Dünən birinci divizionda 16-cı tura yekun vurulub. İki günə sığan turun son günü 4 görüş baş tutub. Dünənki oyunlar da məhsuldarlığı ilə diqqət çəkib. Azarkeşlər hər oyunda azı 3 qol izləyib. Təsadüfi deyil ki, 16-cı turda cari mövsümün məhsuldarlıq rekordu yenilənib. Turda 28 qol qeydə alınıb. Qeyd edək ki, ötən həftə 24 qola çatan yeni rekord müəyyənləşmişdi. Düzdü, 15-ci turun bir oyunu təxirə salınıb. Yeri gəlmişkən, "Qarabağ-2" - "Zirə-2" görüşü martın 4-də saat "Azərsun Arena"da keçiriləcək və 15.00-da başlayacaq.
Dünənki nəticələrə gəlincə, "Səbail-2" "Keşlə-2" üzərində əzmkar qələbə qazanıb. Hesabı qonaqlar erkən qolla açsa da, ilk yarının sonlarında tarazlığı bərpa edən Bayıl təmsilçisi sona 6 dəqiqə qalmış penaltidən vurduğu qolla 3 xala sahib çıxıb.
"Qarabağ-2" Adil Şükürovlu "Şüvəlan" üzərində inamlı qələbə qazanıb. Üç top vurduqdan sonra qapısından bir qol buraxan ağdamlıların heyətində Musa Qurbanlı dubl müəllifi olub. "Qarabağ-2" bu qələbə sayəsində 5-ci pilləyə yüksəlib. "Zirə-2" ilə oyunda əldə olunacaq potensial 3 xalı da hesaba alsaq, ağdamlılar 4-cü yerə yüksələ, "Neftçi-2" ilə fərqi əlçatana endirə bilər. "Neftçi-2"dən söz düşmüşkən, Mahmud Qurbanovun komandası Tovuzda "Turan Tovuz"un başına oyun açıb. "Ağ-qaralar" meydan sahiblərinin qapısından 5 top keçirib. Qərb təmsilçisinin gücü isə təsəlli qoluna çatıb. Nəhayət, "Kəpəz" - "Zaqatala" matçında qonaqlar minimal hesabla qalib gəlib. İlk yarısı qollu bərabərliklə bitən oyunun sonuna 5 dəqiqə qalmış qələbə topunu vuran zaqatalalılar mövqeyini yaxşılaşdırıb.
Birinci divizion
2-ci dövrə, 16-cı tur
22 fevral
Səbail-2 – Keşlə-2 2:1
Xəzər Mahmudov, 33. Aslan Hüseynov, 84-p. - Emin Quliyev, 12.
Şüvəlan – Qarabağ-2 1:3
Azər İsmayılov, 77 - İsmayıl İbrahimli, 27. Musa Qurbanlı, 59; 72.
Turan Tovuz – Neftçi-2 1:5
Əli Bağırov, 62 - Elnur Süleymanov, 25. Muxtar Əliyev, 33; 63. Elvin İmanlı, 53. Vüsal Əsgərov, 76.
Kəpəz – Zaqatala 1:2
Eltac Mirzəyev, 29 - Kamal Dənziyev, 12. Fuad Bayramov, 85.
Turun qalan oyunlarının nəticələri: Sumqayıt-2 – Ağsu 5:0 (Məhəmməd Alıyev, 5; 17; 34. İbrahim Əliyev, 67. Qara Qarayev, 83), Zirə-2 – MOİK 2:4 (Müşfiq İlyasov, 47. Qara Mehralızadə, 65 - Raul Yaqubzadə, 50; 51; 63. Orxan Həsənov, 89), Sabah-2 – Qaradağ Lökbatan 1:0 (Kənan Həsənov, 43).
1. MOİK 16 12 2 2 32-13 38
2. Sumqayıt-2 16 12 1 3 42-15 37
3. Neftçi-2 16 10 2 4 25-18 32
4. Zaqatala 16 7 6 3 26-16 27
5. Qarabağ-2 15 8 2 5 28-17 26
6. Şüvəlan 16 7 5 4 20-18 26
7. Keşlə-2 16 7 2 7 24-21 23
8. Qaradağ Lökbatan 16 7 2 7 14-18 23
9. Sabah-2 16 6 4 6 14-11 22
10. Səbail-2 16 5 2 9 21-34 17
11. Turan Tovuz 16 4 1 11 19-34 13
12. Kəpəz 16 2 5 9 10-22 11
13. Ağsu 16 2 4 10 10-31 10
14. Zirə-2 15 3 0 12 15-32 9
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 13, Cavad Kazımov (Zaqatala) - 11, Elvin Nəsibov (Sumqayıt-2) – 8.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.