Birinci divizion komandaları da mövsümün ikinci yarısına hazırlığı davam etdirir. “Keşlə-2” və “Səbail-2” çərşənbə axşamı yoxlama oyununda münasibətləri aydınlaşdırıblar. Görüş “ASK Arena”da baş tutub. Qarşılaşma məhsuldar alınıb, belə ki, qapılara 5 qol vurulub. “Keşlə”nin əvəzediciləri 3:2 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin heyətində Elmir Rəhimzadə dubl edib, daha bir qolu isə Vüqar Həsənov vurub. “Səbail”də isə Baqan Baqandovla Ramil Orucov fərqlənib.
Qeyd edək ki, “Keşlə-2” ikinci dövrənin açılış turunda lider “Sumqayıt-2”nin, “Səbail-2” isə Adil Şükürovun rəhbərlik etdiyi “Şüvəlan”ının qonağı olacaq.
MİRAĞA