24 mar 19:01divizion, manset

“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib

“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib
İlqar Axundov: “Hər ailədə nanəcib övlad ola bilər”

İntizam Komitəsinin qərarı ilə adı oyun alğı-satqısında hallanan “Şərurspor” və “Rəvan”ın çempionatdan xaric edildiyini ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, “radara düşən” hər iki klubun rəsmiləri ittihamlarla razılaşmadığından bu “xəmir hələ çox su aparacaq”. Artıq bu yöndə ilk addımlar atılır. Belə ki, qərar ictimaiyyətə açıqlanar-açıqlanmaz “Rəvan”ın vitse-prezidenti İlqar Axundov mətbuata haqsızlıqla üzləşdiklərini bildirməklə yanaşı, məhkəməyə müraciət edəcəklərini söyləyib. “Rəvan” rəhbərliyinin bu addımı atıb-atmadığını bilmək üçün vitse-prezidentlə əlaqə saxladıq. İlqar bəy bizimlə söhbətdə həm bu suala cavab verdi, həm də bəzi maraqlı məqamlara toxundu.
- İntizam Komitəsinin qərarı açıqlanandan sonra məhkəməyə müraciət edəcəyinizi demişdiz. Bu addımı atdız?
- Düşündük ki, subardinasiya qaydalarına riayət edərək məhkəmədən əvvəl AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edək. Onlar şikayətimizi təmin etməsə, məhkəməyə üz tutacağıq. Onu bildirim ki, İntizam Komitəsinin qərarından narazı olduğumuzu AFFA-nın baş katibi Elxan Məmmədova ünvanladığımız məktubda da qeyd etmişik. Hər iki məktubu özüm aparıb AFFA-ya təqdim etmişəm. Elxan müəllim ölkə xaricində olduğundan məktubu katibliyə təhvil vermişəm. Ortada heç bir dəlil-sübut olmadan bizi nədəsə ittiham etmək düzgün deyil və bununla barışmaq, geri çəkilmək fikrimiz yoxdu.
- Klub prezidentinin bu olaya münasibətini bilmək istərdik.
- Bununla bağlı mətbuata açıqlama vermişəm. Yenə təkrarlayıram: Nuru Əliyev başverənlərdən narahatdı və ümid edir ki, haqq-ədalət yerini tapacaq. İntizam Komitəsinin qərarı bizim üçün gözlənilməz oldu. Çünki bir gün əvvəl keçirilən konfransda bu məsələ müzakirəyə çıxarılan zaman “Rəvan”ın adı hallanmamışdı. Bildiyim qədər orda “Göyəzən” – “Şərurspor” matçında yaşananlar müzakirə olunub. Başa düşmürəm, bir gecədə nə dəyişdi ki, “Rəvan”ı çempionatdan uzaqlaşdırmağa qərar verdilər? Budu AFFA-nın bizim 10 illiyimizə verdiyi dəyər? Bu illər ərzində rəhbərlik ölkə futbolunun inkişafına öz şəxsi vəsaitini xərcləyib, baza inşa etdirib, gənc futbolçu nəslinin yetişməsi üçün əlindən gələni edib. Neçə-neçə məşqçini kateqoriya almaq üçün kurslara göndərib, pul xərcləyib. “Rəvan”ın U-19 komandası bu yaş qrupu üzrə ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edib. Təəssüf ki, heç kim bu faktları qeyd etmir, yada salmır.
- Sizcə, AFFA-nın “Rəvan”a belə münasibət göstərməsinin arxasında nə durur?
- Bilmirəm. Deyirlər ki, “Rəvan” UEFA-dan gələn siqnallara görə cəzalandırılıb. Ötən ilin noyabrında məni AFFA-ya dəvət etmişdilər. Bildirdilər ki, sizin iki oyununuz - “Göyəzən” və MOİK-lə qarşılaşmalar şübhəli matçlar siyahısındadı. Həmin raport bu gün də mənim stolumun üstündədi. Onu da bildirim ki, ingilis dilində olan raportda birinci divizionda çıxış edən klubların, demək olar ki, 80 faizinin iştirakı ilə baş tutan matçlar qeyd olunmuşdu. Həmin sənəddə yazılıb ki, bu matçların nəticələri bizdə şübhə oyadır, ola bilsin, tərəflər oyunun nəticəsini əvvəlcədən öz aralarında razılaşdırblar. Xahiş edirik, bunu araşdırın. Bundan sonra AFFA-da komissiya yaradıldı və Rəmiş Malıyev qrupun rəhbəri oldu. Ondan sonra bir neçə dəfə onunla görüşdük. Ancaq bir dəfə də mənə demədi ki, sizi hansısa cəza gözləyir. Qış fasiləsindən sonra komanda bir neçə oyuna çıxıb və normal nəticələr qazanıb. Belə fikirləri var idisə, heç olmasa, konfransdan bir gün əvvəl məni quruma dəvət edib xəbərdarlıq edərdilər. Necə olur ki, adımız çəkilən şübhəli oyunlarda rəqibimiz olan klublarla bağlı heç bir ölçü götürülmür, ancaq bizə sanksiya tətbiq olunur? Axı sənəddə “ola bilsin, komandalar öz aralarında nəticəni razılaşdırıblar” yazılıb. Fikrimcə, “Rəvan” hansısa oyunların qurbanıdı. Biz bir-iki ilin komandası deyilik. 10 ildi “Rəvan” ölkə futbol ailəsinin bir üzvüdü, pis-yaxşı çempionatda çıxış etmişik, milliyə oyunçu vermişik. Bu gün maliyyə sarıdan bir qədər çətinlik çəksək də, heç vaxt çempionatı yarıda tərk etməmişik, səviyyəli legionerlər və məşqçilərlə işləmişik. Məhz bu məqamları nəzərə alıb sona qədər haqqımızı qorumağa çalışacağıq. İmkan vermərik ki, təmiz adımıza ləkə düşsün.
- Şər deməsən, xeyir gəlməz. Üz tutduğunuz bütün instansiyalar İntizam Komitəsinin qərarını qüvvədə saxlasa, rəhbərlik, ümumiyyətlə, futboldan geri çəkiləcək, yoxsa “Rəvan” uşaq futbolunda olsa belə, fəaliyyətini davam etdirəcək?
- Bu illər ərzində “Rəvan” rəhbərliyi baza tikib, uşaq futboluna xüsusi diqqət ayırıb. Bunların heç biri bir-iki günlük layihə kimi nəzərdə tutulmayıb. Klub prezidenti gələcək nəslin sağlam böyüməsi, futbolumuzun inkişafı üçün 10 il ərzində çox işlər görüb. Düşünmürəm ki, bunların hamısının üstündən xətt çəkiləcək. Ölkə başçısı həmişə deyir ki, iş adamları idmanımız, yeni iş yerlərinin yaradılması üçün çalışmalı, ölkənin rifahı naminə əlindən gələni etməlidi. Nuru müəllim də məhz belə iş adamlarından biridi.
- Mətbuata açıqlma verən “Rəvan”ın sabiq baş məşqçiləri Emin Quliyev və Vladislav Qədirov İntizam Komitəsinin qərarının haqlı olduğunu bildirib...
- Hər iki mütəxəssis vaxtilə bizim klubda çalışıblar və burdan çörəkpulu qazanıblar. Onların indi belə danışması doğrudan da xoşagələn deyil. Nə deyim? Hər ailədə nanəcib övlad ola bilər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar