər iki komanda avrokuboklarda uğurlu nəticələr qazanmağa çalışır. Bu komandalara yerli futbolçular lazımdı. Düzdü, birdən-birə adıçəkilən komandaların əsas heyətinə futbolçu vermək çətindi. Amma zamanla, bir-iki ilə bu vəzifənin öhdəsindən gəlmək olar. Adlarını çəkmirəm, yaxşı futbolçularımız var. Ad çəksəm, bu onlarda müəyyən rahatlıq yaradacaq. Biz futbolçularımıza böyük ümidlər bəsləyirik. İndi yalnız “Sumqayıt”da bir neçə gənc futbolçunu görmək olar. Digərlərində isə əvəzedici heyətdən az götürülür. Bütün bunları nəzərə alaraq, mövsümü yüksək dəyərləndirirəm. Çempionat çox maraqlı keçdi. Bizimlə yanaşı, “Qəbələ” və “Neftçi” də çempionluq uğrunda sona kimi mübarizə apardı. Hətta çempionluğu son turda əldə etdik. Heyət baxımından rəqiblər bizdən güclü idi. Amma biz komanda oyunu sayəsində çempion olduq. Bütün uşaqlara təşəkkür edirəm. Mehriban kollektivimiz sayəsində uğur qazandıq”.
Hüseynqulu Quliyev, “Qəbələ”nin baş məşqçisi: “Təəssüf ki, çempion ola bilmədik. Bu, qismətdi. Liderdən cəmi 1 xal az topladıq. Çempionatda çox maraqlı mübarizə getdi. Mövsüm haqda onu deyə bilərəm ki, bizim bir sıra oyunlarda bəxtimiz gətirmədi. 11 ildi məşqçi kimi çalışıram. Heç bir mövsümdə bu qədər qol şansı qaçırmamışdıq. Uzaqdan vurulan zərbələri demirəm ha. Cərimə meydançası və qapıçı meydançasından “çərçivə”yə yol tapa bilmədik. Məhz bu bəxtsizlik çempionluqdan etdi bizi. Rəqiblərdən iki baş üstün olduğumuz oyunlarda xallar itirdik. Amma təəssüflənməyə dəyməz. Bizim məqsədimiz həm də əsas komanda üçün futbolçu yetişdirməkdi. Bildiyiniz kimi, bir neçə futbolçumuz əsas komandaya cəlb olundu. Elə son turda “Sumqayıt”la matçda Ülvi İbazadə əsas heyətdə 90 dəqiqə oynadı. Bu bizim üçün uğurdu. Heyətdə bir neçə futbolçu var ki, onlar əsas komandaya cəlb oluna bilər. Sonda “Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm”.
Samir Əliyev, “Neftçi”nin baş məşqçisi: “Çox maraqlı və gərgin mövsüm alındı. Komandanın çıxışından razıyam. Bizim məqsədimiz yalnız yüksək yerlər uğrunda mübarizə aparmaq yox, həm də elita üçün futbolçu yetişdirməkdi. Geridə qalan mövsümdə gənclərə üstünlük verdik. Uşaqlar özlərini yaxşı tərəfdən göstərdi. Bu mövsüm əsas komandaya futbolçu yollaya bilməsək də, U-19 millimizin hər toplanışına 7-8 üzvümüz dəvət alırdı. 1-2 il sonra bu heyətdən bir neçəsi əsas komandaya düşəcək. Bunu kiçik uğur adlandıra bilərik. Bunda həm bizim, həm də U-19 komandamızın əziyyəti var. Qarşımıza kimsə çempion olmaq məqsədi qoymamışdı. 3-4 oyunu nəzərə almasaq, qalanlarında yüksək səviyyədə çıxış etdik. İlk 3 yeri tutan komandalar arasında ən az bizə əsas heyətdən futbolçu cəlb olundu”.
İlham Qurbanov, “Zirə”nin baş məşqçisi: “Mən komandaya 3-cü dövrədən etibarən rəhbərlik edirəm. Gələn kimi ciddi dəyişikliklər etmək istəmədim. Çünki həm vaxt az idi, həm də uşaqlar pis deyildilər. Mövsümün ortasında hansısa dəyişiklik etmək çətin idi. Heyətdə yaxşı futbolçular var. Son 2 dövrədəki oyunları nəzərə alsaq, futbolçulardan razıyam. Bu komandada əsas heyətdə oynaya biləcək uşaqlar var. Onların adlarını çəkə bilməyəcəm. Amma sayları 4-5 nəfərdi. Ayxan müəllim kimləri seçəcək, bunu deyə bilmərəm. Yayda komandanı gücləndirməyə çalışacağıq. Bizə indi 1998-99 təvəllüdlü futbolçular lazımdı. Axtarışlara başlamışıq”.
Azər Məmmədov, “Kəpəz”in baş məşqçisi: “8 komanda arasında 6-cı olduq. Bu, yaxşı göstərici deyil. Lakin heç kim qarşımıza qızıl medallar qazanmaq məqsədi qoymamışdı. Bilirsiz, “Kəpəz” bir neçə il fəaliyyət göstərmədiyi üçün yerli yeniyetmə oyunçu tapmaq çox çətindi. Şahin müəllim komandaya gələndə demişdi ki, əvəzedicilərdə mütləq gəncəli futbolçular oynamalıdı. Ötən mövsümdən sonra yaşı çox olan 11 nəfərlə yolları ayırdıq, onların əvəzinə gəncləri cəlb etdik. Təəssüf ki, Gəncədə gənc və perspektivli uşaq tapmaq çətindi. Kənardan da gətirməyə imkan vermirlər. Bu üzdən bir neçə klubda çıxış edən yerliləri geri qaytardıq. Uşaqları gətirib əvəzedicilərdə oynatdıq. Amma bu söylədiklərim bəraət üçün deyil. Oyunları evdə keçirmirik. 28 oyunun, demək olar ki, hamısını səfərdə oynamışıq. Yəni Yevlaxda. Gəncədə heç məşq keçmək imkanımız yoxdu. Bizdə Ağacbəyli kəndi var, ordakı stadionda məşq edirik. Bütün bunlar məcburiyyətdəndi. Klubda maaş və pul problemi yoxdu. Sadəcə, stadion və baza problemi mövcuddu. Əsas sevincim ona görədi ki, Şahin müəllim özü əvəzedicilərdən bir neçə futbolçunu bəyənib. Onlarla bağlı müəyyən qərar veriləcək. Bundan əlavə, U-19 yığmamıza futbolçularımız çağırıldı. Tutduğumuz yer bizi sevindirməsə də, bu sadaladaqlarım xoşdu. Futbol düz meydanda oynanılır. Bizdən başqa bütün komandaların meydanı düzdü (gülür)”.
Elbrus Məmmədov, “Sumqayıt”ın baş məşqçisi: “Mən komandaya yanvarda gəldim. Ümumi mənzərə haqda onu deyə bilərəm ki, komandadan çox razı qaldım. Yaxşı günlərimiz də, ağır günlərimiz də oldu. Bir neçə ay çiyin-çiyinə əzab-əziyyət çəkdik. Son turlarda liderlərə məğlub olduq. Amma yaxşı oyun sərgilədik. Bu gənclər arasında gələcəkdə əsas komandada oynayacaq futbolçular var. Əsas bu məni sevindirir. Zəhmətimizin bəhrəsidi bu. Hazırda Tural Bayramlı əsas komandadadı. Yerini də bərkidib. O cümlədən Süleyman Əhmədovun adını çəkmək olar. Onlar məndən öncə də özünü təsdiqləmiş futbolçular idi. Sadəcə, bu mövsüm də bizimlə məşq edirdilər. Gələcək planlarımız böyükdü. İstəyirik sırf “Sumqayıt”ın akademiyasının uşaqlarından yararlanaq. Qarşıda iki ayımız var. Yaxşı seleksiya işi aparıb, normal komanda formalaşdırmaq istəyirik”.
Elşad Məmmədov, AZAL-ın baş məşqçisi: “Bilirsiz ki, premyer-liqada olduğu kimi, əvəzəedicilərin çempionatında da ən ağır şərtlər altında AZAL çıxış etdi. Çünki futbolçularımız əməkhaqqı almırdılar. Onlardan nəsə tələb etmək, motivasiya vermək çox çətindi. Buna baxmayaraq, futbolçulardan razıyam. Bacardığımız qədər öz yetirmələrimizdən istifadə etməyə çalışdıq. Hətta U-19 komandamızda 2000 təvəllüdlü uşaqlar çıxış etdi. Əvəzedicilərdə ən gənc heyət bizdə idi. 4 futbolçumuz 1999 təvəllüdlü idi. Qazananlar da həmin gənclər oldu. Premyer-liqanın son oyununda bizdən Fuad Bayramov əsas komandada çıxış etdi. Maddi çətinliklər komandaya təsir edirdi. Buna baxmayaraq, liderlərdən xal aldıq. Çempion “Qarabağ”dan 5 xal almışıq. “İnter”dən isə 6 xal götürmüşük. Artıq klub dağıldı. Biz bunu gözləmirdik. Ağır təsir etdi. AZAL-da bir ailə kimi idik. 7 ildən artıq idi ki, mən orda fəaliyyət göstərirdim. Buna baxmayaraq, həyat davam edir. Mübarizə aparmaq lazımdı”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar