08 mar 18:51divizion

Zirvə döyüşünü “hərbçilər” qazandı

Zirvə döyüşünü “hərbçilər” qazandı
Birinci divizionda bu həftə bütün diqqətlər “Sumqayıt” – MOİK oyununa yönəlmişdi. Başqa cür də ola bilməzdi. Turnir cədvəlində ilk pillədə qərarlaşan, çempionluq yolunda əsas rəqibi olan “kimyaçılar”ı 1 xal qabaqlayan “hərbçilər” dünən “Kapital Bank Arena”ya səfər etmişdi. Oyunun başlamasına təxminən 40 dəqiqə qalmış stadiona girəndə gördüklərimdən çaşıb qaldım. “Kapital Bank Arena”nın dayanacağında, arenanın girişində təxminən 20-yə yaxın kiçik və iri tutumlu hərbi maşınlar dayanmışdı. Biranlıq özümü itirib “görəsən, nə baş verib” düşünərək, son saatlarda ölkə ərazisində baş verən hadisələri yadıma salmağa çalışdım. Bu haqda fikirləşə-fikirləşə stadiona yaxınlaşırdım ki, birdən gözüm tribunaya sataşdı. Təxminən 300-ə yaxın əsgər orda oturmuşdu... Artıq hər şey məlum idi. Meydan sahiblərinin rəqibi MOİK olduğundan Sumqayıtdakı hərbi hissələrdə həqiqi hərbi xidmətdə olan əsgərlər bu komandaya dəstək vermək üçün oyuna gətirilmişdi.
Reportyor kimi geridə qalan illər ərzində çempionat oyunlarında stadiona məcburi gətirilən kontingentin 90 dəqiqənin tez başa çatmasını arzuladığının dəfələrlə şahidi olmuşam. Ancaq dünən Sumqayıtdakı oyunda tam fərqli ab-hava yaşanırdı. Hələ hakimin start fitindən əvvəl “hərbçilər”i dəstəkləmək üçün stadiona gələn əsgər və zabitlər komandlar isinmə hərəkətlərinə başlayandan fəallıq nümayiş etdirir, hərbi orkestr müxtəlif musiqilər ifa etməklə MOİK-in futbolçularını ruhlandırırdı. Sumqayıtlı azarkeşlər də onlardan geri qalmamağa çalışırdı. Onlar da müxtəlif şüarlar səsləndirməklə Elbrus Məmmədovun yetirmələrinə dəstək olmağa çalışırdılar. Yeri gəlmişkən, birinci divizionun liderlərinin qarşılaşmasını izləmək üçün Sumqayıta gələn qonaqlar arasında Hakim və Hakim-İnspektorlar Komitəsinin rəhbəri Frits Stuxliklə Orxan Məmmədov, Milan Obradoviçin köməkçiləri və U-19-da Samir Əliyevin yardımçısı Araz Qulamov da var idi.
“CBC Sport”un canlı yayınladığı matç sözün həqiqi mənasında nəfəskəsici oldu. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada intriqanın son saniyələrə qədər davam etdiyini qeyd etməliyik. Oyunun ilk dəqiqələrindən hiss olunurdu ki, matçı izləmək üçün stadiona gələn istər azarkeşlər, istərsə də mütəxəssislər darıxmayacaqlar. Görüşün ilk 5 dəqiqəsi kəşfiyyat xarakteri daşısa da, güclü küləyə qarşı oynayan meydan sahiblərinin əks-hücuma üstünlük verəcəyi hiss olunurdu. Bunu Elbrus bəyin start “11-liy”indən də görmək olardı. “Sumqayıt-2”nin əsas qol ümidi sayılan Elvin Nəsibovu ehtiyatda saxlayan baş məşqçi sürəti ilə seçilən İbrahim Əliyevi ilk dəqiqələrdən meydana buraxmışdı. Matçda ilk təhlükəli vəziyyət 8-ci dəqiqədə meydan sahiblərinin qapısı önündə yaşandı. “Hərbçilər”in çoxgedişli kombinasıyasından sonra qapı önünə ötürmə edildi. Lakin Sadıq Ağazadə vaxtında topa toxuna bilmədi. “8 nömrə” müdafiəçilərdən yayına bilsə də, bir an ləngidi. Bu isə təhlükənin sovuşması demək idi. Meydan sahiblərinin buna cavabı 14-cü dəqiqədə gəldi. Süleyman Əhmədov sol cinahla uzun reyd edib, yolüstü rəqibin 3 futbolçusunu keçib çətinliklə də olsa, İbrahim Əliyevi zərbə mövqeyinə çıxardı. Son üç oyunda 6 dəfə fərqlənən İbrahim isə təxminən 3 metrdən topu düz qapıçının üstünə vurdu. İsmayıl Muradov vəziyyəti düzgün dəyərləndirərək vaxtında irəli çıxdığından hücumçu topu istədiyi səmtə yönəldə bilmədi. İlk yarının qalan dəqiqələrində hər iki komandanın fərqlənmək üçün imkanlarının olmasına baxmayaraq, hesab dəyişmədi.
Təxminən 500 azarkeşin izlədiyi qarşılaşmanın ikinci hissəsinin meydan sahiblərinin üstünlüyü şəraitində keçəcəyini düşünənlərin sayı yetərincə çox idi. MOİK-in küləyə qarşı oynaması belə fikirləşməyə əsas verirdi. Ancaq gözlənilənlərin əksinə, fasilədən sonra Azər Bağırovun yetirmələri daha inamlı təsir bağışladılar. 54-cü dəqiqədə isə qonaqlar hesabı açmağa müvəffəq oldular. Nicat Əsgərovun qapı önünə asmasından sonra İbrahim Qədirzadə başla dəqiq oynayaraq, komandasını hesabda önə keçirməyi bacardı. Vurulan qol İbrahimdən çox “Sumqayıt-2”nin qolkiperi Süleyman Süleymanovun adına yazılmalıdı. Qolkiper asma zamanı küləyin sürətini nəzərə almadan irəli çıxmaqla səhvə yol verdi. Onun “uşaq səhvi” komandasına baha başa gəldi. Qapısında qol görən meydan sahibləri itiriləsi heç nəyin qalmadığını görüb böyük qüvvə ilə irəli atıldı. Qapıçı və mərkəz müdafiəçisi Kamran Nəsirovu çıxmaq şərti ilə Elbrus bəyin yetirmələri hamılıqla rəqibin qapısına “yüklənmişdi”. Belə təzyiq 76-cı dəqiqədə bəhrə verdi. Buna qədər artıq Nəsibovu və Qara Qarayevi meydana buraxan çalışdırıcı 4-4-2 sisteminə bel bağlamışdı. Qol isə adi vəziyyətdən sonra vuruldu. Daha dəqiq desək, bu dəfə MOİK-in qolkiperi İsmayıl Muradov heç nədən öz qapısında qol yaratdı. Qapı önünə asma zamanı qapıçı ilk həmlədə topu tutdu, ancaq heç kimin gözləmədiyi halda onu əlindən buraxdı. Həmin an qapıçının yanında olan Nəsibov isə “hədiyyə”dən maksimum yararlanaraq, hesabı bərabərləşdirdi. Muradovun səhvini görən istənilən şəxs qapıçının bilərəkdən buna yol verdiyini düşünə bilər. Lakin oyunu canlı izləyən media nümayəndəsi kimi deyə bilərəm ki, bu, sadəcə, təcrübəsizlikdən irəli gələn “quş” idi. Hesabda tarazlıq bərpa olunduqdan sonra üstünlük meydan sahiblərinin tərəfinə keçdi. “Kimyaçılar” daha çox hücum edir, qələbə topunu vurmaq üçün böyük qüvvə ilə irəli atılırdı. Onların həmlələri istənilən effekti verməyincə, qonaqlar ikinci topu vurmağı bacardılar. Əks-hücumda yaxalanan “ağ-göylər”in müdafiəçisi Kamran Nəsirov cərimə meydançasının daxilində rəqib komandanın futbolçusuna qarşı kobud oynayınca, Kamal Umudlu tərəddüd etmədən “nöqtə”ni göstərdi. Topun arxasına keçən Raul Yaqubzadə isə fürsəti boşa vermədi.
Qalan dəqiqələrdə meydanda bir neçə dəfə futbolçular arasında gərgin anlar yaşandı. Hesabda önə çıxan qonaqlar tez-tez yerdə qalıb vaxt udmağa çalışınca, sumqayıtlı futbolçular özlərindən çıxırdılar. 85-ci dəqiqədə yaşanan belə vəziyyətlərin birində az qala hər iki komandanın bütün futbolçuları bir-biri ilə əlbəyaxa davaya başlayacaqdılar. Lakin oyunun baş hakimi, 90 dəqiqə ərzində bəzi nöqsanlarla yadda qalan Umudov qətiyyətli qərarları və xəbərdarlıqları ilə tərəfləri sakitləşdirməyi bacardı ki, ən azı buna görə ona “təşəkkür” düşür. Son 30 saniyədə “Sumqayıt-2” Məhəmməd Alıyevlə “status-kvo”nu bərpa etməyə yaxın olsa da, təcrübəli yarımmüdafiəçi 12 metrdən “çərçivəyə” düşə bilmədi. Bu isə artıq son idi və MOİK çətin Sumqayıt səfərindən 3 xalla qayıtmaqla çempionluq yolunda inamlı addım atmış oldu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar