23 apr 13:05evezediciler

Əvəzedicilərin çempionatında həlledici sonluq

Əvəzedicilərin çempionatında həlledici sonluq
Hüseynqulu Quliyev: Görək, bu imtahanlardan üzüağ çıxara bilirikmi?“”
Aftandil Hacıyev: “Kim deyirsə ki, əvəzedicilərlə çempion olmaq istəmir, yalan danışır”
Samir Əliyev: “Bizim üçün nəticə vacib olsaydı, bəlkə indi rahat çempion olardıq”

Ölkəmizdə futbol mövsümü başa çatmaq üzrədi. Çempionatlarda sonra 2 tur qalsa da, premyer-liqa və birinci divizionda artıq çempionun kimliyi məlumdu. Elitada qızıl medallara “Qarabağ”, aşağı dəstədə isə “Turan Tovuz” yiyələndi. Lakin premyer-liqada mübarizə aparan komandaların əvəzedici heyətləri arasında keçirilən çempionatda hələ heç nə məlum deyil. Sona iki tur qalmış 3 komanda “qızıl” uğrunda mübarizə aparır. Bunlar lider “Qəbələ”, ikinci pillədə qərarlaşan “Qarabağ” və üçüncü yerdə gedən “Neftçi”di. İlk “üçlük” o qədər sıxdı ki, liderlə 3-cü yerdə qərarlaşan komanda arasında cəmi 4 xal fərq var: “Qəbələ” – 51, “Qarabağ” – 50, “Neftçi” – 47. Bütün bunları nəzərə alaraq, hər üç komandanın şanslarını dəyərləndirmək qərarına gəldik.

Qəbələ - 60 faiz
Qeyd etdiyimiz ki, hesabında 51 xal olan “qırmızı-qaralar” bu mövsüm keçirdiyi 26 matçın 16-dan qələbə ilə ayrılıb, 3 görüşdə heç-heçə edib, 7 qarşılaşmada isə meydanı başıaşağı tərk edib. Hüseynqulu Quliyevin yetirmələri son iki oyunda əvvəlcə evdə “İnter”i qəbul edəcək, səfərdə isə “Sumqayıt”la qarşılaşacaq. Bu mövsüm “Qəbələ” ilə “İnter” arasında baş tutan 3 oyunda minimal hesablar qeydə alınıb. Maraqlıdı ki, qarşılaşmaların ikisində bakılılar rəqibini məğlub edib, birində isə uduzub (1:0, 0:1, 1:0). Odu ki, 4-cü pillədə qərarlaşan “İnter” səfərdə Quliyevin komandasına başağrı ola bilər. Son matçda isə “Qəbələ” Sumqayıta səfər edəcək. Komanda səfərdə şəhərin eyniadlı komandası ilə üz-üzə gələcək. Hansı ki, bu mövsüm keçirdiyi hər 3 matçda rəqibini məğlub edib (3:1, 3:2, 3:1). Bu isə o deməkdi ki, “İnter” üzərində qazanılacaq mümkün qələbə həm “Neftçi”nin çempionluq yarışından kənarlaşdırılması ilə nəticələnəcək, həm də komanda son tur ərəfəsində yüksək motivasiya qazanacaq. Bütün bunları nəzərə alaraq, “Qəbələ”nin çempionluq şansını 60 faizlə dəyərləndirə bilərik.

Qarabağ – 30 faiz
“Qəbələ”dən cəmi 1 xal geri qalan Ağdam klubunun da çempionluq şansı var. Amma bunun üçün “Qəbələ”nin büdrəməsi lazımdı. Aftandil Hacıyevin yetirmələri son iki matçda “Sumqayıt” və “Neftçi” ilə qarşılaşacaq. “Köhlən atlar” bu mövsüm “kimyaçılar”ı hər üç görüşdə məğlub edib, qapısında qol belə görməyib – 2:0, 6:0 və 2:0. Qarşıdakı matçda da “Qarabağ”ın 3 xal qazanacağına yəqin ki, heç kim şübhə etməz. Lakin son turda bölgə təmsilçisini çox çətin səfər gözləyir. Rəqib üçüncü pillədə qərarlaşan, çempionluq şansını saxlayan “Neftçi”di. Ola bilər ki, “ağ-qaralar” növbəti tur çempionluq şansını itirsin. Bunun üçün “Qəbələ”nin “İnter”i məğlub etməsi lazımdı. Buna baxmayaraq, son görüşdə bakılılar “gümüş” üçün mübarizə apara bilər. “Qarabağ”la “Neftçi” arasında bu mövsüm keçirilən 3 oyunun ikisi ağdamlıların, biri isə bakılıların xeyrinə bitib (1:3, 1:0, 2:1). Top fərqi isə eynidi – 4:4. Bu isə o deməkdi ki, “Neftçi” evdə qələbə qazanarsa, birbaşa 2-ci pilləyə yüksələcək və gümüş medalları qazanacaq. “Qarabağ”ın çempionluq şansı 30 faizdi.

Neftçi – 10 faiz
Son iki tur ərəfəsində ən az şans “Neftçi”dədi. Mövsüm ərzində fərqli heyətlərlə oynayan, kollektivə xeyli gənc oyunçu cəlb edən komanda vacib xallar itirsə də, artıq minimum “bürünc”ü təmin edib. Bunun özü belə uğurdu. Çempionluq isə Samir Əliyevin komandası üçün sürpriz olar. Bunun üçün “Qəbələ” qalan iki oyunun birində uduzmalı, birində isə heç-heçə etməlidi. Bundan əlavə, “Qarabağ” da ən azı 2 oyundan birində məğlub olmalıdı. Bunu da son turda “Neftçi” özü etməlidi. “Neftçi” növbəti tur səfərdə “Zirə” ilə qarşılaşacaq. “Ağ-qaralar” bu matçda aşkar favoritdi. Ən azı ona görə ki, bu mövsüm rəqibini hər üç görüşdə məğlub edib (1:0, 2:1, 5:1). Bütün bunları nəzərə alaraq “Neftçi”nin “qızıl”a cəmi 10 faiz şansının olduğunu deyə bilərik. Amma bu futboldu, istənilən nəticə qeydə alına bilər.
Reaksiyalar
Hüseynqulu Quliyev, “Qəbələ”nin baş məşqçisi: “Qismət Allahdandı. Biz çalışırıq ki, çempion olaq. Mövsümün əvvəlində rəhbərlik tərəfindən qarşımıza çempion olmaq hədəfi qoyulmamışdı. Amma kollektivdə belə məqsəd var idi. Rəhbərliyin bizə tapşırığı o idi ki, əsas komanda üçün futbolçu yetişdirək. Bunu nə dərəcədə yaxşı bacardığımızı deyə bilmərəm. Lakin əlimizdən gələni etdik, əsas komandaya bir neçə oyunçu göndərdik. Çempionluğa gəlincə, iki oyunumuz var - “İnter” və “Sumqayıt”. Şanslar öz əlimizdə olsa da, hələ heç nə həll olunmayıb. “İnter”ə bu mövsüm iki dəfə uduzmuşuq. Rəqib çox yaxşı komandadı. Müdafiə futbolu oynayırlar. Onların müdafiəsini yarmaq çox çətindi. Bu üzdən matça yaxşı hazırlaşmalıyıq. Sumqayıt səfəri də çətin olacaq. Görək, bu imtahanlardan üzüağ çıxara bilirikmi?”
Aftandil Hacıyev, “Qarabağ”ın baş məşqçisi: “Mövsümün əvvəlindən bilinirdi ki, bu üç komanda çempionluq uğrunda mübarizə aparacaq. Son tura kimi mübarizənin davam edəcəyini təxmin edirdik. Çünki aşağı-yuxarı bu komandaların gücü eynidi. Əvəzedici komandalarda çempionluq o qədər önəmli olmasa da, bu bir uğur sayılacaq. Kim deyirsə ki, əvəzedicilərlə çempion olmaq istəmir, yalan danışır. Məqsəd çempionluqla yanaşı, həm də əsas komanda üçün oyunçu yetişdirməkdi. Komandada yaxşı ab-hava var. Son turda “İnter”lə qarşılaşdıq və xal itirdik. Baxmayaraq ki, üstün oynadıq və bir neçə şansımız oldu. Növbəti oyunumuz “Sumqayıt”ladı. Onlar da məğlub olmağı sevmirlər, yaxşı mübarizə aparırlar. Son turda da çətin “Neftçi” səfərimiz var. Onların da şansları qalır. Deyərdim ki, hər komandanın 2 çətin oyunu qalıb. İndidən şanslarımızın yüksək olduğunu desəm, yanılaram. Bizim əsas məqsədimiz son 2 oyunda qalib gəlməkdi. Həm də rəqiblərin xal itirməsini gözləməliyik”.
Samir Əliyev, “Neftçi”nin baş məşqçisi: “Çempionluq şansımız var, amma çox azdı. Bizim çempion olmağımız üçün gərək rəqiblərimiz xal itirsin. Mövsümün əvvəlində qarşımıza çempion olmaq məqsədi qoyulmamışdı. Əsas məqsədimiz yaxşı komanda formalaşdırmaq idi. Həm də əsas komandaya futbolçu yetişdirmək üçün xeyli iş gördük. İnanmırdıq ki, mövsümün sonunda ilk “3-lük”də olacağıq. Bu, bizim üçün böyük uğurdu. “Qəbələ” və “Qarabağ”la başabaş mübarizə apardıq. Bilirsiz ki, bizim futbolçularımızın çox hissəsi 1999 təvəllüdlülərdi. Yəni çox gənc komandamız var. Oynaya-oynaya gördük ki, bizim də şanslarımız var. Düzdü, məşqçilər korpusunun da səhvləri oldu. Mövsümün əvvəlində nəticəyə önəm vermədik. Bizim üçün nəticə vacib olsaydı, bəlkə indi rahat çempion olardıq. Gənclərdən istifadə etməyimizin bəhrəsini gördük. Mövsümün əvvəlində milli komandaya “Neftçi”dən üç-dörd futbolçu gedirdisə, U-19 yığmasının son toplanışına komandamızdan 8 nəfər çağırılıb. Bu böyük uğurdu. 3-cü yeri tutmaq da bizim üçün uğurdu. Həm çempionluq, həm də ikinci yerı tutmağımız sürpriz olacaq. Bu komanda növbəti mövsüm üçün hazırlanıb. Növbəti “futbol ili”ndə qızıl medallar uğrunda mübariz aparacağıq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar