11 dek 13:58divizion, manset

“Şərurspor” “Bakı”nın bazasına sığınacaq

Birinci divizionda ilk dövrə başa çatandan sonra iddialı klubların qış planlarını öyrənmişdik. Yalnız PFL prezidenti Ramin Musayevin himayədarlıq etdiyi "Mil-Muğan”la əlaqə saxlaya bilməmişdik. Bu dəfə də İmişli təmsilçisindən heç kimlə danışmaq mümkün olmadı. Odu ki, aşağı dəstənin ortababları və autsayderlərinin fasilə planları ilə sizi tanış edirik.

Rüfət Quliyev, "Ağsu”nun baş məşqçisi: "Hazırda komanda istirahətdədi. İstirahət yanvarın 3-4-nə kimi davam edəcək. Həmin vaxt hazırlıqlara start verəcəyik. Hələ ki komandaya gələn və komandadan gedən futbolçular yoxdu. Dövrələrarası hazırlığı ənənəvi olaraq doğma rayonumuzda keçəcəyik. Ağsuda bizim üçün hər cür şərait yaradılıb. Buna görə rəhbərliyə təşəkkür edirik. Çalışacağıq ki, Bakıda və başqa şəhərlərdə bəzi komandalarla yoxlama oyunları keçirək. 3 yoxlama matçında gücümüzü sınamağı planlaşdırmışıq. Rəqiblərin kimliyi isə hələlik bəlli deyil”.

Əfqan Talıbov, "Şərurspor”un baş məşqçisi: "Qış planlarımız artıq hazırdı. Birinci divizionda yenidən "6+5” limiti tətbiq olundu. Planlarımızı da buna uyğun qurmağa məcbur olduq. Bütün komandalar buna uyğun oyunçular axtarmalıdı. Komandamızdan üç təcrübəli oyunçu gedib. Bunlar müdafiəçi Rəşad Orucov, yarımmüdafiəçi Aslan Hüseynov və hücumçu Fərmayıl Əliyevdi. Çempionatın ikinci dövrəsi fevralın 1-də başlayır. Vaxt çox deyil. Ona görə də hazırlıqlara dekabrın 12-dən başlamağı lazım bildik. Böyük fasiləyə ehtiyac yoxdu. Əks halda uşaqlar idman formasından uzaq düşəcəklər. Dediyim tarixdən "Bakı”nın bazasında məşqlərə başlayacağıq. Bu müddət ərzində iki yoldaşlıq oyunu keçirəcəyik. Bu görüşlərdən biri hazırda həvəskarlar liqasında oynayan "Bakı”ya qarşı olacaq. Onlar gənclərdən ibarət yaxşı komanda formalaşdırıblar. Digər matçda isə premyer-liqada mübarizə aparan komandaların əvəzedici heyətlərindən biri ilə qarşılaşmaq istəyirik. Birinci dövrənin son 3 oyununda qalib gəldik. Bu, komandada yüksək əhval-ruhiyyə, inam yaratdı. Cədvələ baxsaq, ikinci dövrədə bir çox komandalarla evdə oynayacağıq. Bu da bizim xeyrimizədi. Çalışacağıq ki, daha uğurlu çıxış edək və mövsümü mükafatçılar sırasında başa vuraq”.

Elbrus İsmayılov, "Energetik”in vitse-prezidenti: "Birinci dövrə bitən kimi uşaqları istirahətə buraxdıq. Rəhbərlik səviyyəsində iclas oldu. Qərara aldıq ki, bu ayın 25-dən sonra yenidən komandanı yığaq. Təlim-məşq toplanışımızı elə rayonda keçirəcəyik. Başqa imkanımız yoxdu. Bildiyiniz kimi, aşağı dəstədə limit də dəyişdi. Buna baxmayaraq, komandada bu limitə uyğun futbolçular var. Yəni bizim üçün hansısa çətinlik yaranmayıb. İkinci yarıda əsas məqsədimiz sonuncu yer tutmamaq, bacardığımız qədər orta pillələrə irəliləməkdi”.

Ərəstun Niftiyev, "Şahdağ”ın prezidenti: "Hələlik qış planlarımız üzərində işləyirik. Gələn həftə hər şey tam bəlli olacaq. Yeni baş məşqçi, futbolçular və sponsor dəqiqləşəcək. Sponsor deyəndə ki, bizə kömək etmək istəyənlər var. Bilirsiz ki, maliyyə durumumuz ağırdı. Hazırda danışıqlar davam edir. Dediyim kimi, gələn həftə hər şey bilinəcək. Planları da ona uyğun qururuq. Qışdan sonra fərqli "Şahdağ” görəcəksiz”.

Nadir Qasımov, "Bakılı”nın icraçı direktoru: "Komanda istirahətdədi. Hələ heç nə məlum deyil. Bir-iki günə bu haqda müzakirələr aparmaq üçün klubun prezidenti Misir Əbilovla görüşəcəyik. Komandanın baş məşqçisinin də adı yaxın zamanda bəlli olacaq. Misir bəy ilk dövrə sona çatanda bildirmişdi ki, komandaya əl gəzdirmək, gücləndirmək lazımdı. Görək görüşün nəticəsi necə olacaq”.

Elxan Muradov, "Göyəzən”in baş məşqçisi: "Komanda istirahətdədi. Özüm də bir az nasazam, böyrəklərim ağrıyır. Bu səbəbdən də toplanışımız yanvarın 5-də başlaşayacaq. Toplanışın rayonda olacağı dəqiqdi. Lakin öz bazamızda keçirəcəyimiz hələ sual altındadı. Çünki orda su problemi var. Sanitar qovşaqları, hamam təmir olunmalıdı. İsti su yoxdu. Bu bir az çətinlik yaradır. İnanıram ki, ayın 5-nə kimi bu problem aradan qalxacaq. Alınmasa, toplanışı Qazax Olimpiya İdman Kompleksində keçirəcəyik. Başqa variantımız yoxdu. Yəqin ki, toplanış zamanı yoxlama oyunlarımız da olacaq”.

"Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov komandanın planlarının yaxın günlərdə açıqlanacağını, yeni futbolçu axtarışını davam etdirdiklərini bildirdi. MOİK-dən aldığımız məlumata görə isə hələ heç nə dəqiqləşməyib. Yaxın günlərdə klubdaxili iclas olacaq ki, hər şeyə də məhz onda aydınlıq gələcək.

ŞƏFİ ŞƏFİYEV

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar