Birinci divizionda 16-cı tura start verilib. Turun açılış oyun günündə 3 matç baş tutub ki, liderlər məhz dünən meydana çıxıb. Zirvəni ötən turda MOİK-ə təhvil verən “Sumqayıt-2” “Ağsu” ilə oyunda sürprizə imkan verməyib. Elbrus Məmmədovun yetirmələri rəqibi darmadağına məruz qoyub. Beləliklə, qış fasiləsindən sonra yüksək məhsuldarlıq nümayiş etdirərək 3 oyunda rəqib qapılarına 13 dəfə yol tapan "gənclik şəhəri" təmsilçisi ardıcıl ikinci turda 5 qola sevinib. Hərçənd ötən turdakı məhsuldarlıq qələbə üçün kifayət etməmişdi. Bu dəfə 5 cavabsız qoldan üçünün müəllifi Məhəmməd Alıyev olub.
Əvəzində Binədə “Zirə-2”nin qonağı olan MOİK də inamlı qələbə qazanıb. Maraqlıdı ki, liderin oyununda qeydə alınan 6 qolun hamısı ikinci hissəyə təsadüf edib. "Hərbçilər" hesabda geri düşsələr də, oyunda dönüş etməyi bacarıblar. MOİK-in heyətində Raul Yaqubzadə het-trik müəllifi olub. Beləliklə, vurduğu qolların sayını 13-ə çatdıran forvard bombardirlərin yarışında liderliyi ələ keçirib.
“Sabah-2” – “Qaradağ Lökbatan” qarşılaşmasında isə qalib yeganə qol sayəsində müəyyənləşib. İlk yarının sonunda rəqib qapısına yol tapan meydan sahibləri 3 xala sevinib.
Birinci divizion
2-ci dövrə, 16-cı tur
21 fevral
Sumqayıt-2 – Ağsu 5:0
Məhəmməd Alıyev, 5; 17; 34. İbrahim Əliyev, 67. Qara Qarayev, 83.
Zirə-2 – MOİK 2:4
Müşfiq İlyasov, 47. Qara Mehralızadə, 65 - Raul Yaqubzadə, 50; 51; 63. Orxan Həsənov, 89.
Sabah-2 – Qaradağ Lökbatan 1:0
Kənan Həsənov, 43.
Tura bu gün yekun vurulacaq. İkinci oyun günündə 4 görüş baş tutacaq. “Keşlə”nin əvəzediciləri “Səbail-2”nin qonağı olacaq. “Şüvəlan” isə ötən tur istirahət edən “Qarabağ-2” ilə münasibətlərini aydınlaşdıracaq. Qeyd edək ki, Ağdam təmsilçisi əsas heyətin 6 üzvünün U-19-un düşərgəsinə çağırılmasını əsas gətirib, “Zirə-2” ilə oyunun təxirə salınmasını PFL-dən xahiş etmiş və müraciətinə müsbət cavab almışdı. Yeri gəlmişkən, Şüvəlandakı oyunda hakimlərin işinə komitə üzvü Anar Salmanov qiymət verəcək və beləliklə, sabiq FİFA referisi hakim-inspektor kimi debüt edəcək. “Neftçi-2” “Turan Tovuz”la qarşılaşacaq ki, ilk “üçlük”də qərarlaşan paytaxt təmsilçisi liderlərdən aralanmamaq üçün səfərdən qalib dönməlidi. Nəhayət, “Kəpəz” iddialılardan olan “Zaqatala”nı qonaq edəcək. Gəncəlilər 3 xal qazanmaqla təhlükəli zonadan uzaqlaşa bilər. Zaqatalalılar isə mövqeyini bir pillə yaxşılaşdıraraq 4-cü yeri ələ keçirmək əzmindədi:
22 fevral
Səbail-2 – Keşlə-2
Hakimlər: NİCAT İSMAYILLI, Cəmil Quliyev, Elman Kərimov, Elçin Məsiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Bakı. Bayıl Arena. Saat 15.00
Şüvəlan – Qarabağ-2
Hakimlər: KAMAL UMUDLU, Mübariz Haşımov, Səbuhi Əmrahov, Nahid Xasıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şüvəlan. AZAL Arena. Saat 15.00
Turan Tovuz – Neftçi-2
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Rahil Ramazanov, Taleh Məmmədov, Nail Nağıyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz. Şəhər stadionu. Saat 15.00
Kəpəz – Zaqatala
Hakimlər: ZİYA NƏSİROV, Nahid Əliyev, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Gəncə. Şəhər stadionu. Saat 15.00
1. MOİK 16 12 2 2 32-13 38
2. Sumqayıt-2 16 12 1 3 42-15 37
3. Neftçi-2 15 9 2 4 20-17 29
4. Şüvəlan 15 7 5 3 19-15 26
5. Zaqatala 15 6 6 3 24-15 24
6. Keşlə-2 15 7 2 6 23-19 23
7. Qaradağ Lökbatan 16 7 2 7 14-18 23
8. Qarabağ-2 14 7 2 5 25-16 23
9. Sabah-2 16 6 4 6 14-11 22
10. Səbail-2 15 4 2 9 19-33 14
11. Turan Tovuz 15 4 1 10 18-29 13
12. Kəpəz 15 2 5 8 9-20 11
13. Ağsu 16 2 4 10 10-31 10
14. Zirə-2 15 3 0 12 15-32 9
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 13, Cavad Kazımov (Zaqatala) - 11, Elvin Nəsibov (Sumqayıt-2) – 8.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.