18 mar 11:12divizion

AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi”

AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi”
Çərşənbə günü baş tutan AFFA-nın Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclasından dərhal sonra məlum oldu ki, İntizam Komitəsinin növbəti toplantısı martın 16-da keçiriləcək və bu dəfə ciddi sanksiyaları özündə ehtiva edəcək. AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov jurnalistlərə açıqlamalarında danışılmış oyunlarla bağlı UEFA-dan hər həftə siqnal aldıqlarını, buna əncam çəkməyin vaxtının çatdığını bildirmişdilər. İK dünən Azərbaycan futbolunda bir ilk olan qərar açıqladı. Belə ki, “Rəvan” və “Şərurspor” diviziondan uzaqlaşdırıldı. Çempionat oyunlarıın 50 faizindən çoxunda iştirak etdiklərinə görə hər ikisinə növbəti turlarda 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Komandaların üzvlərinə “azad agent” statusu verilməsi haqda da qərar çıxarılıb. Adları danışılmış oyunlarda hallanan “Şahdağ”, “Energetik”, “Bakılı” və “Göyəzən”ə isə xəbərdarlıq edilib. Onların nəticəsi əvvəlcədən müəyyən edilmiş oyunlarda iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar da diviziondan kənarlaşdırılacaq. Bundan başqa, hakim Anar Niyazova ömürlük futbol təsərrüfatında çalışmaq yasaqlanıb. “Şahdağ”ın inzibatçısı Rafael Kübərova isə 2 il müddətinə sanksiya tətbiq edilib.
UEFA-dan daxil olmuş danışılmış oyunlarla bağlı hesabatlara, AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanan İK 9 futbolçunun günahının qismən sübut edildiyini bəyan edərək, onları 2016/17 mövsümünün sonuna qədər uzaqlaşdırıb:
Şahdağ: İqrar Səmədov, Uce Cukenyere
Rəvan: Elvin Əliyev, Cəmşid Məhərrəmov
Göyəzən: Arzuman Vəliyev, Tunar Şahtaxtinski
Energetik: Elvin Əlizadə, Kamran Lalayev, Ruslan Həmidov
İntizam Komitəsi həmçinin Topaz premyer-liqasında və əvəzedicilərin yarışında 22-ci, birinci divizionda isə 19-cu turda yaşananlarla bağlı da ölçü götürüb. “Neftçi” – “Qəbələ” matçının 83-cü dəqiqəsində meydan sahibinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib ki, bu da kluba 800 manat bahasına başa gəlib. Bu komandaların əvəzedicilərinin görüşündə də “tilov”a paytaxt təmsilçisi düşüb. Hakim “Neftçi”nin 5 futbolçusuna sarı vərəqə göstərib. Bu isə 400 manat cərimə deməkdi. “İnter”lə oyunda 4 xəbərdarlıqla üzləşən “Sumqayıt” da “Neftçi”nin aqibətini yaşayıb.
Divizionda isə “Şəmkir” və “Energetik” vərəqə güzəşt həddini aşıb. Məlum olduğu kimi, aşağı liqa üçün “sarı” cəzası 80 manat nəzərdə tutulub. Ancaq “Energetik” “Ağsu” ilə oyuna görə daha 400 manat cərimə ödəyəcək. Buna səbəb oyunun uzatma dəqiqələrində əsəblərinə hakim ola bilməyən və hakimlər briqadasını təhqir edən baş məşqçi Sahib Qocayevin davranışıdı. O həmçinin, 5 oyunluq diskvalifikasiya edilib. “Birincilər”in yarışında son turda 3 futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. “Səbail”li Saşa Yunisoğlu, “Şahdağ”lı Elçin Sədullayev və “Rəvan”lı Tagim Novruzov minimum cəzayla canlarını qurtarıblar: 1 oyun, 20 manat cərimə. Sonuncunun klubu çempionatdan uzaqlaşdırıldığına görə cəzası qüvvədə qalacaq. O, yalnız azad agent kimi iş yerini dəyişəcəyi halda, debütünü bir həftə təxirə salıb meydanlara dönə biləcək.
Beləliklə, İK son iclasda klubları 2220 manat cərimələyib. Mövsümün əvvəlindən cərimə sansiyaları üzrə nəzərdə tutulan məbləğ isə 156650 manata bərabərdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar